Скачать книгу

sizin üçün taparam, – leytenant söylədi.

Mayor:

– Bütün düşünən adamlar ateistdirlər, – dedi. – Amma mən masonluğu da qəbul etmirəm.

– Mən isə masonluğu qəbul edirəm. Bu xeyirxah təşkilatdır.

Kim isə içəri girdi və mən qapının arasından qarın neçə yağdığını gördüm.

– Madam ki, qar yağır, onda hücum olmayacaq, – dedim.

Mayor:

– Əlbəttə, olmayacaq, – dedi. – İndi məzuniyyət alsanız pis olmaz. Romaya, Neapola, Siciliyaya gedərsiz…

– Qoy o, Amalfiyə getsin, – leytenant dedi. – Mən Amalfidə-ki qohumlarıma məktub yazıb sizə verərəm. Onlar sizi öz oğul-ları kimi sevərlər.

– Qoy o, Palermoya getsin.

– Kapriyə getsə, daha yaxşıdır.

Keşiş dedi:

– Mən istərdim ki, siz Abrutssıya gedib Kaprakottada mənim qohumlarımın qonağı olaydız.

– Abrutssıya getmək ona çox da lazımmış. Orada qar buradakından da çoxdur. Kəndlilərə baxıb ləzzət alacaq? Qoy mədəniyyət və sivilizasiya mərkəzlərinə getsin.

– Elə yerə getsin ki, orada gözəl qızlar var. Mən sizə Neapoldakı adresləri verərəm. Qəşəng cavan qızlar – hamısı da analarının yanında. Ha-ha-ha!

Kapitan yumruğunu açdı, baş barmağını qaldırıb, qalanlarını Çin kölgələri göstərənlər kimi araladı. Divara onun əlinin kölgəsi düşmüşdü. O, yenə pozuq dildə danışmağa başladı.

– Siz bu cür getdi, – o, baş barmağını göstərdi, – bu cür isə qayıtdı, – o, çeçələ barmağına toxundu. Hamı güldü.

– Baxın, – deyə kapitan onlara müraciət etdi. O, yenə barmaqlarını araladı. Şamın şöləsi barmaqların kölgəsini yenə divara saldı. O, baş barmağından başlayaraq beş barmağının beşini də bir-bir saydı: sotto tenente1 (baş barmaq), tenente2 (şəhadət barmağı), capitano3 (orta barmaq), maggiore4 (adsız barmaq) və tenente-colonello5 (çeçələ barmaq). – Siz sotto-tenente kimi gedirsiniz! Siz tenente-colonello kimi qayıdırsınız.

Hamı güldü. Kapitanın Çin kölgələri çox müvəffəqiyyətli keçdi. O keşişə baxıb çığırdı.

– Keşiş hər gecə öz-özünə! – hamı güldü.

– Elə bu saat gedin məzuniyyətə, – mayor dedi.

Leytenant:

– Təəssüf ki, sizinlə birlikdə gedə bilmirəm, yoxsa hər şeyi sizə göstərərdim, – dedi.

– Geri dönəndə qramofon gətirin.

– Yaxşı opera valları gətirin.

– Karuzonu gətirin.

– Karuzonu gətirməyin. O ulayır.

– Bacarırsızsa, siz də o cür ulayın!

– O ulayır. Deyirəm sizə ki, ulayır.

– Mən istərdim ki, siz Abrutssıda olaydız, – keşiş dilləndi. Qalanların hamısı səs-küy salırdı. – Orada yaxşı ov etmək olur. Camaatımız da yaxşıdır, qış soyuq keçsə də, hava aydın və quru olur. Siz bizim evimizdə yaşaya bilərdiniz. Atam ova çox həvəskardır.

Kapitan:

– Hə, gedək, – dedi. – Biz bordelə getməli, yoxsa bağlanar.

– Gecəniz xeyrə qalsın, – keşişə dedim.

– Gecəniz xeyrə qalsın, – o, cavab verdi.

ÜÇÜNCÜ FƏSİL

Məzuniyyətdən qayıdanda, biz hələ də o şəhərdə idik. Şəhərin ətrafına indi daha çox top yığmışdılar, bahar da girmişdi. Çöllər yaşıllaşmışdı və tənəklərin üstündə kiçicik yarpaqlar açılmışdı; yol kənarındakı ağaclarda kiçik yarpaqlar göyərmişdi və dənizdən meh əsirdi. Mən şəhəri, təpəni və təpənin kənarındakı köhnə qəsri görürdüm, uzaqlarda isə yamacları azca yaşıllaşmış dağlar, boz dağlar ucalırdı. Şəhərdə toplar çoxalmışdı, bir neçə yeni hospital açılmışdı, küçələrdə ingilislərə, bəzən də ingilis qadınlarına rast gəlmək olurdu və mərmilər bir neçə evi də zədələmişdi. İsti idi, havadan bahar qoxusu gəlirdi və mən ağaclar əkilmiş və günəşin qızdırdığı xiyabandan keçdim, günəşin şəfəqləri divara düşmüşdü, gördüm ki, biz yenə həmin evdə oluruq və bu vaxt ərzində elə bil heç bir şey dəyişməmişdir. Qapı açıq idi, divarın dibindəki skamyada günün altında bir əsgər oturmuşdu, yan qapının ağzında sanitar maşını dayanıb gözləyirdi, içəri girəndə isə daş döşəmələrin və xəstəxananın qoxusunu duydum. Heç bir şey dəyişməmişdi, ancaq indi bahar idi. Mən böyük otağın qapısından baxdım və gördüm ki, mayor stolun arxasında oturub, pəncərə açıqdır və gün otağa düşür. O, məni görmürdü, bilmirdim onun yanına gedib raport verim, yoxsa əvvəlcə yuxarı qalxıb üst-başımı təmizləyim. Mən yuxarı getməyi qət etdim.

Leytenant Rinaldi ilə olduğum otaq həyətə baxırdı. Pencərə açıq idi, çarpayımın üstünə adyal salınmışdı, divardan da mənim əşyalarım, uzunsov, dəmir futlyardakı əleyhqazım, həmin qarmaqdan da polad kaskam asılmışdı. Çarpayımın ayaq tərəfində sandıqçam, sandıqçanın üstündə də yağdan parıldayan uzunboğaz qış çəkmələrim qoyulmuşdu. Mənim səkkiz tinli zağlı lüləli, rahat, gözəl tünd qoz ağacından qundağı olan Avstriya modelli tüfəngim yataqların arasından asılmışdı. Ya-dıma düşdü ki, tüfəngin teleskop nişanı sandıqçadadır. Leyte-nant Rinaldi ikinci çarpayıda uzanıb yatırdı. O, mənim ayaq səslərimi eşidib oyandı, başını yastıqdan qaldırdı.

– Ciao,6 – dedi. – Hə, vaxtınızı necə keçirdiz?

– Çox gözəl.

Biz bir-birimizin əlini sıxdıq, sonra o, boynumu qucaqlayıb məni öpdü.

– Uf! – dedim.

– Siz kirlisiz, – dedi. – Sizə yuyunmaq lazımdır. Hardaydız, nə edirdiz. Hamısını birdəfəyə deyin.

– Hər yerdə olmuşam. Milanda, Florensiyada, Romada, Neapolda, Villa-San-Covannidə, Messinada, Taorminada…

– Lap dəmir yolu məlumat kitabçasıdır. Hə, bəs maraqlı macəralarınız olmadı?

– Oldu.

– Harada?

– Milan, Firenze, Roma, Napoli…

– Bəsdir. Deyin görək, hamısından yaxşı harada oldu?

– Milanda.

– Çünki birinci ora getmisiz. Siz ona harada rast gəldiz? «Kova»da? Hara getdiz? Sonra necə oldu? Hamısını birdəfəyə deyin. Gecə qaldız?

– Bəli.

– Nə olsun ki. İndi bizim də burada gözəl qızlarımız var.

Скачать книгу

1

Kiçik leytenant (italyanca).

2

Leytenant (italyanca).

3

Kapitan (italyanca).

4

Mayor (italyanca).

5

Podpolkovnik (italyanca).

6

İtalyanca salamlaşmaq.