ТОП просматриваемых книг сайта:
Hekayələr. Эдгар Аллан По
Читать онлайн.Название Hekayələr
Год выпуска 0
isbn 9789952242096
Автор произведения Эдгар Аллан По
Серия Hekayə ustaları
Издательство Altun Kitab
– Allah xatirinə, – deyə israr etdim, – metodunuzu mənə başa salın; yəqin, sizin elə bir metodunuz var ki, onun köməyi ilə ürəyimdən keçənləri oxuya bildiniz. – Düzünü deyim ki, heyrətimi müəyyən dərəcədə büruzə verməməyə çalışdım.
– Bunu sizin ağlınıza göyərtisatan saldı ki, pinəçi heç Kserks və onun kimilərinin ayağının tozu da ola bilməz, – deyə dostum cavab verdi.
– Göyərtisatan? Siz nə danışırsınız? Mən heç bir göyərtisatan-zad tanımıram.
– On beş dəqiqə bundan əvvəl bu küçəyə dönəndə sizinlə toqquşan o göyərtisatanı deyirəm.
Birdən, həqiqətən də, başında böyük bir səbət aparan göyərtisatanın təsadüfən bu küçənin döngəsində məni az qala yerə yıxacağı yadıma düşdü, amma bunun Şantilyi ilə nə əlaqəsi olduğunu heç cür anlamadım. Ancaq Düpendə zərrə qədər də falçılıq nişanələri yox idi.
– Sizə izah edərəm, özünüz hər şeyi aydınca başa düşərsiniz. Əvvəlcə gəlin sizinlə danışdığım andan haqqında danışdığımız o qəribə göyərtisatanla toqquşduğunuz vaxta qədər nə haqda düşündüklərinizi yada salaq. Hadisələr aşağıdakı ardıcıllıqla cərəyan edir: Şantilyi, Orion, həkim Nikols, Epikür, stereotomiya8, səki daşları və göyərtisatan.
Həyatda çox az adam tapılar ki, heç olmasa, bir dəfə əyləncə naminə başına gələnləri fikrində götür-qoy etməsin, məlum nəticə çıxarmasın. Bu, çox maraqlı bir əyləncədir. Kim ona birinci girişsə, çıxış nöqtəsindən son nəticəyə qədər böyük bir məsafənin olduğunu və onların arasındakı uyğunsuzluğu gördükdə heyrətlənəcək.
Təəccüblə Düpenə qulaq asırdım, özü də eşitdiklərimin tamamilə həqiqət olduğunu istər-istəməz etiraf etdim. Dostum davam etdi:
– O biri küçəyə burulmazdan qabaq, düzgün yadımda qalıbsa, gərək ki, atlar barəsində danışırdıq. Düz bu yerdə söhbətimiz kəsildi. Bax bu küçəni keçərkən başında iri bir səbət olan göyərtisatan cəld yanımızdan ötdü və sizi küçəni təmir etmək üçün bir yerə topalanmış daşların üstünə itələdi. Daşların birinə ilişib büdrədiniz. Çevrilib daş topasına baxdınız, sonra yolunuzu davam etdiniz.
Hərəkətlərinizi xüsusi bir diqqətlə izləyirdim. Müşahidəçilik son zamanlar mənim üçün bir növ tələbata çevrilib. Onu deyim ki, sıx-sıx pilətələr döşənmiş Lamartin döngəsinə çatanadək baxışlarınızı yerdən çəkmədiniz, üzünüzdə incik bir ifadə vardı. Səkidəki çala-çuxur və qazılmış yerlərə baxırdınız. Bundan bu nəticəyə gəldim ki, siz hələ də səki daşları barədə düşünürsünüz. Burada isə eyniniz açıldı, dodağınızın qaçmağını gördüm. Dodaqaltı “stereotomiya” sözünü dediniz. Buna şübhə etmədim. Başa düşdüm ki, “stereotomiya” sözü sizi atomlar haqqında fikrə, yeri gəlmişkən, Epikürün nəzəriyyəsi9 barəsindəki mülahizələrə gətirib çıxaracaq. Bu bizim yaxınlarda müzakirə etdiyimiz mövzu idi. Yadınızdadırsa, mən sizə yunan aliminin son dərəcə heyrət doğuran dumanlı müəmmalarından, bu müəmmaların müasir kosmoqoniya elmində10 əldə olunan nəticələr ilə təsdiq edilməsindən və Epikürə lazımi qiymətin verilməməsindən danışmışdım. Hiss etmişdim ki, başınızı qaldırıb yuxarıya – Orion bürcündəki nəhəng ulduzlar topasına nəzər salacaqsınız. Siz yuxarı baxdınız və mən əmin oldum ki, sizin hərəkətlərinizi düz izləmişəm.
Dünən qəzetdə Şantilyiyə qarşı kəskin hücumlarda bir tənqidçi onun ünvanına tamamilə yaramazcasına sözlər yazmışdı: “Pinəçi faciə rolunda çıxış edərək çalışmışdır ki, öz adını dəyişdirsin”. Latın müəllifindən bir sitat gətirmişdi. Həmin sitata biz də söhbətlərimizdə bir neçə dəfə istinad etmişik. Bu sözləri nəzərdə tuturam: “Perdidit antiquum litera prima sonum” – yəni birinci hərfin dəyişməsi ilə sözün qədim tələffüzünün dəyişməsi. Sizə danışmışdım ki, burada Orion nəzərdə tutulur; bu söz keçmişdə Urion yazılarmış. Bu izahatlarla bağlı şeylərdən belə başa düşürəm ki, siz onu unuda bilməmisiniz. Buna görə də bildim ki, Orion sizi Şantilyi haqqında düşünməyə sövq edəcək. Belə də oldu. Bunu sizin dodaqlarınızın qaçmasından bildim. Siz zavallı pinəçinin fədakarlığı barədə düşünürdünüz. Bura qədər yeriyərkən belinizi əymişdiniz, indisə gördüm ki, qəddinizi düzəltdiniz. Əmin oldum ki, siz Şantilyinin balaca boyu haqqında düşünürsünüz. Elə bu yerdə düşüncələrinizə mane oldum. Dedim ki, bu Şantilyi çox balaca olduğundan sirkdə oynasa, daha yaxşı olardı.
Bu söhbətdən azacıq sonra ikimiz də “Gazette des Tribunaux”11-un axşam nömrəsini nəzərdən keçirərkən aşağıdakı başlıq diqqətimizi cəlb etdi. “Qeyri-adi qətl”: “Bu gecə saat üç radələrində Sen-Rok məhəlləsinin sakinlərini aramsız dəhşətli qışqırtılar yuxudan oyatdı. Qışqırtılar Morq küçəsindəki madam Epanye və onun qızı Kamillanın yaşadığı binanın dördüncü mərtəbəsindən gəlirdi. İçəri girmək üçün bağlı darvazanı sındırmaq lazım gəldi. On nəfərə qədər qonşu iki jandarmın müşayiəti ilə içəri doluşdu. Artıq qışqırtılar kəsilmişdi. Amma dəstə pilləkənin birinci pilləsinə təzəcə qədəm qoymuşdu ki, yuxarıda iki-üç acıqlı kişi səsi eşidildi. Adamlar dördüncü mərtəbəyə çatanda bu səslər də kəsildi. Tam sakitlik çökdü. Dəstə bir neçə yerə bölündü. Onlar bir otaqdan o birinə qaçırdılar. Dördüncü mərtəbədəki böyük arxa yataq otağına çatanda (otağın qapısı içəridən açarla bağlandığından onu da sındırmalı oldular) gördükləri mənzərə onları dəhşətə gətirdi. Otaqda hər şey alt-üst edilmişdi. Avadanlıq sındırılmış və hara gəldi tullanmışdı. Orada bir çarpayı qalmışdı. Onun da üstündən yorğan-döşək götürülmüş və otağın ortasına atılmışdı. Stulun üstündə qanlı ülgüc vardı. Buxarının məhəccərinə iki-üç qom uzun, sıx, ağarmış qanlı insan saçı yapışıb qalmışdı. Görünür, tükləri dəri ilə birlikdə qoparmışdılar. Döşəmədə topaz qaşlı bir cüt sırğa, üç böyük gümüş qaşıq, üç balaca qaşıq və içində dörd min franka yaxın qızıl pul olan iki kisəcik vardı. Küncdəki komodun siyirmələri açılmışdı. Görünür, kimsə qurdalanmışdı, bununla belə, siyirmələrdə hələ də çox şey qalmışdı. Balaca dəmir seyf yorğan-döşəyin altından tapıldı. Seyf açıq idi, açar da qapısının üstündəcə qalmışdı. Onun içərisində bir neçə köhnə məktub və lazımsız kağız-kuğuzdan savayı heç nə yox idi. Madam Epanyedən əsər-əlamət yox idi, ancaq buxarının ocaq yerinə xeyli qum tökülmüşdü. Bacanı yoxladılar. (Söyləyəndə adam dəhşətə gəlir.) Qızın başıaşağı vəziyyətdə olan meyitini dartıb oradan çıxardılar. Meyit başıaşağı dar bacanın içinə – yuxarıya pərçim edilmişdi, hələ soyumamışdı. Müayinə edərkən məlum oldu ki, bir neçə yerdən dəri siyrilib. Bu da, şübhəsiz, zorakılığın izləriydi. Sifətində çoxlu dərin cırmaq izləri, boğazında isə tünd qançırlar, dərinə işləmiş
7
Fars hökmdarı Kserks (Əhəmənilər sülaləsindən, e.ə. 521-465) haqqında yazılmış dram nəzərdə tutulur.
8
9
10
11
“