Скачать книгу

bitirdikdən sonra 1895-ci ildə (1896 olmalıdır – S.Y.) Monastır liseyinə girmişdi. Mən ondan bir il sonra eyni məktəbə getdim. Aramızda bir il fərq vardı, ancaq dərs otaqları-mız yan-yanaydı. Bir-birimizi tanımasaq da, hər gün rastlaşırdıq. Onu tez-tez tənəffüslərdə sinif yoldaşlarıyla danışarkən, onlara yar-dım edərkən görürdüm. Bir müddət keçdikdən sonra aramızda yol-daşlıq yarandı. Öz sinfində sevilən, tanınan Mustafa Kamal bizim sinifimizdə də çox istənən xarakterə malikdi. Siniflərimiz fərqli olduğundan bərabər məşğul olmur, ancaq tətil günlərində bir neçə yoldaşla birlikdə gəzməyə çıxırdıq. Bir qayda olaraq Kavaklaraltı və Xanlarönü qəhvəxanalarına yollanırdıq. Bütün gənc yoldaşlar kimi, söhbət edir, bəzən bir lokumuna (5 para) nərd oynayırdıq. Mustafa Kamalın uduzmağı qətiyyən xoşlamadığı asanlıqla başa düşülürdü. Qaçmaq, hoppanmaq kimi oyunlardan xoşu gəlməzdi. Ətrafına ba-xaraq gəzməkdənsə sürətlə yeriməyi daha çox sevərdi”161.

      Mustafa Kamal ilk məhəbbətini də Monastırda lisey tələbəsi olarkən yaşayacaqdı162.

      III. Ali təhsil dövrü

      A. Hərbi məktəbdə təhsil

      Mustafa Kamal Atatürk 1898-ci ilin dekabrının ortalarında Monastır Hərbi liseyini Selanikli Əhməd Tevfiklə birlikdə eyni qiy-mətlə – sinif birincisi olaraq bitirib, bununla da orta təhsilini ta-mamlayıb163. 1899-cu ilin mart ayının ortalarına qədər tətilini Se-lanikdə keçirən Mustafa Kamal ali təhsilini davam etdirmək üçün İs-tanbul Panqaltı Hərbi məktəbinə sənəd vermişdi. Onun yeni həyata atılmasına şərait yaradacaq, xarakterini, düşüncələrini daha da yetkinləşdirəcək bu hərbi məktəbə qəbul olunma tarixi 1 mart 1315/13 mart 1889-cu il kimi görünür. Mustafa Kamalın paqon nömrəsi isə 1283 idi. Burada olan “1315-ci ildə qəbul edilmişlərə aidad dəftərində“ Atatürklə bağlı qeyddə bunlar yazılıb: Selanikdə Qoca Qasım Paşa məhəlləli gömrük məmurlarından olan, vəfat etmiş Əli Rza Əfəndinin oğlu, hündürboylu, ağbənizli Mustafa Kamal Əfəndi Selanik, 96”. Onun adı 1282 nömrəli Selanikli Əhməd Tevfik Əfəndi (96) ilə 1284 nömrəli Monastırlı Rəcəb Fəxri Əfəndinin (95) adları arasında yer alır164.

      Bəzi xatirələrə görə, Mustafa Kamal Hərb Məktəbində həmin il sinifdə movcud olan 900-ü keçən165, bəzi mənbələrə görə isə 736 ol-an166 və altı hissəyə ayrılan birinci siniflərin birinci hissəsində qeydə alınıb167.

      Mustafa Kamalın birinci sinifdəki vəziyyətini ən yaxşı təsvir edən yoldaşı Əli Fuaddır. Xatirələrində Mustafa Kamalla tanış olması haqda yazır: “… növbətçi zabit qulluqda duran əsgərlərdən birinə: “Birinci sinfin birinci dərəcəli çavuşu Mustafa Əfəndi buraya gəlsin”, – əmrini verdi. Sonra da mənə tərəf çevrildi: “Mustafa Əfəndi Monastır Hərbi liseyindən sizdən bir neçə ay əvvəl qəbul olunub. Çalışqan, xoşxasiyyət, ağıllı uşaqdır. Onunla yaxşı rəftar et”. Qısa müddətdən sonra içəri on yeddi-on səkkiz yaşlarında, sarısaç, parlaq mavi gözlü, sarı bığlı, al yanaqlı, arıq oğlan girdi. Geyindiyi Hərbiyyə geyimi qədd-qamətli bədəninə çox yaraşırdı. Ciddi görünürdü. Növbətçi zabiti salamladı: “Əmr edin, əfəndim!” “Hərbiyyəyə imtahanla qəbul etdiyimiz Salacaqlı Əli Fuad Əfəndinin qeydini sənin komandanın birinci manqasına yazdıq. Onu da götürüb gedin. Necə rəftar etməli olduğunu yaxşı-yaxşı başa salın. Hərbi liseydən gəlmədiyini də nəzərə alarsınız”.

      Sarısaçlı, sarı burma bığlı gənc hərbi qaydada ayaqlarını bir-bi-rinə vuraraq: “Əmr edərsiniz, əfəndim, baş üstə, əfəndim”, – dedi. Sonra da mənə tərəf çevrilib yetərincə mədəni şəkildə: “Buyurun, yoldaş, – əlavə etdi, – gedək”.

      Qapıdan birlikdə çıxdıq. Yan-yana addımlayırdıq. Lakin qolun-dakı zolağı görəndə dayandım: üçü qırmızı, biri isə sarı rəngdəydi. Hərbi xidmətdə təcrübə də, rütbə də çox vacib hesab edilir. “Siz ön-dən gedin, çavuşum, ardınızca gəlirəm”, – söylədim. Sözlərimdən razı qaldığını hiss etdim. O irəlidə, mənsə arxada qərargahdan çıx-dıq. Bax türk tarixinə şan və şərəf verən əziz rəhmətlik dostum Mustafa Kamalla o zaman belə tanış olduq. Üstündən altmış il keç-məsinə baxmayaraq hələ də o cümə axşamı keçirdiyim bütün həyəcanıyla yadımdadır…

      İndi xatirələrimə başladığım yerə, Hərbi Məktəbə qayıdıram. Təhsilimə başladığım o cümə axşamını heç yaddan çıxartmaram. Mustafa Kamal öndə, mənsə arxada qərargahdan çıxdıq. Məktəbin əsas dəhlizlərindən keçərkən qoluma girdi: “Əvvəlcə yataqxanaya çıxaq, sizə yatacağınız yeri göstərim. Sonra dərs otağına gedərik”, – dedi.

      Yataqxanamız üst mərtəbədə, Boğaza baxan hissənin düz orta-sındaydı. Görən kimi bəyəndim. Birinci mərtəbədə – Nişantaşı istiqamətində yerləşən dərs otağımızsa qarşısını aristokratlara məxsus evlər kəsdiyindən içəri çox az işıq düşürdü. Buna görə də bu dərs otağına “Qaranlıq dərsxana” adını vermişdik. Mustafa Kamal mənə: ”Dərs otağımız qaranlıq, amma ürəklərimiz işıqlıdır”, – dedi, sonra da hansı məktəbdən gəldiyimi soruşdu. Modadakı “Sen Jozef”fransız liseyində oxuduğumu söylədim. Susdu, bir şey soruşmaq istədiyini, lakin çəkindiyini hiss etdim. “Deyəsən, başqa nəsə öyrənmək istəyirsiniz”, – soruşdum. Artıq tərəddüdü keç-mişdi. “Hərbi lisey dərslərinin imtahanlarını verdinizmi?” – deyə, sual verdi. “Hamısından imtahan verdim. Yalnız “Sen Jozefdə” ri-yaziyyatı, həndəsəni və cəbri fransızca oxuduğumdan, onlara aid sualların cavablarını fransızca vermək istədiyimi söylədim. İmtahan komissiyası xahişimi qəbul etdi”, – dedim. Birdən hərarətlə əlimi sıxdı və: “Çox yaxşı, çox yaxşı, bir-birimizə kömək edə biləcəyik. Fransızca mənə maraqlı olan bəzi əsərləri oxumaq üçün tez-tez lü-ğətə baxmalı oluram. Bundan sonra sizin biliklərinizdən istifadə et-məyə çalışacağam”, – əlavə etdi.

      Bu ərəfədə qolundakı işarənin üzərindəki sarı zolaq diqqətimi çəkdi. Nəyə dəlalət etdiyini soruşdum. Sən demə, fransız dilindən imtahana girmiş, uğur qazanmış, ona görə də qolundakı sarğıya bu zolağı əlavə etmişdilər. O zamanlar türk məktəblərində xarici dil öy-rənmək asan məsələ deyildi. Öz-özünə çalışdığı və böyük əzmkarlıq göstərdiyi açıq-aşkar hiss olunurdu. Ümumilikdə 750 nəfərdən ibarət olan birinci sinifdə özü kimi dil bilənlərin sayının barmaqla sayılacaq qədər az olduğunu söylədi. Sonra: “Ailənizdə hərbçi varmı?” – deyə, soruşdu. “Ailəmizdəki kişilərin hamısı hərbçidir”, –dedim. Hiss etdim ki, bu cavabımdan da çox razı qaldı“168.

      “Hissə çavuşu” Mustafa Kamal əvvəllər “sinif baş çavuşu”, İs-partalı Faiq və Ömər Əbdülkadir Yanya ilə birlikdə birinci cərgədə otururdu. Sonra Əli Fuadı da yanlarında əyləşdirdilər və dörd sə-mimi yoldaş kimi dərslərdə birlikdə oturmağa başladılar. Əli Fuad Cebesoy bu vəziyyətlə bağlı danışırdı: “Ertəsi gün dərslərə baş-ladım. Birinci cərgənin baş tərəfində baş çavuşumuz İspartalı Faiq əyləşirdi. Bursa Hərbi Liseyinin birincisi olmuşdu. Ağıllı, məlumatlı gənc kimi tanınırdı. Heyif ki, sonuncu sinifdə oxuduğumuz zaman qəzaya düşdü və liseydən ayrılmaq məcburiyyətində qaldı. İspartalı Faiqin yanında Mustafa Kamal, Ömər Abdulkadir

Скачать книгу