Скачать книгу

macəralarla qarşılaşırlar. Bədii ədəbiyyatın yalanları ilə ifadə olunan reallıq budur – yaşadığımız yalanlar, bizə təsəlli verən, həsrətlərimizi və ümidsizliklərimizi dəf edən yalanlar. Romanı – bədii yalanları cəmiyyət özü doğurub, bəs cəmiyyət haqqında olan romanın şahidliyinə nə qədər inanmaq olar?

      Bədii əsərlərdəki insanlar həqiqətən eləmi olublar? Müəyyən mənada hə, çünki elə olmaq istəyirdilər, sevərkən, əzab çəkərkən, sevinərkən özlərini o cür görürdülər. O yalanlar həyatdan yox, onları idarə edən demonlardan – onları kefləndirən və həyatlarını dözüləsi edən fantaziyalardan – bəhs edir. Bir epoxa təkcə ətdən-sümükdən ibarət varlıqlardan yox, həm də onları həbs edən sərhədləri qırmaq üçün insanların çevrildiyi xəyali varlıq-lardan ibarətdir. Romanlardakı yalanlar necə gəldi deyil, həyatın çatışmazlıqlarını doldurmaq üçündür. Buna görə də yaşanmış həyat dolu və mütləq görünür, insanlar ortaq bir inancla öz qismətlərinə razı olanda, romanlar heç bir işə yaramır. Dindar mədəniyyətlər şeir və dram əsəri yaradır, roman yox. Roman inancın böhrana girdiyi, bir şeyə inanmaq lazım gələndə, birləşdirici, güvəniləsi mütləq inancın bölünüb dağıldığı, dünya və sonrası haqqında şübhəyə düşülən cəmiyyətlərin sənətidir.

      Hər roman postəxlaqi olduğu kimi, içində bir şübhə toxumu də daşıyır. Dindar mədəniyyətlər böhrana düşəndə, həyat nəzarətedici sistemlərdən, doqmalardan və əmrlərdən xilas olur və bir xaos yaranır. Bu, roman üçün ən yaxşı andır. Bədii ədəbiyyat süni təbiəti sığınacaq üçün, təhlükəsizlik üçün, real həyatı körükləyən, amma doyura, ya da qova bilməyən, arzular və qorxular üçün sərbəst ərazilər yaradır. Bədii ədəbiyyat həyatın müvəqqəti vəkilidir. Reallığa qayıtmaq, kasıblığın, arzu etdiyimizdən daha az olduğumuzun qəddar təsdiqidir. Bədii ədəbiyyat fantaziyanı qamçılayaraq insanın narazılığını müvəqqəti də olsa, yüngülləşdirir, amma həm də körükləyir.

      İspan İnkvizisiyası bu təhlükəni başa düşmüşdü. Real həyatda yaşanmamış şeylərin bədii əsərdə olması əndişə qaynağıdır, dünyaya və qurumlara qarşı asi olmağa çevrilə biləcək təhlükədir. Həyatın başı üstə durub onu nəzarət altına almaq istəyən rejimlərin bədii əsərlərə qarşı inamsız olması və onları senzuraya məruz qoyması buna görə başa düşüləndir. Öz mənliyindən çıxıb başqası olmaq, xəyalda belə olsa, daha az kölə olmaq və azadlığın risklərini təcrübədən keçirmək üçün, ən yaxşı yol ədəbiyyatdır.

“The New York Times Books”, 1984, 7 oktyabr

      İMKANSIZIN CAZIBƏSI

(Viktor Hüqonun “Səfillər” romanına önsöz)

      Geniş yayılmış fikrin əksinə olaraq, “Səfillər” çap olunandan sonra onun haqqında deyilən fikirlərin, yazılan rəylərin hamısı tərifli deyildi. Xeyli mənfi yazılar yazıldı, hətta bu tənqidi yazıların bəziləri – Barbey D’Aurevillinin məqaləsindəki kimi – düşmancasına idi. Tənqidi xarakterli bu yazılardan ən maraqlısı toxunduğu məsələlər və Viktor Hüqonun romanını çıxış nöqtəsi kimi götürməklə bədii ədəbiyyat haqqında cəsarətli fikirlər dilə gətirən Alfons de Lamartinin uzun araşdırmasıdır. Lamartin sözü gedən araşdırmasında bəlkə də heç fərqində olmaya-olmaya, birbaşa bədii sözün tarixdəki funksiyası ilə maraqlanıb.

      Lamartin uzun essesinin əvvəlində mühafizəkarcasına “Səfillər”i anarxiyaya və ictimai xaosa zəmin yarada biləcək bir əsər kimi görür, ədəbi realizmin dəstəkçisi olaraq yenidən yaratmaq iddiasında olduğu gerçəkliklə tutuşdurulanda, bu kitabdakı mübaliğələrə və qüsurlara əsəbləşərək roman haqqında tərəddüdlərini yazır. Onun fikrincə, bu əsər “xəyali bir adamı cəmiyyətin düşməni və qurbanı edib.” Yazır ki, əslində “cəmiyyətə qarşı insanı” qoyan bu roman fəlakət gətirə bilər, çünki bu əsər “Fərd”i möhtəşəm bir varlıq kimi təqdim edərkən, insanlar tərəfindən elə insanların özü üçün qurulan cəmiyyəti bütün haqsızlıqların məcmusu kimi göstərir.

      Lamartinin fikrincə, bu roman Platonun “Dövlət”, Russonun “İctimai müqavilə” əsərlərinin yolunu gedən, Sen-Simondan Furyerə, Prüdona və dahi Mormonlara qədər gedib çıxan bütün sosialist ənənələrin davamı olan utopiyadır!

      Lamartin 1848-ci il inqilabını yad edərkən, Hüqonun o vaxtlar çox həssas hesab etdiyi “mühafizəkar” bir manifest çap etdirməsini xatırlayır. Lamartin “demaqoqlar və utopistlər” deyərək hücuma keçir və iddia edir ki, “Səfillər” romanı “insanların onları xilas edən şeyə, yəni ictimai sabitliyə nifrət etməsinə yol açır, çöküşlərinə səbəb kimi (qeyri-müəyyən İdealın antisosial fantaziyası) cəmiyyəti göstərərək onları küyləyir, cəmiyyəti bəzən haqsız, radikal və aşırı dərəcədə tənqid” edir. Lamartin bu ideoloji natamamlığı romandakı utopizmin mənfi tərəfi kimi sayır.

      O, bizi inandırmağa çalışır ki, romanın adı da səhv seçilib, çünki xarakterlər səfildən daha çox cinayətkar və tənbəldirlər. Romanda heç kim işləmirsə, deməli, az qala heç biri məsum deyil. Burda oğrulardan, eyş-işrət düşkünlərindən, avaralardan, fahişələrdən, küçə uşaqlarından ibarət bir dünya təsvir olunur. Xarakterlər özləri belə anlamırlar ki, davranışlarını hərəkətə gətirən nədir. Məsələn, kimsə Mariusdan soruşsa ki, niyə barrikadadasan, cavab verə bilməyəcək. Ola bilsin ki, “par ennui” (can sıxıntısından, darıxmaqdan) deyəcək, amma “məcburiyyət”dən deməyəcək.

      Bu roman “aşağıların dastanı”, “imkansızlığın şedevridir.” Bura qədər Lamartinin müşahidələri hələlik siyasi və ədəbidir, amma sonra o, fəlsəfənin və dinin dünyasına da baş vurur. Lamartin öz arqumentlərini inkişaf etdirirək Hüqonun romanı haqda danışmaqdan kənara çıxır, bədii ədəbiyyat və tarix arasındakı münasibətlərin mahiyyətinə, ədəbiyyatın həyata və cəmiyyətə təsiri məsələlərinə keçir.

      O yazır ki, “Səfillər” əsəri insanları “Tanrı yox, insan olduqları üçün bədbəxt edəcək”, onlara çox böyük zərər verəcək. Lamartin bu romanı oxumağa məcbur edilmiş “bir edam məhkumu ilə” xəyali bir dialoq da yazır. Bu dialoqda həmsöhbətlərin ikisi də Jan Valjanın xeyirxah keşişi və balaca Jerveni soymağını qəddarlıq sayır, ikisi də kitabı şişirdilmiş, uydurma olmaqda ittiham edirlər; ancaq Hüqonun realist “istedadının” bütün bunları oxucu üçün inandırıcı etməsi barədə də danışırlar.

      Lamartin monsenyor Benevünü “örnək” xarakter saysa da, onunla ənənəçi J. arasında keçən “terrorizmin göylərə qaldırıldığı” dialoqa görə üzüldüyünü yazır. O, 93-cü ildəki Yakoben terroru tərəfindən törədilən cinayətləri yoxsulların keçmişdə etdiyi cinayətlərin ayağına yazaraq təmizə çıxmaq istəyən “mücərrəd riyaziyyatı” şiddətlə rədd edir. Siniflər bütün dövrlərdə eynidir ki? Yönlərini dəyişmirlər, ya ümumən dəyişmirlər ki? Belə bir arqument “axmaq instiktlərinə görə insanları tərifləmək” mənasına gəlir, bu da, elə bil, onlara deməkdir ki, “qəzəblənməkdə və öldürməkdə haqlısan; üstəlik, bir gün Viktor Hüqo və İosif de Maystr kimi yazıçılar ortaya çıxacaq (Hüqo demokrat, Maystr isə avtokratdır) və öz nəzəriyyələri ilə sənin törətdiyin cinayətləri

Скачать книгу