Скачать книгу

Sommadakı kimi işlər törədəndən sonra, üzülməmək olmaz.

      – Burada üzülməz, – dedim.

      – Elə güman edirsiz?

      – Bəli, keçən yayda hər şey yaxşı gedirdi.

      – Üzülə bilər, – qız dedi, – hər yerdə üzülə bilər,

      – Almanlarda da.

      Qız:

      – Yox, – dedi. – Güman etmirəm.

      Biz, Rinaldi və miss Ferqyusona yaxınlaşdıq.

      – Siz İtaliyanı sevirsizmi? – Rinaldi ingiliscə miss Ferqyu-sondan soruşdu:

      – Bura pis deyil.

      – Başa düşmürəm. – Rinaldi başını yırğaladı.

      – Abbastanza bene8, – tərcümə etdim. O, başını tərpətdi.

      – Yaxşı deyil. Siz İngiltərəni sevirsizmi?

      – Çox yox. Bilirsizmi, mən şotlandiyalıyam.

      Rinaldi sualedici nəzərlə mənə baxdı.

      – O, şotland qızıdır, buna görə də İngiltərədən çox Şotlan-diyanı sevir, – mən italyanca cavab verdim.

      – Axı, Şotlandiya da İngiltərədir.

      Mən onun sözlərini miss Ferqyusona tərcümə etdim.

      – Pas encore9, – miss Ferqyuson cavab verdi.

      – Hələ yox?

      – Heç vaxt da olmayacaq. Biz ingilisləri sevmirik.

      – İngilisləri sevmirsiz? Miss Barklini sevmirsiz?

      – Axı, bu tamam başqa şeydir. Bu cür hərfi mənada başa düşmək olmaz.

      Bir az sonra biz vidalaşıb getdik. Evə gedərkən yolda Rinaldi dedi:

      – Miss Barklinin məndən çox sizdən xoşu gəldi. Bu, gün kimi aydındır. Amma o şotland qızı da qəşəngdir.

      – Çox, – dedim. Mən o qıza fikir verməmişdim, – O sizin xoşunuza gəlir?

      – Yox, – Rinaldi dedi.

      BEŞİNCİ FƏSİL

      Ertəsi gün mən yenə miss Barklinin yanına getdim. O bağda deyildi, buna görə də mən villanın yan qapısına tərəf döndüm, sanitar maşınları da ora gəlirdi. İçəri girib hospitalın baş şəfqət bacısını gördüm, o mənə dedi, Barkli növbətçidir.

      – Bilirsizmi, müharibədir.

      Dedim ki, bilirəm.

      – Siz italyan ordusunda qulluq edən həmin amerikalısız? – soruşdu.

      – Bəli, mem.

      – Axı, bu necə olub? Niyə bəs bizə gəlmədiz?

      – Özüm də bilmirəm. – dedim. – Bəs indi sizin yanınıza keç-mək olar?

      – Qorxuram ki, indi mümkün olmasın. Deyin, niyə italyan ordusuna getmisiz?

      – Mən İtaliyada yaşamışam, – dedim, – özü də italyanca danışıram.

      – O! – qız dedi. – Mən italyancanı öyrənirəm. Çox gözəl dildir.

      – Deyirlər ki, onu iki həftəyə öyrənmək olar.

      – Xeyr, mən iki həftəyə öyrənə bilmərəm. Mən artıq neçə aydır ki, məşğul oluram. Əgər onu görmək istəyirsizsə, saat yeddidən sonra gələ bilərsiz. O vaxta qədər növbədən çıxar. Ancaq rast gəldiyiniz hər italyanı özünüzlə gətirməyin.

      – Dillərinin gözəl olmasına baxmayaraq?

      – Bəli. Hətta gözəl mundirlərinə də baxmadan.

      – Xudahafiz, – dedim.

      – A rivederci, tenente10.

      – A rivederla, – hərbi salam verib çıxdım. İtaliyada əcnəbi-lərə hərbi salam verildiyi kimi salam verərkən özünü itirməmək mümkün deyil. Görünür, italyan adətilə salam vermək eksport üçün nəzərdə tutulmayıb.

      İsti bir gün idi. Səhər mən çayın yuxarılarına, Plava tərəfdəki körpüqabağı istehkamlara getmişdim. Oradan hücum başlamalı idi. Keçən il o sahil ilə hərəkət etmək mümkün deyildi, çünki dağ keçidindən ponton körpüsünə gedən yeganə yol, demək olar, bir mil məsafədə pulemyot və top atəşi altına düşürdü. Bundan başqa, bu yol hücumdan ötrü lazım olan bütün nəqliyyatın hərəkəti üçün kifayət qədər geniş deyildi və buna görə də avstriyalılar orada əsl qırğın törədə bilərdilər. Lakin italyanlar çayı keçib, sahil boyu hər iki tərəfə doğru irəliləmişdilər, indi də çayın Avstriya sahilində bir mil yarım sahəni əllərində saxlayırdılar. Bu, onlara təhlükə doğuracaq üstünlük verirdi, odur ki, avstriyalılar onlara orada möhkəmlənməyə imkan verməməliydilər. Mən elə güman edirəm ki, bu məsələdə hər iki tərəfin dözümlülüyü özünü büruzə verirdi, çünki çayın aşağılarındakı o biri körpüqabağı istehkam, hələ də avstriyalıların əlində idi. Avstriyalıların səngərləri aşağıda, dağın yamacında, italyanların mövqelərindən cəmi bir neçə yard aralıdaydı. Əv-vəllər sahildə şəhərcik var idi, lakin onun tozunu göyə sovur-muşdular. Bir az o tərəfdə dəmir yolu stansiyasının xarabalıq-ları və dağıdılmış körpü vardı ki, onu düzəldib istifadə etmək mümkün deyildi, çünki o hər tərəfdən görünürdü.

      Mən ensiz yol ilə aşağı, çaya tərəf getdim, maşını təpənin altındakı sarğı məntəqəsində qoyub, qarşısını dağın kəsdiyi ponton körpüsünü keçdim və dağılmış şəhərciyin yerindəki və yamacın ətəyindəki səngərləri dövrə vurdum. Hamı blindaj-larda idi. Mən üst-üstə qalanıb hazırlanmış fişəngləri gördüm, bunlardan artilleriyanı kömək üçün atəş açmağa səsləməkdən və rabitə qırılarkən siqnaldan ötrü istifadə edirdilər. Ətraf sakit, isti və palçıq idi. Mən məftil maneələrin ardında avstriyalıların mövqelərinə baxdım. Heç kəs görünmürdü. Mən blindajlardan birində tanış kapitanla birlikdə bir az içdim və körpü ilə geri döndüm.

      Dağdan aşaraq ziqzaq ilə körpüyə enən yeni geniş yol çəkilib qurtarmaqda idi. Bu yol çəkilib qurtaran kimi hücum başlan-malı idi. Yol sərt dönərək meşədən keçirdi. Plan belə idi. Hər şeyi yeni yol ilə gətirməli, boş yük maşınları və arabalar, yaralıları daşıyan sanitar maşınları və geriyə dönən bütün nəqliyyat isə köhnə ensiz yol ilə hərəkət etməli idi. Sarğı məntəqəsi Avstriya sahilindəki təpənin altında idi və yaralılar ponton körpüsü vasitəsilə xərəklə daşınmalıydı. Bu qaydanı hücum başlanandan sonra da saxlamaq nəzərdə tutulmuşdu. Mənə elə gəlirdi ki, enişin qurtardığı yerdə yeni yolun bir mildən bir az artıq məsafəsi avstriyalıların top atəşi altına düşməli idi. İş pis ola bilərdi. Lakin mən elə bir yer tapdım ki, axırıncı təhlükəli məsafəni vurub keçəndən sonra və yaralıları ponton körpüdən keçirib gətirənə kimi maşınları orada gizlət-mək mümkün olsun. Mən maşınla yeni yoldan getmək istəyir-dim, amma yol hələ hazır deyildi. Yol geniş idi, hər işə yaxşı yarayırdı, yolun döngələri dağın meşəli yamacındakı qabağı açıq olan yerlərdə çox

Скачать книгу


<p>8</p>

Pis deyil (italyanca).

<p>9</p>

Hələ yox (fransızca).

<p>10</p>

Xudahafiz, leytenant (italyanca).