ТОП просматриваемых книг сайта:
Şəhid Ənvər Paşa. Nevzat Kösoğlu
Читать онлайн.Название Şəhid Ənvər Paşa
Год выпуска 0
isbn
Автор произведения Nevzat Kösoğlu
Издательство Hadaf Neshrleri
İdadi məktəbini son sinifindəykən l897-ci ildə Girit hadisələri başlayır. Adanın Yunanıstana qatıldığını şərhiylə başlayan və sonunda türk-yunan savaşına çevrilən proseslər şagirdlərdə böyük həyəcan oyandırar. “İstirahət vaxtı sobanın başında toplanaraq mövzunu müzakirə edər, "Hökumətin acizliyindən, mütləqiyyət rəhbərliyinin pisliyindən və xüsusilə də, Sultan Həmdin pisliyindən bəhs edərdik".
Buradan sonra Hərb Məktəbinə gedən Ənvəri, oradakı yoldaşları, "çalışqan, təvazökar, ciddi və sözünün üstündə duran biri" olaraq tanıyırlar. O günlərdə qatarlar hərbi işlərə ayrıldığından Selanikdəki köçürmə nöqtəsinə xüsusi bir qatarla göndərilirlər. Sonra gəmi ilə İstanbula gedib orada Hərbi məktəbdə təhsil almağa başlayır. Bu barədə yazır:
"Artıq bizdəki sevinc fövqəladə idi. Zabitliyə namizəd olmuşduq. Biz də üç il sonra indi hərbə gedən qəhrəman əsgərlərimizə əmr verəcək insanlar olacaqdır. Yolda rast gəldiyimiz qatarlardakı Anadolu könüllü batalyonlarının əsgərlərinin üzlərindəki təbəssümlə bizə salam verməsi, mahnı oxumaqları, həqiqətən, bunlara layiq zabit ola bilmək üçün son dərəcə çalışmaq əzmi barəsində bizi həvəsləndirməyə kifayət idi. Bəli, onlar hər şeylərini, yerlərini, yurdlarını buraxaraq vətənin bir küncündə ölməyə gedirdilər. Biz də gələcəkdə bizə əmanət ediləcək bu yüzlərlə, bəlkə, minlərlə qəhrəmanı yaxşı idarə edərək, onları zəfərlərə sövq üçün məlumat və bacarıq Kazanmağa gedirdik. Hər iki tərəf də vətənin qurtuluşu üçün gedirdi. Bu sırada yeganə əməlim zabit olmaq, məmləkətimə bu surətlə xidmət etmək idi." (Çingiz, h.d.ə., s. 36)
Hərb Məktəbinə həyəcanla başlayır; məqsədi buradan qərargah məktəbinə getməkdədir. Lakin Monastır İdadisini altıncılıqla bitirməsinə baxmayaraq, qeydləri aşağı olduğundan çox da ümidli deyil. İlk sıralamada sinifinin əlli altıncısıdır; bu vəziyyət davam etsə, qərargah sinfinə düşmək mümkün deyil. "Bununla belə hər halda əzm göstərmişdim” – deyir.
Bir gün şagirdlər toplayıb, zabitlərdən, Hərbi məktəbdən və Tibb məktəbi ndən bir çox adamın "Sultan Həmid əleyhinə cinayət təşəbbüsləri" səbəbiylə sürgün və edamla cəzalandırıldıqlarına dair bir elan oxunur. Məktəblər Nazırı Zeki Paşa bir nitq söyləyir və hərbidə sədaqətin hər şeydən üstün olduğunu söyləyir: "Sədaqət təhsil aldıqca tabeçili və səfər və digər mövzularda bacarıq Kazanılmasına gərək qalmadan zəfərə çatıla biləcəyini" söyləyir. Nədənsə bu sözlər Ənvərin zehnində "İyrənc yalanlar" olaraq əks-səda verir və kiçik bir iz buraxar. Sonunda unudur və yenə dərslərə diqqət etməyə başlayır.
İkinci ilə on yeddinci, üçüncü ilə on ikinci olaraq keçir. Məktəbi bitirərkən dördüncüdür. Lakin keçən illərlə birlikdə ortalama çıxarılanda doqquzuncu olur. Artıq qərargah üçün ayrılan qırx beş adam arasında Ənvər də vardır. Hərb Məktəbində bir həftə “iznsizlik” cəzası alır. Sinfin ən kiçiyi olduğu üçün ən qabaqda oturur. Lövhəyə sinifdəki pişiyin dilindən açıq məktub yazanın kim olduğunu növbətçi müəllim ondan soruşur. O da bilmirəm deyir. Sonradan ərizəni yazan ortaya çıxıb mən yazdım desə də, Ənvər bilmirəm dediyi üçün cəza alır.
"Məni dinc, çalışqan bir şagird olaraq tanıyardılar. Çox vaxt dərslə-rimə tək çalışar, bağçada tək gəzər, yaşımın kiçik olmasına görə Monastır Harbi Məktbindən gəlmiş böyük yoldaşlarım tərəfindən qorunardım".
Qərargah zabiti olmaq üçün Erkanı Hərbiyə Məktəbinə qəbul edilən Ənvər burada da sevilən və hörmət edilən biridir. Bu illərində eyni yaşlarda və eyni məktəbdə birlikdə olduqları əmisi Xəlil (Paşa) ilə siyasi səbəbdən həbsə düşmək təhlükəsi yaşayırlar. Məktəbdən istintaq üçün Ulduza aparılarkən Xəlil bir yolunu tapıb özünü "Mən bir şey bilmirəm, xəbərim yoxdur." deyə müdafiə edir. Hadisə şahzadə Məcid Əfəndinin Alman dili müəllimi ilə onun dostu olan bir jurnalistin evlərində görülməsiylə əlaqəlidir. Bu şagirdlərin Şahzadənin qaynı Zəki bəy kanalı ilə gizli əlaqələr içində olduqları şübhəsi oyanmışdır. Ənvər öz təbiri ilə "axmaq" rolu oynayar və bir şey görmədiyi, bilmədiyində israr edir. Xəlil isə özünün bir zabit olduğunu, Padşaha sədaqət andı içdiyini söyləyərək Bayram ərəfəsində evlərində iki qonaqları olduğunun doğru olduğunu; ancaq bu dəvətin Zeki bəy və Şahzadə ilə heç bir əlaqəsinin olmamasında israr edir. Məktəbə göndərilir və təkadamlıq kameralara salınır-lar. Sultan Həmidin zalımlığına çoxdan inandırılmış olan Ənvər burada istibdadın yıxılması barədə xəyallar qurur. Daha sonra "Sultan Həmid və yaxınlarına qarşı içimdə dərin bir kin oyandı." deyə yazır. Ona verilən ot döşək üzərində Sultan Həmidi yox etmək xəyalları içində yatıb qalır. Sabahısı gün yenidən Ulduza aparılıb sorğulanır və azad edilirlər.
"Bundan sonra hərdənbir güvəndiyim yoldaşlara bu zalım rəhbərliyi aşırtmaq yollarından danışmağa başlamışdım. Lakin bunlar söz olaraq qalırdı".
Qərargah məktəbində özünü tamamilə dərslərinə həsr edir. "Mən özümdə bir fövqəladəlik görməməklə birlikdə müəllimlərimin dərhal ümumiyyətlə təqdirlərini qazanırdım. Beləcə qərargah ikinci ilə beşinci, üçüncü ilə üçüncü olaraq keçdim".
Qərargah məktəbinin buraxılış imtahanlarına girərkən vətənə və millətə xidmət imkanı üçün Allaha davamlı dua etdiyini və həyəcan hiss etmədiyini deyir. "Ürəyim rahat idi; əlimdən gəldiyi qədər çalışmış, geri qalan üçün Allaha sığınmışdım". (M. Şükrü Hanioğlu, Məktublarında Ənvər Paşa, İstanbul 1989, s. 259) İmtahanlar bitir və Ənvər sinif birincisi və lakin məktəb ikincisi olaraq yanvar 1902-ci ildə məzun olur. Məktəb birinciliyi üçün, keçən bütün illərin ortalama qiymətləri nəzərə alındığı üçün, məktəb birincisi, daha sonra Sarıqamış hərəkatında XI Korpus komandirliyi edəcək olan və yoldaşlarının "böyük zəka" deyə xatırladıqları Hafiz Haqqı olmuşdur.
İyirmi bir yaşında qərargah kapitanı olaraq orduya qatılan Ənvər bəyin bütün qərargah zabitləri kimi piyada, topçu və süvari sinifləri