ТОП просматриваемых книг сайта:
Sis və gecə. Əhməd Ümid
Читать онлайн.Sanki o da bir işarə izindədir. Baxdığı tərəfə dönürəm, Fəxriylə
göz-gözə gəlirik. Fəxrinin üzü gərgindir, sağ əlini cibindən çıxardır, tabançanı görürəm. Qaza basıb qaçmağa çalışsam, çox gec olacaq. Arxa tərəfdən isə çox yaxşı hədəf ola bilərəm. Yavaşca əyləcə basıram. Fəxri mənə sarı nişan almağa çalışır. Ondan tez davranmalıyam. Silahımı ona sarı yönəldirəm. Amma hələ tətiyi çəkməmiş atəş səsi eşidilir. Sonra mənim silahım atəş
açır. Fəxrinin atəş aça bilmədən yıxıldığını görürəm. Eyni anda qarnımda bir istilik hiss edirəm. Simitçiyə doğru sürətlə dönər-kən, avtomobilin sağ şüşəsini deşib keçən güllələrin səsini eşidirəm. Adam neçə metr irəlidə, iki əliylə tutduğu tapançasından mənə atəş açır. Əllərinin titrədiyini görürəm. Allahdan təcrübəli biri kimi yox, yoxsa indiyə kimi çoxdan torpaq şöbə müdiri vəzifəsinə götürmüşdü məni.
Avtomobilin küncündə, sanki məni gizləyə bilirmiş kimi sükanın arxasına doğru sığınıb ona qarşılıq verməyə çalışıram.
Lakin diksinərək əlimin sözə baxmadığını duyuram. Sağ çiy-nimi ağrı bürüyüb. Onun nişançılığı haqqında erkən fikir bildir-mişəm deyəsən. Atəş aça bilməsəm işim bitdi. Silahı sol əlimə
18
keçirirəm. Necə gəldi atəş açmağa başlayıram. Ən az onun kimi əldən kəməm. Amma işə yarayır. Düşmənim çatışmanın gər-ginliyinə dayana bilməyib qaçmağa başlayır. Qaçanda dəzgaha dəyir, simitlər səpələnməyə başlayır. Səndələyir, az qalır yıxıl-sın, amma yıxılmır, yenidən qamətini düzəldir. Tapançanı qaldırıram, nişan almağa çalışıram, amma birdən onun boyu uzanmağa başlayır.
Bir neçə saniyə içində, hər bir addımı neçə metri keçəcək kimi böyüdüyünü görürəm. Az öncə dəzgahdan düşən bir simit adamın arxasına düşür. Ona yaxınlaşdıqca simit də böyüyür. Yanına gələndə simitin üzərinə atlayır, tək təkərli bir velo-siped kimi sürüb sürətlə uzaqlaşır.
– Özünü itirdin? – deyə soruşur İldırım. Onu tamamilə unutmuşdum.
– Sən də gördün?
– Ürəyin getməsin. – deyir.
– Harada idin?
– Burdaydım, yanında.
– Səni vurmadı?
– Güldürmə məni, ruhları vurmaq olmur.
– Haqlısan, – gülümsünərək deyirəm. Gülümsəmək belə incidir məni. Pis haldayam yəqin.
– Səni xəstəxanaya aparacaq adam tapmalısan, – deyir..
– Sən yardım eləməzsən?
– Dedim axı, bu sənin imtahanındır.
– Qazandımmı? – deyə soruşuram.
– İmtahan bitməyib axı.
– Bitməyib?
– Yox, hələ yeni başlayır, – başını yelləyərək deyir.
Onun bu sirli danışması ağlımı qarışdırır.Fikirlərim qopuq-qopuq olub, hər parça sanki başqa ölçüdədir, zehnimin gü-19
cü çatmır ki, onları birləşdirsin. Heç nə anlamıram, anlayacaq halda da deyiləm. Bu maşından çıxmaq, xəstəxanaya getmək istəyirəm. Amma tərpənə bilmirəm. Hər kəsi, hər şeyi söymək keçir içimdən. Sükan qarnıma yaxınlaşır, qorunmaq üçün geri çəkilirəm. Kürəyim qoltuğa dəyir. Oturacaq nə qədər də sərt-ləşib. Sükan üstümə gəlməyi davam etdirir. Yana qaçmağa çalışıram, alınmır. Sükan ilə oturacaq arasında sıxışıb qalıram; sanki aralarında sözləşiblər, damarlarımdakı qanı boşaltmaq üçün bir məngənə kimi sıxırlar bədənimi. Nəfəs almaqda çətinlik çəkirəm. Ağzımı quruya düşən bir balıq kimi sonuna kimi açıram, amma nəfəs ala bilmirəm. Başım dönməyə, qulaqlarım cingildəməyə başlayır, üşüdüyümü hiss edirəm. Dişlərim bir-birinə dəyəcək qədər çox üşüyürəm. Büzülmək istəyirəm. Hərəkət edincə çiynimdə və qarnımda sancılar başlayır.İldırımın əmr edən səsini eşidirəm:
– Sakit ol, sakit ol, keçdi.
Gözlərimi açıram… Amma bu İldırım yox; ağxalatlı, solğun sifətli bir adam nəbzimi tutub, saatına baxıb sayır, sonra əlini alnıma qoyaraq soyuq bir rəftarla soruşur:
– Ağrı varmı?
– Üşüyürəm.
– Normal, – deyir. – Çox qan itirmisən.
Əmimlə Məlikə qayğı dolu gözlərlə bizi izləyirlər. Həkim ayağa qalxır.
– Narahat olmağa ehtiyac yoxdur, – deyir.– Vəziyyəti yaxşıya gedir.
–Titrəyir, – Məlikə sanki özü üşüyürmüş kimi. Həkim yanındakı qısaboylu tibb bacısına dönür: -Bir ədyal örtün xəstənin üstünə.
Tibb bacısı divarın qarşısındakı şkafdan bir ədyal çıxarır. Məlikə ədyalı götürüb incitməkdən qorxurmuş kimi yavaşca üstümə örtür. Amma hələ də üşüyürəm, heç cür qızına bilmirəm.
20
Üçüncü fəsil Üşüyürəm. Meyitxananın parlaq, mərmər divarlarında dağılan kölgəmin kədərli bir görünüşü var.Çiyinləri çökmüş, donqar bir dilənçiyə bənzədirəm özümü.
– Şef, yaxşısan?– deyə Mustafa hörmətli bir rəftarla soruşur:
– Bir balaca nasazlığım var, idarə edərəm, – deyirəm.
Xəstəxanadan iki gün əvvəl ayrıldım. Əslinə qalsa, küçəyə çıxacaq kimi sağalmadım hələ. Amma vaxt qızıldır, məni vuran adamı tanımalıyam.
Cəsədlərin olduğu hissəyə keçirik, içim titrəyir. Meyitxana işçisi istehza ilə üzümə baxır. Ölülərdən qorxduğumu düşünürlər yəqin. Mülki geyimliyəm axı, məni şahid zənn edir.
Vecimə almıram, çox da haqsız sayılmaz. Amma nədənsə Mustafa narahat olur:
– Nə gülürsən ? – deyə çımxırır.
–Heç…– deyərək işçi özünü yığışdırır adam. Eninə on-on düzülmüş parlaq metal qapaqlı kabinetlərdən soldan ikincisinə sa-rı gedir. Kabinetin qapağını açır. İçəridən çölə sərin bir hava dalğası yayılır. Üşüyürəm. İşçi üstü ağ bir mələfəylə örtülü xə-rəyi çölə çıxarır. Xərək relslərin üzərində sürüşərək, Mustafa ilə
aramıza girir. Meyitxana işçisi cəsədin ayağına bağlanmış və-rəqəyə baxır.
– Özer Yılkı, axtardığınız cəsəd bu deyil ki?
–Odur- deyərək mənə baxır Mustafa. Sonra yavasça mələfəni qaldırır. Əvvəl qapqara saçlarını görürəm ölünün. İnanılmaz-dır, sanki canlı kimidir, saçları nə qədər