Скачать книгу

yağdıra-yağdıra oğlanlarını anasının yanından qovurdu. Başına ucları çənəsinin altında düyünlənmiş, yuyulmaqdan bozarmış ucuz çit yaylıq örtmüş bibim nə qədər bərk qışqırsa da, onun səsində həmişə mehribanlıq duyulardı. Heç kəs ondan qorxmazdı. Hərdən bərk əsəbiləşəndə araya salıb bizə, balacalara da təpinirdi:

      – Sizi döyərəm ha.

      Heç biz də ondan qorxmazdıq. Əmimoğlanları yaşını itirmiş qoca arvadla nə qədər sərt zarafat etsələr də, o nəvələrindən heç vaxt incimirdi. Qoca qarı sovet dövründə çətin tapılan müqəddəslərin surətləri qarşısında qollarını büküb dayanır, nəsə pıçıldayır, özündən quraşdırdığı dualar oxuyur, salavat çəkirdi. Bu dualarda səmimi bir etiqadın qüvvəti hiss edilirdi. Balaca qadın həm də bütün bunları elə sadəliklə icra edirdi ki, elə bil, kiminləsə, ən yaxın bir adamla söhbət edirdi.

      İki qadın, ana-bala hər gün səhər yuxudan oyananda gördükləri yuxuları bir-birlərinə danışıb yuxularını uzun-uzadı yozurdular. Bu da onların özünəməxsus məşğuliyyəti idi. Mövhumatsız yaşaya bilmirdilər. Bibim tez-tez müxtəlif xəstəliklərdən şikayət edirdi. Nə isə onun ürəyini əzir, nə isə sinəsinə tıxanıb qalır, daima qarnını sancı doğrayır… Qoca nənə həm də türkəçarəylə məşğul olurdu. Qısır arvadları bu qoca nənənin yanına gətirirdilər. Bu zaman bibim oğlanlarını evdən qovurdu. Qoca nənə doğmaq istəyən, amma doğa bilməyən arvadların belini özü düzəltdiyi məlhəmlərlə ovuşdurur, bəzən onları təzə kəsilmiş keçinin dərisinə bükürdü. Onlara müxtəlif otlardan dəmlədiyi çay içizdirirdi. Biz balaca olduğumuza görə bu mənzərələrin bəzisinə baxmağa icazəmiz vardı. Arvadlar sakit-sakit çox açıq-saçıq söhbətlər edirdilər və mən də qulaqlarımı bacardığım qədər şəkləyib onların maraqlı söhbətlərini dinləyirdim. Həftədə iki-üç dəfə bu qoca arvadı xəstə yanına aparardılar. O xəstələrin ki, ağ xələtli həkimlərə yox, bu qoca qarıya, tibbə yox, türkəçarəyə inanırdılar. O, tələsmədən hıqqana-hıqqana xəstənin çarpayısı yanında əyləşər, həyatın yorub əldən, haldan saldığı, balacalaşıb uşaq boyda olmuş, gözlərinin nuru sönmüş qoca xəstə arvadların şikayətini dinləyərdi. Uzun-uzadı dərdləşib, keçmişlərdən danışıb, ürəklərini boşaldırdılar. Bütün söhbətlərinin məğzi bundan ibarət olurdu ki, indiki cavanlar böyük-kiçik, ağsaqqal-ağbirçək yeri bilmirlər. Tənbəldirlər. İşləmirlər. Qızlar həyasızdırlar. Qayınata, qaynana saymırlar.

      İndiki kişilərin zəhmi yoxdur. Arvaddan qorxurlar. Axırda da mütləq bu nəticəyə gəlirdilər ki, indi dünyada daha düz əməlli kişi qalmayıb. İndiki kişilərin ağzı qatıq kəsmir. Bu qoca qarılar keçmiş günlərin, xüsusən keçmişdəki zəhmli, işgüzar, güclü kişilərin xiffətini çəkirdilər. Onlar öz keçmişləri üçün darıxırdılar. Keçmişdəki kişilərin işgüzarlığından, zəhmindən, keçmişdəki kişilərin çoxlu yemək yeməsindən bəhs edən əhvalatlar danışırdılar. Bu qurumuş, suyu çəkilmiş, balacalaşıb uşaq boyda olmuş qarılara baxanda onların bir zamanlar al yanaqlı, gümrah, dik məməli qız olduqlarını heç cürə təsəvvür etmək olmurdu. Bəzən onlar özlərini buraxıb, özlərini unudub keçmişdəki kişilərin gücündən bəhs edən elə əhvalatlar danışırdılar ki, həmin əhvalatları burda yaza bilmərəm. O əhvalatlar uşaqlar üçün deyil, böyüklər üçündür. Nə bilmək olar, bəlkə də onlar düz deyirdilər. Bəlkə də doğurdan da kişilər get-gedə cılızlaşırlar.

      Evdə hər bir kəsin öz sevimli əyləncəsi vardı. Bu mənada əmimin balaca oğlu öz istedadıyla evin başqa sakinlərindən seçilirdi. Yay aylarında onlar evin qarşısında açıq havada yemək yeyərdilər. Əldəqayırma kobud masanı evin divarına bərkidilmiş “iliç lampası” işıqlandırırdı. Lampanın düz altında kərtənkələ yuvası vardı. Əmimoğlu əlində quşatan oturub elə hey səbirlə lampanın altındakı yuvaya baxırdı. Yuvadan kərtənkələ başını bayıra çıxardıqda əmimoğlu mahir bir ovçu kimi, quşatanla kərtənkələni düz başından vururdu. O, istədiyi hədəfi vura bilirdi. Məsələn, ağaca qonmuş quşları göstərib deyirdi:

      – Baxın, indi soldan üçüncü quşu vuracam.

      Doğurdan da, az sonra soldan üçüncü quş ağacdan yerə düşürdü. Hər dəfə o lampanın altında yerləşən yuvadan başını çıxarmış kərtənkələ vuranda daşın kərtənkələyə deyil, lampaya dəyəcəyindən qorxurdum. Lakin daş düz kərtənkələnin başına dəyirdi. Çünki kərtənkələnin yalnız başı bayırda olurdu, bədəni isə yuvanın içində qalırdı. Vurulmuş kərtənkələ düz masanın ortasına düşürdü. Bibim qorxub qışqırırdı. Əmimoğlu bərkdən gülürdü. Kərtənkələnin quyruğundan tutub orasına-burasına baxırdı. Dilini çıxarıb dodaqlarını yalayırdı. Sanki kərtənkələ deyil, qiymətli bir quş, məsələn, kəklik vurmuşdu. Kərtənkələni bizə tərəf uzadırdı. Qorxub qışqırışırdıq. Sonra evdən tava gətirirdi. Özünü elə göstərirdi ki, guya kərtənkələni yağda qızardıb yemək istəyir. Yenə qarğışlar səslənirdi. Qoca nənə isə deyirdi ki, bu gədə evdəki qabların hamısını murdarlayacaq. Bu sadəlövh arvad müqəddəslərin adlarını bir-bir sadalayıb nəvəsinə yalvarırdı ki, kərtənkələni qızardıb yeməsin. Belə səhnələr dayanmadan azad evdə təkrar olunurdu. Bütün bu əyləncələr biz uşaqlar üçün hədsiz dərəcədə maraqlı idi. Biz uşaqlar bu azad evdə özümüzü daha rahat, daha şən hiss edirdik. Əmimgildə hökm sürən azadlıq bizi cəlb edirdi. Anam bunu əsla başa düşmürdü. Çox vaxt çətinliklə məni evimizə apara bilirdi.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

/9j/4AAQSkZJRgABAQEASABIAAD/2wBDAAEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQICAQECAQEBAgICAgICAgICAQICAgICAgICAgL/2wBDAQEBAQEBAQEBAQECAQEBAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgL/wgARCAkBBdwDAREAAhEBAxEB/8QAHgABAAEEAwEBAAAAAAAAAAAAAAgFBgcJAQMEAgr/xAAdAQEAAgMBAQEBAAAAAAAAAAAAAwQBAgUGBwgJ/9oADAMBAAIQAxAAAAHf4AAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA

Скачать книгу