Скачать книгу

qalxanda yerdə palçıqlı bir iz qalacaq deyə düşünürəm.

      Amma saniyələr keçir heç kim məni döymür, bir təpik belə

      dəymir. Narahatlıq içində gözləməyi davam etdirirəm. Heç bir dəyişiklik yoxdur.“Başımın üstündə, ürküdücü baxışlarıyla, ölüm səssizliyi içində durublar”,-deyə düşünürəm.Gözləməkdən bezib, ehtiyatla başımı qaldırıram.Qəribədir, kimsə yoxdur.

      Çaşqınlıqla ətrafı müşahidə edirəm. Xeyr, heç kim yoxdur.

      Gediblər. "Həqiqətən də gediblər" – deyə sevinclə mızıldanıram.

      Bu qədər insan bir anda hara itə bilər? Əvvəl əllərimin, sonra isə dizlərimin üstə qalxarkən, Gülsərənin qucağındakı o 9

      şəkli görürəm. Düz qarşımda, az qala yıxılacaqmış kimi dayanan qoca bir çinar altında, yeni bir rəsm ştativinin üstündədir.

      Deməli, onu burda tərk etdilər. Bəlkə də bu bir işarədir, mənə

      nəsə demək istəyirlər. Diqqətlə şəklə baxıram. Deyəsən torpağa uzanmış bir adam var. Uzaqdan yaxşı seçə bilmirəm. Şəklə doğru gedirəm. Bu dəfə boyalar uçmur.

      Onu artıq çox dəqiq görə bilirəm, iki əli ilə qarnını tutub, yerdə alışıb-yanır.Barmaqlarının arasından qırmızı bir bulaq qaynayır, çiynindən sağ qoluna yayılan tünd bir ləkə var. Yaralı olmalıdır. Üzü sıxılmış, alnında muncuq-muncuq tər damlaları; elə diqqətə çarpandır ki, sanki həqiqidir. Barmaqlarının arasından daşan qırmızılıq, rəsmin üzəriylə incə bir şərit halında axır. Onu hardansa tanıyıram. Yaman tanış gəlir …

      10

      İkinci fəsil Bənövşə qoxuları gəlir. İlıq bir meh günəşli eyvanımız-dan süzülərək tül pərdələri ehmalca dalğalandırır. Bağçadakı şabalıd ağacının tünd yaşıllığını görürəm sanki. Atamın evidir bura? Qəribədir, biz bu malikanəni çoxdan satmamışdıq mı?

      Yanımda bəziləri danışır, səslər boğuq-boğuqdur, anal-mağa çalışıram;Bənövşə qoxuları uzaqlaşır, şabalıd ağaclarını itirirəm, meh birdən kəsilir.

      – Bax tərpəndi, ayılır.

      Səs çox uzaqdan gəldiyi üçün yaxşı eşidə bilmirəm. Göz qapaqlarımın üstündə sanki tonlarla ağırlıq var, çətinliklə açıram. Bərq vuran işıqlar gözümü qamaşdırır.

      Başımın üstündə iki qaraltı dayanır. Bir an harada olduğumu anlaya bilmirəm.Parlaqlıq gözlərimi yandırır. İşıq istəmirəm, səs istəmirəm, harada olduğumu düşünmək istəmirəm.

      Malikanənin kölgəli bağçası məni çağırır.

      Anam ilə əmim arvadı Nəriman talvarda oturub, əllərində bir qadın jurnalı, dəb və geyimlər haqqında danışırlar.

      Atamla İsmət əmi, həmişəki yerlərində, şabalıd ağacının altındakı masada rakı içirlər. Mən kişilərin masasına sarı gedirəm.

      Əmimin boşqabındakı basdırmadan yeyirəm. Dadı çox gözəldir. Əmim qadınlar tərəfə bir nəzər salıb, qədəhi uzadır.

      – Bir bunun da dadına bax.

      Rakının dadını əvvəldən bilmirəm, amma özümü sın-dırmıram. Verdiyi qədəhdən bir qurtum alıram.Qırtlağımdan mədəmə doğru bir yanğın başlayır.Üzümün necə bir hala düşdüyünü görmürəm.Amma gülməli olmalıdır!Əmim qəhqəhə

      çəkir Atam qaşları çatılmış, başını yelləyərək bizi izləyir.

      11

      – Özünə gəlir! Həkimi çağırın, həkim....

      Ağzımda rakının acı dadı itir. Amma mədəmdə bir bu-lanma var.

      –Baxın oyanır! Tibb bacısı, tez olun, həkimi çağırın … həkim …

      həkim hardadır?

      Səsi artıq çox dəqiq eşidirəm.Təlaşlı bir sevinc içində, qulaqlarımda cingildəyir.Gözlərimi açıram.Başımın üstündəki qaraltılar sürətlə dəqiqləşir. Əvvəl arvadım Məlikə, sonra əmim İsmətin üzünü seçirəm. Məlikə mənə sarı əyilmişdi, şəfqətli ki-çilən gözləri yaşla dolu idi.

      –Necəsən,canım?..Yaxşılaşacaqsan…yaxşılaşacaqsan,fikir eləmə!

      Mənə ümid verməyə çalışır, amma onun özünün təskin-liyə ehtiyacı var. Əmim İsmət soyuqqanlı görünür. Ona baxdı-ğımızı görüncə gülümsünür. Gözlərində hələ itməmiş bir narahatlığın izləri var.Yaxınlaşır.

      – Yaxşı görünürsən, – deyir.

      Səsində inciklik var? Vecimə belə deyil. Minəni soruşmaq istəyirəm.

      – Onu sağ-salamat gördünüzmü?

      Səsim o qədər gücsüzdür ki, üşüyürəm. Əmim sanki re-aksiyamı ölçmək istəyərcəsinə gözlərini üzümə dikərək cavablayır sualımı:

      – Qarşıdurmanı seçdi, ölü olaraq ələ keçirə bildik, – deyir .– O birini də sən həll eləmişdin biz gələnə kimi.

      Kimi həll etmişəm?.. Fəxri… Fəxridən danışır yəqin. Bəli, onu vurdum. Yerə yıxıldığını gördüm. Yəqin o da məni yarala-dı. Xeyr, Fəxri atəş aça bilmədi axı. Məni vuran o biri idi. Simitçi qiyafəli hərif. Onu da vurdular? Ölüb görəsən?

      Əmim sanki düşüncələrimi oxuyur, ya da dediklərini necə qar-şılayacağımı öyrənmək istəyir:

      12

      – Qaçmaq istəyirdi, təşkilat evində dirəşdik. Atəş açdı… Kaş, sağ

      tuta biləydik.

      Məlikə maraqla bizi dinləyir.

      –Üstündən Polşa istehsalı avtomat çıxıb. Bu sənə atəş açdığı silah deyil.

      Silahı tapa bilməyiblər, vecimə də deyil. Əsas mənim üçün əhəmiyyətli olan Minədir, ona nə oldu? Fəxri öldü, yoldaşını da vurublarsa Minəni necə tapacağam? Əmimdən açıqca soruşsam,bilirəm, heç cavab da verməyəcək. Onsuz da ki, Məlikə də başımın üstündən heç ayrılmır, əmimi bir az daha yaxı-na çağırmalıyam. Ayağa durmaq istəyirəm.

      Bacarmıram. Sağ çiynim sarıqlıdır, sol əlimin üstündə

      isə damarıma bərkidilmiş nazik bir boru var. Başımı qaldıranda borunun o biri ucundakı plastik qan torbasını görürəm. Torbanın içindəki tünd qırmızı maye yavaş-yavaş damarlarma axır yəqin…Amma qan sanki heç azalmırmış kimi durğundur, hətta rəngi tündləşərək elə torbanın içində qalıb. Birdən qulaqlarım cingildəməyə başlayır. Qan tutmasıdırmı? Yox, canım! Mən qan görməyə alışmışam. Bəs onda niyə başım gicəllənir?

      Əmimin üzü qaralır. "-Həkim! Təcili həkim çağırın!" -de-yə yalvaran həyat yoldaşımın səsi gedərək uzaqlaşır. Gözlərimi yumuram. İldırım bəy qarşımda dayanıb bığaltı qımışıb mənə

      siqaret uzadır.

      – Kimi gözləyirsən?– siqareti alanda soruşuram.

      – Səncə,kimi

Скачать книгу