ТОП просматриваемых книг сайта:
Qorxu vadisi. Артур Конан Дойл
Читать онлайн.Название Qorxu vadisi
Год выпуска 0
isbn 9789952244052
Автор произведения Артур Конан Дойл
Серия Dünya ədəbiyyatından seçmələr
Издательство Altun Kitab
– Kaliforniyada yaşayanda onda nəsə bir qəribəlik sezməmişdiniz?
– O, izdihamlı yerlərdən qaçırdı. Kimdənsə ehtiyatlandığı hələ onda ağlıma gəlmişdi. Görünür, xəbərdarlıq almışdı. Gedəndən bir həftə sonra altı adam gəlib onu soruşmuşdu. Amerikalıya oxşayırdılar.
– Bu, altı il əvvəl baş verib?
– Bəli.
– Buna qədər isə Duqlasla Kaliforniyada on bir il yaşamısınız?
– Belə çıxır.
– Demək, aralarında qatı düşmənçilik varmış, yoxsa ədavət bu qədər davam edib, belə kədərli sonluqla başa çatmazdı.
– Məncə, qaranlıq məsələ idi. Heç vaxt yadından çıxmırdı.
– Bəs niyə polisə müraciət etməyib?
– Görünür, bu təhlükədən heç kim onu qoruya bilməzmiş. Nahaq yerə üstündə silah gəzdirmirdi. Ancaq bu gecə əynində xalat olub. Körpü qaldırılanda özünü təhlükəsizlikdə hiss eləyirdi.
– Duqlas beş ildi evlidirsə, deməli, toy ərəfəsində İngiltərəyə qayıtmısınız?
– Nikahdan bir ay əvvəl. Mən onun sağdışı olmuşam.
– Missis Duqlası toya qədər tanıyırdınız?
– Yox.
– Ancaq sonra tez-tez görürdünüz?
– Dostumun yanına gələndə, təbii ki, arvadını da görürdüm. Əgər siz güman edirsinizsə…
– Mən heç nə güman etmirəm, mister Berker. İşi aydınlaşdırmaq üçün lazım olan sualları verirəm. Mister Duqlas arvadı ilə dostluq etməyinizə necə baxırdı?
Berker tutulan kimi oldu:
– Mənə bu cür suallar verməyin! Mən cavab verməkdən imtina edirəm!
– İmtina etmək sizin haqqınızdır, amma imtina etməyinizin özü artıq cavabdır.
Berker bir anlığa susdu. Nə haqdasa gərgin halda düşündüyü hiss olunurdu. Sonra birdən gülümsədi:
– Siz, doğrudan da, öz vəzifənizi yerinə yetirirsiniz. Mən sizə mane ola bilmərəm. Ancaq xahiş edirəm, bu cür suallarla missis Duqlası üzməyəsiniz. Etiraf edim ki, zavallı Duqlasın yeganə çatışmayan cəhəti qısqanclıq idi. O məni sevirdi, arvadına pərəstiş eləyirdi. Həmişə bura gəlməyimi istəyirdi, ancaq arvadının mənimlə dostcasına söhbət etdiyini görəndə bəzən özünü ələ ala bilmir, təhqiramiz sözlər deyirdi. Buna baxmayaraq dünyada heç kimin bu qədər vəfalı arvadı, məni kimi də sadiq dostu yoxdu.
– Yəqin, xəbəriniz var ki, mərhumun nişan üzüyü barmağından çıxarılıb?
– Ola bilsin.
– “Ola bilsin” nə deməkdir? Bu axı faktdır.
– Bəlkə, üzüyü Duqlasın özü çıxarıb…
– Hər halda, üzüyün itməsi Duqlasın nikahı ilə cinayət arasında müəyyən əlaqədən xəbər verir.
Berker çiynini çəkdi.
– Burda heç bir əlaqə görmürəm, – dedi. – Bunun missis Duqlasın adına kölgə saldığına eyham vurursunuzsa… siz yanlış yoldasınız.
– Mənim daha sualım yoxdur, – Makdonald dedi.
– Mənimsə bir sualım var, – Şerlok Holms dilləndi. – Siz otağa girəndə yalnız stolun üstündə şam yanırdı?
– Elədir.
– Dərhal zəngi çaldınız?
– Bəli.
– Ems çox tez gəldi?
– Təxminən bir dəqiqə sonra.
– Gələndə şamın söndürüldüyünü, işığın yandığını görüb. Çox təəccüblüdür.
– Mən burda təəccüblü heç nə görmürəm, – Berker çaşqın halda dedi. – Şam kifayət qədər işıq salmır.
Holms daha sual vermədi və Berker hamımızı şübhəylə süzüb otağı tərk etdi.
İnspektor Makdonald missis Duqlasın otağına qalxmağa hazır olduğu barədə Emslə xəbər göndərdi. Ancaq missis Duqlas özü aşağı endi. O, otuz yaşlarında gözəl bir qadın idi.
– Nəsə aydınlaşdıra bilmisiniz? – soruşdu.
– Biz əlimizdən gələni edirik, missis Duqlas, – inspektor cavab verdi. – Siz ərinizlə ilk dəfə Londonda tanış olmusunuz?
– Bəli.
– Mister Duqlas Amerikada baş vermiş, onu təhlükəyə salan hadisələr barədə danışmışdı?
Missis Duqlas duruxub nə haqdasa fikrə getdi.
– Yox, danışmamışdı. Ancaq onu sevən bir qadın kimi narahatlığını hiss eləyirdim. Güclü düşmənləri olduğunu, onun izinə düşdüklərini bilirdim.
– Ərinizin hansı sözləri sizi daha çox təəccübləndirib? – Holms soruşdu.
– “Qorxu vadisi”. Keçmişi barədə hansısa sualıma cavab verəndə belə demişdi: “Mən Qorxu vadisində olmuşam. Hələ də ordan tam çıxa bilməmişəm”.
– “Qorxu vadisi” deyəndə nəyi nəzərdə tuturdu?
– O, doğrudan da, belə bir vadidə yaşamışdı. Orda başına dəhşətli hadisələr gəlmişdi. Mən buna əminəm.
– Bəs hansısa bir ad çəkmədi?
– Yox. Ancaq üç il əvvəl ovdakı bədbəxt hadisə nəticəsində qızdırmadan sayıqlayanda “ruh və bədənin hakimi” ustad Makgintinin adını hirslə təkrarlayırdı. Sağalanda bu adamın kim olduğunu, kimlərin ruh və bədənlərinin hakimi olduğunu ondan soruşdum. “Allaha şükür ki, mən deyiləm”, – gülərək cavab verdi. Makginti ilə Qorxu vadisi arasında əlaqə olduğunu düşünürəm.
– Ərinizin nişan üzüyünün barmağından çıxarıldığını bilirsiniz, – inspektor Makdonald dedi. – Bu sizi təəccübləndirmir? Bəlkə, onu köhnə bir düşməni izləyirmiş, ancaq nəyə görə öz üzüyünü çıxarsın ki?
Qadının xəfifcə gülümsədiyinə and içə bilərəm.
– Deyə bilmərəm.
– Daha vaxtınızı almayaq, – inspektor dedi. – Narahat etdiyimiz üçün bağışlayın.
– Gözəl qadındır, – o gedəndən sonra Makdonald fikirli-fikirli dedi. – Məncə, Berker burda baş verən hadisədə fəal iştirak edib. Mərhumun qısqanc olduğunu etiraf etdi, sözsüz ki, onun qısqanclığının səbəbini başqalarından yaxşı bilir. Hələ nişan üzüyünün yoxa çıxması? Bunu görməzliyə vurmaq olmaz. Ölünün barmağından üzüyü çıxaran adam… Nə deyə bilərsiniz, mister Holms? – Sonra durub zəngi çaldı.
Dostum başını əllərinə söykəyib fikrə getmişdi.
– Ems, – eşikağası otağa girəndə Makdonald dedi, – mister Berker indi hardadır?
– Gedib baxaram, ser.
Bir