ТОП просматриваемых книг сайта:
Yüreğimdeki Sensin. Ebülfet Medetoğlu
Читать онлайн.Название Yüreğimdeki Sensin
Год выпуска 0
isbn 978-625-6853-56-0
Автор произведения Ebülfet Medetoğlu
Издательство Elips Kitap
Sanki
Ağrılarımı
Soyundurdu
Sevinci geyindirdi
Əynimə369 -
Sevdiyim!
Asıldım
Mələklərin
Ayağından
Qısıldım ruhumun
Sinəsinə
Pıçıltılar370
Puçurlayan371
Dodağından -
Aldığım
Öpuşlərin
Səsinə
Qatdı atəşini -
Sevdiyim!
Unutdum
Tanrıdan başqa
Hər kəsi
Əli ovcumda,
Nəfəsi nəfəsimdə
Leylidi372
Məcnunun qibləsi
Sıx, saxla373 məni
Qollarınla
Sinənin qəfəsində…
Mənə yazılmış
Vəsiqənin
Nömrəsi oxunmur -
Üstünə ləkə düşüb
Və mən
Cənnətlə
Cəhənnəmin
Arasındakı yolun
Kəsişməsində
Növbə tutmuşam…374
Bu heç də
Mənə toxunmur
Çünki
Ömrüm növbələrdə
Keçib…
Növbəmin də
Ən zəruri anda
Gəlib çatdığı
Olmayıb…
Olubsa da unutmuşam…
Odur ki,
Kompassız375 gəmi
Kimi
Quma oturmuşam…
Nömərsi oxunmayan vəsiqəmlə
Bu da ömürdü
Elə belə376
Hələ ki, hələ.
Bölüşə bilmirəm üzüntüləri
Qorxuram canının üzülməyindən377
Ancaq qəm paylayan namərd dünyanın
İnciyim nəyindən,
Küsüm nəyindən…
Özümü aldatmaq istəyim bitir
Xəyalla nə qədər gün sovmaq olar
Günlərim şam378 kimi əriyib itir -
Sənə damla sevinc, damla təbəssüm
Bəxş edə bilmirəm, bacarmıram mən
Sevgim göz önündə, amma ki, gülüm -
Sənə çox dərdimi açammıram382 mən…
Unuda bilsəydim dərdim olmazdı
Qarışıb gedərdim insan selinə
Unuda bilsəydim gözüm dolmazdı -
Könlümü verməzdim dərdin əlinə.
Unuda bilsəydim adiləşərdim,
Sıradan sonuncu olardım bəlkə…
Unuda bilsəydim – adi383 bəşərdim
Nə özüm olardı, nə də ki, kölgəm.
Unuda bilsəydim… Faciə budu
Hər şey süzgəc kimi keçir
Canımdan
Məni özün öldür -
Unutmaq üçün -
Qoyma yerə damsın amma
Qanımdan…
Çəkəcəm ortalığa
Canımı ağlayacam
Olan, qalan bir qaşıq -
Qanımı ağlayacam.
Zaman dəyirmanında
Çax-çaxa384 yer qalmayıb
Hərdən385 dəyir hələ ki,
Halıma susamayıb.
Çoxdan köçübdü ruhum,
Allah, deyən388 də yoxdu -
Kirpiyin niyə yaşdı.
Mənim yuxularımın
Sərhəddi pozulubdu
Həmişə389 yuxularım
Ancaq tərs yozulubdu390.
Bərpa etmək391 çətindi
Pozulmuş bu sərhəddi
Sanki aşılmalıdı -
Keçilməyən Çin Səddi
Ən ağır yüküm olub
Zamanın sualları
Göydə ilişib qalıb392 -
Könlümün duaları.
Mən talehlə vuruşuram
Durmadan
Kişi kimi393, kürəyindən394 vurmadan…
Sən ay məni nahaq yerə cırnadan395 -
Mən heç kəsin396 payına göz dikmərəm.
Haqqın
369
Üzerime
370
Fısıltılar
371
Tomurcuklanan
372
Leyla’dır
373
Tut, bırakma
374
Nöbet tutuyorum, bekliyorum
375
Pusulasız
376
Şöyle böyle
377
Azap çekmesinden
378
Mum
379
Ani
380
Bozulmak (bostan, bağ vb.)
381
Savulmak
382
Açamıyorum
383
Normal, alışılmış
384
Çakıldaka
385
Bazen
386
Büyüklükte
387
Taştır
388
Diyen, söyleyen
389
Her zaman
390
Yorumlanmış
391
Eski hâline döndürmek, yeniden yapmak
392
Takılıp kalmış
393
Erkek gibi
394
Sırtından, arkasından
395
Kızdıran, sinirlendiren
396
Kimsenin