ТОП просматриваемых книг сайта:
Yüreğimdeki Sensin. Ebülfet Medetoğlu
Читать онлайн.Название Yüreğimdeki Sensin
Год выпуска 0
isbn 978-625-6853-56-0
Автор произведения Ebülfet Medetoğlu
Издательство Elips Kitap
Ay Allah, bu gecəni
Mən necə yatıb-durdum200
Gündüz gördüklərimi -
Gecə yenidən qurdum.
Saç üzümə dağıldı,
Yanaq öpdü- yanağı…
Əlin tapıb sığındı -
Əllərimin qonağı.
Dodaqların ucunda
Adın oldu tər201 çiçək
Həsədindən202 ölərdi -
Bu an sənin – hər çiçək!
Qoy203 sarılım boynuna,
Bu gün dursun yerində
Hənrim204 dolsun qoynuna -
Çiçəkləsin şerim də!
Bir anlıq
Ağlımdan gəlib keçdi
Sahildəki
Balıqqulaqlarının205
Hamısın206
Saymaq kimi
Bir dəlilik…
Sonra da mavi ləpələrdən207
Sənə bir gəlinlik
Yaxasının
Gül xonçası da
Ürəyim…
Hardasan208
Qızıl balıq209,
Baxışlarımı
Sancmışam210 dənizə,
Dolaş211 kipriklərimə
Üz212 sahilə…
Mən də səndən
İndi ağlımdan
Gəlib
Keçənləri diləyim
İstəyənin
Bir üzü qara
Özün bilərsən
Daha
Özgə nə deyim…
Gözlərim axtarışda.
Xəyalım uzaqlarda…
Əllərim qoynumda -
Özümsə yalqızlıqda215
Səpələnib216
Hər tərəfə -
Axtarıram…
Qarşılaşmaq
Ümidi ilə…
Yaşamaq da çətin,
Sevmək də -
Bu yaşda!
Ürək yerindən oynayır,
Çarpazlaşmış
Qolların -
Əvəzinə kəsişsəydi yollarım -
Sonu çatardı
Yalqızlığımın!
Yığışıb217 hər tərəfdən -
Göydən, yerdən -
Yaşardım
Bir gilə218 ümid ilə!
Götür bax, daran221 mənə.
Bütünlüklə sən mənsən -
Axşamdan səhərə tək225
Sinəmdə öpüşlər ək
Könlümü dağlara çək -
Dünya tamam228 bəyazdı
Qoynunda qış da yazdı229.
Sənsizlik qar, ayazdı -
Bilmirəm hardan başlayıb
Hardan bitirim sözümü
Dünyaya çağır – mən gəlib
Orda itirim232 özümü.
Qəm nə imiş duyuruq tək,
Ürək sıxılır yumruq tək
Çağır nə olar simurq tək
Sənə yetirim233 özümü.
Ruhum dincəlmir236 orda da
Ölüb qalmışam ortada
Necə götürüm özümü.
İndiki anda heç kəsəm237
Quru nəfəs, titrək səsəm,
Sənə canım qurban desəm -
İnanarsan?!
Gözümdəki son işartı238
Dili olsa danışardı
Duysan sənsiz canım yandı -
İnanarsan?
Bir yarımçıq yazı kimi
Köksü dağlı qazi kimi
Ölsəm bəxtdən razı kimi -
İnanarsan? Скачать книгу
200
Uyuyup kalktım
201
Taptaze
202
Kıskançlığından
203
Bırak
204
Soluğum
205
Midyelerin
206
Hepsini
207
Dalgalardan
208
Nerdesin
209
Avrupa alabalığı
210
Saplamışım
211
Sarıl
212
Yüz
213
Bakınma
214
Oraya buraya, sağa sola
215
Yalnızlıkta
216
Dağılmış, saçılmış
217
Toplanıp
218
Damla, azıcık
219
Büyüklükte
220
Ayna
221
Saçlarını tara
222
Peki
223
Yabancıdır
224
Neren
225
Kadar
226
Yaramıyor
227
Ova
228
Tamamen
229
İlkbahardır
230
Yürekten yaralıyor, dağlıyor
231
Tipi
232
Kaybedeyim
233
Sana ulaştırayım
234
Dar, dapdaracık
235
Gök ise
236
Rahatlayamıyor
237
Hiçim, hiç kimseyim
238
Parıltı