Скачать книгу

rel="nofollow" href="#n74" type="note">74 günündə…

Açıq qapımdan

Kimsə keçmir

Bağlı75 pəncərəmdən

Həsrət dolur içəri…

Tanrımın da gözü

Məndən su içmir76 -

Yer tapa bilmirəm77

Otağımda78 -

Köçəriyəm79, köçəri…

Yenə bu səhər

Sükutun buzunu

Əridir

İlıq xatirələr

Ağlımdan gəlib keçir

Bilirsən nələr -

Qəfil80 ölümümün

Ertəsi günü

Səni üstümə

Gətirərlər

Yanağı şehli81

Bənövşə82 kimi…

Ürək əldən küsüb, əl də ürəkdən,

Kiminlə danışım, kimə yazdırım?

Qoparıb sinəmdən, kəsib biləkdən,

Yer göstər onları qoşa83 asdırım.

Taleh oyundur nə deyə billəm84,

Harda85 başlayacaq, bitəcək harda.

Ömür bahasına qazandıqlarım,

Görəsən86 solacaq, itəcək harda.

Həsrət mi döyəcək87 qapımı bir gün,

Yoxsa qar yağacaq ömrümə bu an?

Gözümdə yol izi, köksümdə düyün88 -

Mən mi olacağam boynunu buran?89

Fikirlər yüz yerdən didir içimi,

Danışmaq qəbahət, susmaqsa günah.

Necə götürüblər mənim ölçümü -

Geydiyim kədərdi, çəkdiyimsə ah.

Can qopursa

Candan

Bu, ağrıdan

Daha çox zülümdü…

Bü zülmü

Çəkən isə

Ürəkdi,

Bir də vicdan

Deməli90,

Candan-can ayrılması

Heç kimin91

Dəfninə gəlmədiyi

Pünhan92 bir ölümdü

Gizlə hələ…

Tələsmə93

«Ölümün mübarək»

Deməyə.

Gəl otur, gəl birlikdə

Vərəqləyək94 dünəni

Qarşılayaq təmkinlə95 -

Üstümüzə dönəni…96

Gəl otur, gəl üzbəüz97

Bir olan qəmdən dadaq98.

Sonra da özümüzü-

Bal dadıyla aldadaq.

Gəl otur, gəl dizində

Bir çimdik99 yuxu tapım100.

Tamamlansın izninlə -

Mənim ömür kitabım.

RAMİZ RÖVŞƏN’Ə

Axır ki101,

Tapdım102 səni

Beş gün sonra

Soyuq

Baş daşımı

Qucaqlayıb

Ağlayacaq

Qara saçlı

Qara paltarlı103

Qara günlü104 -

Qadın…

Dur105 gəl,

İndi106 sarıl boynuma

Hamının107

Gözü önündə -

Görsünlər

Və bilsinlər

Məndən

Sonra

Baş daşımı

Qucaqlayanda

Pıçıltılara108

Səbəb

Olmasın adın!

Canım, canımsan mənim

Bir olan ürək haqqı.

İkimizin böldüyü -

Eşq adlı çörək109 haqqı.

Günəşə üz tutmuram110,

Aya da biganəyəm

Hər şeyi unuduram -

Tək111 sənə pərvanəyəm.

Canım, hər yerdə sənsən

Hər an sənin nəfəsin.

Qismən canım ödəyər -

Verdiyinin əvəzin112.

Çətindi Скачать книгу

75

Kapalı

76

Bana güven duymuyor, itimat etmiyor

77

Bulamıyorum

78

Odamda

79

Göçerim, göçer hayatı yaşıyorum

80

Ani

81

Yanağı ıslak, yanağı çiyli

82

Menekşe

83

Yanyana, çifte

84

Ne diyebilirim?

85

Nerde

86

Acaba

87

Çalacak

88

Düğüm

89

Boynunu büken

90

Demek

91

Kimsenin

92

Gizli

93

Acele etme

94

Sayfalarını teker teker çevirelim

95

Soğukkanlılıkla

96

Üzerimize yürüyeni

97

Karşı karşıya

98

Tadalım

99

Azıcık

100

Uyuyayım

101

Nihayet, sonunda

102

Buldum

103

Siyah elbiseli

104

Bedbaht

105

Kalk

106

Şimdi

107

Herkesin

108

Fısıltılara

109

Ekmek

110

Yönelmiyorum

111

Yalnızca

112

Karşılığını