ТОП просматриваемых книг сайта:
Yaşıl mürəkkəb. Osman Balcıgil
Читать онлайн.Название Yaşıl mürəkkəb
Год выпуска 0
isbn
Автор произведения Osman Balcıgil
Издательство Hadaf Neshrleri
Nəhayət, Səbahəddinin ilk qatara bilet almaqdan başqa çarəsi qalmadı…
Beləliklə, 1928-ci ilin dekabrında başlayan Almaniya macərası 1930-cu ilin mayında sona çatdı.36
ALTI
Səbahəddin, güman etdiyi kimi, Pertevi İstanbul Universitetində, ədəbiyyat fakültəsinin bufetində tapdı. Dostlar qucaqlaşdılar.
– Sən hara, bura hara? – Pertev maraqla soruşdu.
Səbahəddinin ağzından bircə kəlmə çıxdı:
– Müsibət!
Səsi elə titrədi ki, toxunsan, ağlayacaqdı. Həqiqətən, böyük müsibətlə üzləşmişdi: həyatını dəyişəcəyini düşündüyü Almaniya təhsili ani qəzəb nəticəsində puç olmuşdu. Peşmanlıq çəksə də, daha gec idi, gələcəyini öz əliylə məhv etmişdi.
Dostlar bufetdə oturub, dava haqqında uzun-uzadı danışdılar. Səbahəddin bəzən:
– Bir şillə ilişdirdim ki! – deyərək qürrələnsə də, daxilən çəkdiyi iztirab simasında əks olunurdu.
Pertev onun kədərləndiyini görüb:
– Olan olub, keçən keçib. Gələcəyə baxaq, – pıçıldayıb ayağa qalxdı. – İki çay alıb gəlirəm, – deyib söhbətin havasını dəyişdi.
Səbahəddin çayı gözləyərkən, “Bax buna görə ona “molla” deyirəm də” – düşündü.
Yaxşı ki, Pertev çay dalınca getmişdi, çünki başına gələn hadisə haqda artıq bir kəlmə belə danışmağa taqəti qalmamışdı.
Onda hətta unutmuşdu ki, Pertev də, özü də vur-tut iyirmi üç yaşındadılar. Bununla belə fikirləşirdi ki, böyük ömür sürür, bir yığın dərdlə mübarizə aparır.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.