ТОП просматриваемых книг сайта:
Hüzur küçəsi. Шуле Юксель Шенлер
Читать онлайн.Название Hüzur küçəsi
Год выпуска 0
isbn
Автор произведения Шуле Юксель Шенлер
Издательство Hadaf Neshrleri
Bunlar gəncliklərini səfeh bir tərzdə sərxoşluqla hədər yerə keçirirlər. Necati, belə bir qrupun arasından çıxa bilmişdi. Buna görə də şanslı sayırdı özünü … Və ancaq bu avara qrupun arasından çıxandan sonra anlamışdı vəziyyətin nə qədər ciddi olduğunu…
Hüzur küçəsi… Sükut dolu küçə… Budur, yenə həmişəki ədəbli səssizlik hakimdir bu küçəyə… Hərdənbir ke-çə satıcıların və oyun oynayan kiçik uşaqların ahəngli səslərindən başqa bu küçənin sakitliyini pozacaq heç bir səs gəlmir bu küçədən. Bilal, yaşıl şəbəkələri çölə açılan pəncərənin qarşısında, dərs kitablarından birini oxuyur… Arada bir başını kitabdan qaldırıb düz qarşısında görünən mənzərəyə tamaşa edir. Evlərinin qarşısında boş ərazidə uşaqlar sevinclə
gizlənpaç oynayırdılar. Bilalın həyatında uşaq sevgisinin ayrı bir yeri var idi. Küçədəki uşaqlar da onu çox istəyirdilər… Nəsə narahatçılıqları olanda sözlərini ona deyər, onun sözündən kənara çıxmazdılar. Bilal da onların hakimi olar, şikayətlərini diqqətlə dinləyər, sonra haqlı ilə
haqsızı ayırıb, onlara həlim bir səslə məsləhətlər verərdi.
55
Bu gün də bir tərəfdən kitabı oxuyur, digər bir tərəfdən də hakimlik edirdi uşaqlara…Birdən uşaqların şən – şaqraq səslərini siqnal səsi böldü. Və çox keçmədən uzun, qara maşın boş torpaq sahəsinin qarşısında dayandı. Taksidən enən beş nəfərdən zəif və uzun boylu olanının əlində polad bir ölçü cihazı var idi. Kök kişi ilə bir yerdə ərazini ölçməyə
başladılar … Uşaqlar oyundan əl saxlayıb diqqətlə və
maraqla bu insanların başına yığışdılar.
– Əmi, nə üçün ölçürsünüz buranı?
– Bundan sonra burda səs-küy salmayasınız deyə!…
–Axı biz səs-küy salmırıq… Oynayırıq sadəcə…
– Yaxşıdı da… Biz də sizə burada böyük bir oyuncaq hədiyyə edəcəyik… Ha-ha-ha… Bina tikəcəyik burda, övladım…
Adamlar təzədən maşına minib uzaqlaşdılar. Uşaqlar, əllərindən oyuncaqları alınmış kimi, hətta daha böyük bir qarışıqlıq və kədər içində qalmışdılar. Bilal olanlara pəncərədən tamaşa edirdi. Nəhayət, uşaqlardan biri kövrək bir səslə:
– Bilal qardaş, gördün də? Bizim futbol meydançamızı əlimizdən alırlar. Burda bina tikəcəklər… – dedi …
Bilalın boğazı düyünlənmişdi elə bil… Gözləri bulud ki-mi dolmuşdu. Birdən gözlərinin qarşısında uşaqlığı canlandı… Eyni torpaq sahəsində öz yaşıdları ilə hoppanıb düşdüyü, gizlənpaç, ortadaqaldı oynadığı rəngarəng uşaqlıq günləri … məsud, qəmsiz, şən, həyat dolu günlər …
Bəli, onun da uşaqlığı bu torpaqda keçib … İndi bu sevimli torpaq sahəsinin yerində demək soyuq və ruhsuz bir daş yığını qalacaq!…Uşaqların da sevincləri qaçmış, o şən -
şaqraq səslərin yerinə, ətrafı dərin və can sıxıcı bir sükut 56
bürümüşdü … Bu pis xəbər, uşaqların üstünə bir qara kabus buludu kimi çökmüşdü …
Həyatın dərd və məşəqqətlərindən, cəmiyyətin, səfalət və rəzilliklərindən xilas olmaq, dinc və asudə bir həyat yaşamaq istəyənlər üçün, bu böyük şəhərin içində Hüzur küçəsi ideal bir guşə idi… Həm estetik mənzərəsi və həm də
sakinlərinin əxlaq və xarakteri baxımından bu sakit küçənin, qonşu olduğu digər küçələrlə belə əlaqəsi yox idi elə bil…
Ətraf küçələrdə yaşayan mini yubkalı qızlar, sanki öz aralarında danışmışdılar, bu küçədən yollarını salmırdılar.
Daha doğrusu, bu ciddi və mühafizəkar küçədən keçməkdən utanırdılar. Küçələrdə heç nəyə fikir vermədən qışqırıb bağıran, necə gəldi geyinən zəmanə uşaqları da Hüzur küçəsini özlərinə “qadağan zona” hesab edirdilər. Bu küçədən keçmək məcburiyyətində qalanda isə özlərini ağıllı apa-rırdılar.
***
Bir axşam üstü… Günəşin son və ölgün işıqları sınıq şü-şələrdə bərq vurur… Qürubun yeddi rəngi Hüzur küçəsinin taxtadan evlərinin üstündə sehrli bir aləm yaradır… Budur, küçənin başında Sayacı Xeyri baba meydana çıxdı. Ağsaçlı mehriban qocanın əli – qolu, hər axşam olduğu kimi irili-xırdalı torbalarla doludur… Elə küçəyə girən kimi ətrafına yavaş-yavaş pişiklər yığışmağa başladı. Böyüklüyündən, balacalığından asılı olmayaraq bəlkə bir iyirmi-otuz pişik…
Bəzisi damdan tullanıb gəldi, bəzisi divardan… Amma hamısının ümumi bir məqsədi var idi: Xeyri dədənin əlin-dəki torbalardan öz nəsiblərini almaq. Yaşlı adamın üstünə
tullanıb, xorla miyoldayırdılar. Xeyri Dədə bu acgöz ər-57
köyünlərin iştahını açmaq üçün onların əvvəl bir müddət belə miyoldamaqlarına göz yumurdu. Nəhayət, orkestr ən zil səslə çalmağa başlayan kimi əlindəkiləri sağa-sola paylamağa başlayırdı. Bu axşam da o, həmişəki kimi kefli və
qəmsiz halı ilə bir tərəfdən mehriban pişiklərinə dil tökür, onların könlünü alır, bir tərəfdən də cürbəcür hoq-qabazlıqlarla paketlərdəki ciyər və qarınları yalvaran bir əda ilə miyoldayıb tullanan, qıçlarına sürtünüb ətrafında fırlanan pişiklərə atırdı. Qəribə idi ki, Hüzur küçəsinin sakin-lərindəki xasiyyət və xarakterlər artıq bu küçənin pişiklərinə
belə sirayət etmişdi: hamısı ruzunu Allahdan gözləyir, ondan gələn haqqına razılıq göstərirdi… Heç biri o birinin əlindəkini əlindən almağa çalışmırdı. Xeyri dədənin də ən çox xoşuna gələn elə bu idi onsuz da … O, pişiklərini həmişə
müasir dövrün gözünü ehtiras bürümüş insanları ilə müqayisə edərdi … Edərdi və mehriban pişiklərinə qarşı olan məhəbbəti, bu müqayisədən sonra daha da artardı… Öz haqqını haqq bilib, bu haqqa razılaşan neçə adam var idi bu boyda məmləkətdə? Başqasının əlindəkini əlindən almaqda, onun ruzusuna şərik çıxmaqda yarışanlar cəmiyyət tərəfindən alqışlanır və hamı onlara oxşamağa çalışırdı. Bu alqışlayanlar və alqışlananların ürəyində qənaət və razılıq kimi ən yüksək insan hislərin yerini həsəd və ehtiras duyğuları bürümüşdü. Xeyri Dədənin pişiklərini – dərdlərini, istəklərini və ehtiyaclarını dilə gətirməkdən aciz olan bu biçarə heyvanları, bir sıra insanlardan üstün və fəzilətli edən də onların bu kimi səfil duyğulardan uzaq olmaları idi…
Xeyri Dədə, pişikləri ilə oynayan vaxtı, küçənin başında, qoltuğunda kitabları ilə dərsdən qayıdan Bilal göründü. Bi-58
lal Xeyri Dədənin arxasında dayanıb ona hiss etdirmədən bu film kadrı kimi qəribə mənzərəyə gülərək tamaşa etməyə
başladı.