Скачать книгу

Mən.. – dedi və susdu… Bir müddət arxasını gətirə bilmədi, sonra iztirabla alnını ovuşduraraq Bilala baxdı.

      İnləyərək sözlərinə davam etdi:

      – Bilirsən, Bilal … Mən namaz qılmağı bilmirəm ki.

      Bundan da başqa…

      – Nə bundan başqa?… Sən bir dəfə "Bismillah" de, çırmala qollarını, arxası asandır. Dəstəmazı birlikdə alarıq, sonra da biz nə etsək sən də onu təqlid edərsən, vəssalam…

      Necati, heç nə demədi. Ovsunlanmış kimi yerindən qalxdı, pencəyini çıxardı, köynəyinin qollarını dirsəklərinə

      doğru çırmaladı və qapıya tərəf addımlayan Bilalın arxasınca getdi.

      Bir az sonra gənclərin hamısı cərgə ilə namaza dayanmışdılar. Doktor Nazim bəy, imam olmuş, arxasındakı 46

      gənclərdən ibarət camaata namaz qıldırırdı… Yüksək səslə

      oxuduğu surələr, Necatinin ruhuna ilahi rəhmət kimi axır, onu məna iqlimlərinin dərinliklərinə çəkib aparırdı…

      Bəli, Necati də hər biri dərin bir təvazö və təslimiyyət içində qəlblərini Allaha bağlamış, üzlərini ona, o uca Yaradana dönmüş, səmimi və təmiz bir camaatın içində idi artıq… Onsuz da nə zaman bir məscid qarşısından keçsə içəridə olan camaata qibtə edərdi o … Lakin bir dəfə də olsun bu qibtə etdiyi məsud və bəxtiyar insanların arasına qarışmaq üçün şeytanın ayağını sındırmağa, nəfsinə söz keçirməyə müvəffəq olmamışdı. Üstəlik yaşadığı həyat tərzinə

      görə özünü bu təmiz və sadə camaata uyğun görmürdü heç cür… Lakin bu insanlar, qəlbləri iman yüklü bu nəcib gənclər, şəfqət dolu ürəklərini ona açmışdılar artıq. Onu öz aralarında görmək istəmiş, bağırlarına basmışdılar. Və indi o da onlarla birlikdə, onlarla yan-yana, çiyin-çiyinə namaz qılırdı …

      Necatinin namazı görünüş etibarı ilə bir qədər gülünc görünürdü, amma məna ölçüsündə çox mühüm bir dəyər daşıyırdı. Qiyamda, rükuda və səcdədə hərəkətlərində ya-nılmamaq üçün gah sağındakına, gah solundakına, gah önündəkinə baxır, gördüyü hərəkətləri naşıcasına təqlid edirdi. Üzü saçlarının dibinə kimi qıpqırmızı olmuşdu, alnında muncuq-muncuq tər damcıları yığılmışdı. Utanc, xəcalət, kədər, peşmanlıq hisləri mənliyini alov kimi yandırıb qovururdu. Əlinə verilən təsbehi nə deyəcəyini bilmədən çevirməyə başladı. Sıra duaya gəldikdə isə hamı kimi o da əl açdı Allahına… Aman Allahım … O nə iztirab dolu bir yüz ifadəsi idi elə? Alnındakı xətlər dərinləşdikcə dərinləşirdi Necatinin… Boynu sağa doğru bükük, gözləri yumulu. Ya-47

      naqlarından aşağıya saf və aydın yaşlar süzülür. Ağlayır Necati… Bəlkə günahları nəticəsində meydana çıxan ağrılı, bəlkə qovuşduğu səadətə görə yaranan sevinc gözyaşlarıdır bunlar… Amma mühüm olan Necatinin ağlamağıdır, ağlaya bilməyidir… Çünki istər günahdan meydana gələn kədər –

      qəm, istərsə də qovuşduğu bəxtiyarlıq nəticəsində yaranan sevinc və səadət gözyaşları olsun … Nə çıxar? Nəticədə ikisi də eyni qapıya çıxmırdımı?

      Namazın sonunda Qurani-Kərimi Bilal oxudu. Nə-catinin ruhunda qopan fırtınaları sakitləşdirəcək bu məxmər kimi yumşaq səs, şübhəsiz ki bütün camaatın qəlbini də ən ülvi hislərlə doldurmaqda idi. Lakin Necati üzərindəki təsiri, heç bir sözlə ifadə edilməyəcək dərəcədə böyük bir üstünlük daşımaqda bu səsin… Bu səs, bu uca Quranı oxuyan gözəl səs, bir imam, müəzzin və ya hər hansı bir müəllimin ağzından tökülsəydi, Necati üçün bəlkə bu dərəcə əhəmiyyətli olmayacaqdı. Mühüm olan Qurani-Kərimi qaydasında oxuyan bu gəncin özü kimi bir universitet tələbəsi olması idi… Kiçildi, kiçildi, kiçildi Necati … Və gözyaşları içində sanki əridi, yox oldu.

      Nazim həkim din elminə fövqəladə bir şəkildə bələd bir insan idi. Hər zaman oxunan surələrin arxasınca şərhlərini verir, ətrafına faydalı olmağa çalışırdı. İndi də Bilalın oxuduğu surənin mənasını açıqlayırdı. "Göylərdə və yerdə nə

      varsa Allahı təşbeh və tənzih edir. O mülkündə qalibi-mütləq, etdiklərində sahibi-hikmətdir. Göylərin və yerin mülkü şübhəsiz Onundur… Həm dirildir, həm də öldürür.

      O, hər şeyə qadirdir. O həm əvvəldir, həm də axır. Həm zahirdir, həm də batin. O, hər şeyi kamalıyla bilir. O, göyləri və yeri altı gündə yaradan, sonra hökmü ərşi zəbt edəndir.

      48

      Yerə girən, oradan çıxan, göydən enən, oraya yüksələn şeyləri O bilir. Harada olursanız olun, O sizinlə bərabərdir…

      Nə etsəniz, O haqqıyla görəndir… Göylərin və yerin mülkü Onundur. Bütün işlər ancaq Ona qayıdacaqdır.

      Allaha və Peyğəmbərinə iman etməkdə möhkəm olun.

      Sizdən əvvəl olanlardan sonra Allahın sizə qənaət üçün və-kalət verdiyi maldan onun uğrunda xərcləyin. Sizdən iman gətirib o sürətlə Allah yolunda xərcləyənlər yoxdur? Onlar üçün böyük bir mükafat vardır.

      Peyğəmbər Rəbbinizə iman gətirməyə sizi çağırdığı halda, sizlər niyə Allaha iman gətirmirsiniz? Halbuki, O

      sizdən qəti təminat da almışdı… Əgər Ona imanı seçə-cəksinizsə, dərhal buna tələsin. O sizi küfr qa-ranlıqlarından iman işıqlığına çıxarmaq üçün açıq-açıq ayələr endirməkdə

      olandır. Şübhəsiz ki, Allah sizi çox əsirgəyən, rəhməti ilə sizi bağışlayandır. Yəni sizi oyan-dırmaq üçün peyğəmbərlər göndərmiş, ayələr nazil etmişdir. Yalnız əqlinizlə hər şeyi tapmağınızla kifayət-lənməmişdir"…

      Artıq, hava xeyli qaralmışdı. Sərin bir külək Necatinin od kimi yanan üzünü dərin məhəbbətlə yalayıb keçdi. İki yoldaş heç bir şey danışmadan yan-yana gedirdilər. Bilal, Necatinin hazırda yaşadıqlarını çox yaxşı hiss edir, lakin onun hiss və düşüncələrinə təcavüz olar düşüncəsi ilə heç nə

      demir, danışmağa belə cəsarət etmirdi. Səssiz və ahəstə bir müddət beləcə getdilər. Bir parkın içindən keçirdilər… Necati ani bir hərəkətlə Bilalın qarşısına keçərək onu dayandırdı…

      Üzü bir az əvvəlkindən nisbətən daha sakit idi … Ciddi bir qərara gələn insanların qətiyyəti var idi üzündə. Bu dəfə o, Bilalın çiyninə qoydu əlini və qəti bir ifadəylə danışdı: 49

      – Bilal, artıq məni də gerçək dostlarından, daha doğrusu o tərtəmiz və saf iman qardaşlarınızdan biri saya bilərsiniz.

      Gəl, burda oturaq bir az. Sənə bütün səmimiyyətimlə içimi açmaq, hislərimi ifadə etmək istəyirəm bu axşam … Mənə bir az qulaq asmaq istəyirsən?

      Bilal bunun belə olacağını bilirdi əslində. Səmimi bir şəkildə güldü:

      – Sənə hal-hazırda qulaq asmaq mənim üçün zəhmət deyil, yox, bəlkə də bu dəqiqə ən böyük zövqdür Necati …

      Məni bir yoldaş kimi yox, öz qardaşın kimi

Скачать книгу