ТОП просматриваемых книг сайта:
Gözqamaşdırıcı zülmət. Артур Кёстлер
Читать онлайн.Название Gözqamaşdırıcı zülmət
Год выпуска 0
isbn
Автор произведения Артур Кёстлер
Издательство Hadaf Neshrleri
“Deməli, güllələnmə” – deyə düşündü. Gözlərini qırparaq maili dayanmış ayaq barmaqlarına baxırdı. Yeri isti, rahat və sakit idi, çox yorulmuşdu və həbsxana adyalının altındaca yuxuya gedib ölümü azdırmaq üçün mürgüləmək istəyirdi. “Deməli, səni güllələmək istəyirlər” – Rubaşov fikrində öz-özünə dedi. O, ayaq barmaqlarını astaca tərpətdi və yadına İsa Məsihin ayaqlarının taladakı ağ cüyürə bənzədildiyi şeir parçası düşdü. Pensnesini çıxarıb əliylə sildi, bu jest onun bütün tələbə və tərəfdaşlarına tanış idi. O, demək olar ki, özünü tamamilə xoşbəxt hiss etdi, amma yüngül qorxusu nəvaxtsa yenidən ayağa durmasıyla bağlıydı. “Deməli, səni məhv etməyə hazırlaşırlar” deyinib siqaretini sovurdu, hərçənd, cəmi dörd ədəd siqareti qalmışdı. Ac mədəsinin ilk xəbərdarlığı onu həmişə azacıq sərxoş edirdi, indi isə artıq gərginləşməyə başlamışdı, aclıq hissi həmişə ölümün gözlərinə baxmaq istəyəndə üsyankarlıqla onu narahat edirdi. Partiya onu qüsurlu, hətta tamamilə faydasız hesab etmişdi, amma Partiya haqda düşünmək istəmirdi. Deşilmiş corabından çıxan barmağına baxdı və onları tərpətdi. Sonra gülümsədi. Bədəninə heç vaxt xatırlamadığı isti minnətdarlıq hissi duyanda Rubaşov xoşhallandı, amma qaçılmaz ölüm onu özünəvurğun qüssəyə qərq edirdi. “Köhnə qvardiyaçıda qorxu olmamalıdır” – astadan, amma bir az da pafosla oxudu, – “Zülmət onların üzərində zireh yaradıb… Biz axıra qalmışıq, tezliklə biz də… külə dönəcəyik”. İstədi yekun hissəni də oxusun, amma melodiyanı unutmuşdu. “Tezliklə biz də…” – təkrarlayaraq “Köhnə qvardiya”nın haqqında danışdığı insanların sifətini xatırlamağa çalışdı. Yadında az adam qalmışdı. “İnternasional”ın vətənə xəyanət ittihamıyla edam olunan birinci katibinin sinəsi damalı jiletinə dar qalırdı – Rubaşov onun üzünü xatırlaya bilmədi. O, şalvarını çiynindən kəmərlə sıxırdı. Həmçinin, edam olunan Xalq Komissarları Sovetinin katibi təhlükə məqamında dırnaqlarını gəmirirdi. “Tarix sizə bəraət qazandırır” – Rubaşov dedi, hərçənd, buna əmin deyildi. Həqiqətən də, təhlükə anında gəmirilən dırnağın Tarixə nə dəxli var? O, siqaretini tüstülədib ölənlər və onların ölümdən qabaq necə zülmlər yaşadıqları haqda düşündü. Bütün bunlara baxmayaraq, Birinci onda heç bir nifrət doğurmurdu, hərçənd, şübhəsiz doğurmalıydı. Tez-tez çarpayısının üstündən asılan litoqrafik portretə baxırdı ki, nifrət hissinə nail ola bilsin. (Ona müxtəlif ləqəblər qoyulsa da, nəticədə Birinci öz təsdiqini tapmışdı). Birincinin onlara ötürdüyü dəhşət hər şeydən qabaq ona görə möhkəmlənirdi ki, o, çox inandırıcı şəkildə haqlı olurdu və ölümə məhkum etdiyi adamlar, hətta, tapanca gicgahlarına dirənəndə də onun haqsız olduğunu düşünmürdülər. Hərçənd, heç kim buna əmin deyil, Tarix adlandırdıqları qarı Pifiyanın ikibaşlı danışığı kimi müttəhimlər yanıb külə dönəndən sonra aydınlaşacaq.
Rubaşov birdən kiminsə baxışını hiss etdi və anladı ki, gözlüyə baxsa, canlı insan gözü görə biləcək. Tezliklə metal cingiltisi eşidildi, qapının kilidinə açar salırdılar. Bir neçə saniyə keçməmiş qapı açıldı. Növbətçi – uzunboğaz çəkmədəki qoca içəri girmədən soruşdu:
– Siz niyə durmamısınız?
– Xəstələnmişəm, – Rubaşov dedi.
– Sabaha kimi sizə həkimə müraciət etməyə icazə yoxdur. Bəs nə olub ki?
– Diş.
– Diş? – təəccüblənmiş nəzarətçi dəhlizə çıxıb qapını örtdü.
“Həə, indi sakitcə uzanmaq olar” – Rubaşov düşündü, amma rahatçılığı getmişdi. Həbsxananın rütubət qoxan isti adyalı qəfildən ona ürəkbulandırıcı gəldi. Barmaqlarını tərpədib adyalı yana itələdi, yenə öz ayaqlarına baxdı – bundan halı daha da pisləşdi. Corabının deşiyindən beşlik görünürdü. İstədi ayağa qalxıb corabını tiksin, qapını döyüb nəzarətçidən iynə-sap almalı olduğunu düşünəndə, bu təmirdən hələlik vaz keçdi: həm də çətin ki, ona iynə verəydilər. Birdən qəzetlər üçün darıxdı. Yeni xəbərlər oxumağı, kağız xışıltısını eşitməyi, tipoqrafiya boyasının iyini ciyərinə çəkməyi arzuladı. Ola bilsin, hardasa inqilab baş verib, yəqin, hansısa prezident öldürülüb, bəlkə də, amerikalılar yerin cazibə qüvvəsinə qalib gəlməyi başarıblar… Yox, özü haqda heç nə bilmir, hələ bir müddət onun həbsi ölkə daxilində sirr kimi saxlanılacaq; xəbər xaricə tez sızacaq, onlarsa arxivdən on il qabaqkı şəklini götürüb, Birincinin niyə bunu etdiyinə dair xeyli axmaq mülahizələr yazacaqlar. O, artıq qəzet oxumaq istəyirdi, indi Birincinin nə haqda düşündüyünü, beynində nə baş verdiyini bilmək üçün alışıb-yanırdı. O, dəqiq xatırlayırdı – hətta, görürdü – ki, Birinci öz stenoqraf katibəsinə necə diktə edir: gödək bədən tərpənmədən donub qalıb, əllərini masaya dirəyib və dodaqları tələsmədən sözlərə forma verir. Adi adamlar danışanda otaqlarında gəzişər və ya düşüncəli halda xətkeşlə oynayar, ya da siqaretindən sümürüb havaya tüstü dairəsi buraxar. Birinci isə nə tüstü üfürür, nə xətkeşlə oynayır, nə də otağında gəzişirdi… Elə burdaca Rubaşov fərqinə vardı ki, artıq beş dəqiqədir yatağından qalxıb kamerasında gəzişir. Köhnə vərdişi qayıtmışdı – heç vaxt döşəmənin daş örtüyü arasındakı xəttə ayaq basmırdı, artıq ara məsafələrinin əzbərləmişdi. Amma fikirləri xəbəri olmadan öz portretinə çevrilən Birincinin yanındaydı, o portretin ki, ölkənin bütün şəhər və kəndlərindəki çarpayıların baş üzərində asılaraq insanları süzürdü.
Rubaşov unitazla yatacağın arasında – altı yarım addım pəncərəyə tərəf, altı yarım addım qapıya tərəf – var-gəl edirdi. Köhnə həbsxana vərdişinə görə, pəncərədən sola, qapıdan isə sağa dönürdü və əgər döngənin istiqamətini dəyişməsəydin, dərhal başgicəllənməsi yaranardı. Görəsən, Birinci nə düşünürdü? Onun beynində nələr baş verirdi? Rubaşov rəhbər və müəllimin kəlləsinin içini xəyal etdi – qarşısında vatman kağızının ağ, hamar səthinə boz akvarellə çəkilmiş və iynəli düymələrlə çertyoj lövhəsinə sancılmış geniş xarabalıq yarandı. Boz əyriliklər ilan kimi bir-birinə qıvrılır, sonsuz bağırsaq kimi enlənir, parlayıb solğunlaşır və fırlanaraq astronomik xəritələrin dumanlığına bənzər spirallar yaradırdılar. Bu dumanlıqda nə baş verirdi? İnsanlar Kainatı ətraflı tədqiq edir, amma öz şüurları haqda az şey bilirlər. Yəqin, buna görə yer tarixçilərinin hələ də öncəgörmədə tayı-bərabəri yoxdur. Ola bilsin, sonra, çox sonra tarix statistika cədvəlləri və anatomik sxemlərlə elmə çevriləcək.