ТОП просматриваемых книг сайта:
Mənim mübarizəm - 8. Seymur Baycan
Читать онлайн.Название Mənim mübarizəm - 8
Год выпуска 0
isbn
Автор произведения Seymur Baycan
Серия Mənim Mübarizəm
Издательство Alatoran yayınları
Məsələn, yaxın keçmişdə nakam sevgi mövzusunda bir bayağı mahnıya qulaq asdım. Sonra şərhləri oxumağa başladım. Bir qiz mahnının altına belə bir şərh yazmışdı: “Allah həqiqi sevginin qarşısına sərhəd çəkənlərə lənət eləsin”. Nə maraqlı sözdür! Bax, siyasi, tarixi, fəlsəfi mövzularda müzakirələr aparılsa, adamlar siyasi, fəlsəfi, tarixi mövzularda mübahisələrə girişsələr xalqdan gələn maraqlı, koloritli ifadələrlə tez-tez rastlaşa bilərik və bu ifadələrdən mətnlərdə rahatlıqla istifadə etmək olar.
Azərbaycanlılar bir xalq olaraq siyasiləşməyiblər. Lağlağı, qeyri-ciddilik, avaraçılıq tuğyan edir, səviyyəsizlik, kobudluq meydan sulayır. Camaat kitab, bir az ciddi yazı görəndə elə bil qutuda ilan görür. Hər cür zir-zibilə pul xərclədikləri, hər cür mənasız əməllərə pul tapdıqları halda on manat verib kitab almağa canları çıxır. On manat verib kitab almamaq üçün min bir bəhanə uydururlar. Tərcümə zəifdir, kitabın dizaynı, kitabın adı xoşuma gəlmədi, nə bilim yazıçının qulaqları uzundur, boyu balacadır… Guya Azərbaycanda hər şey – təhsil, səhiyyə, sosial müdafiə sahələri ideal vəziyyətdədir, necə olubsa bircə tərcümə, ədəbiyyat sahəsi axsayır, digər ideal sahələrdən geri qalır. Kitab alanların da çoxu adama min minnət qoyur. Adama elə minnətlər qoyurlar ki, deyirsən kitabımı almasaydı bundan min dəfə yaxşı olardı. Kitab alanların çoxu belə düşünür ki, kitabını aldığı müəllifi istədiyi vaxt “tutub minə də bilər” və müəllif də bu prosesdən, oxucusu tərəfdən istənilən vaxt “minilməkdən” xeyli razı qalmalı, cınqırını da çıxarmamalıdır…
Bəzən hansısa əsəri oxuduğum zaman başımda əsərin mövzusuyla birbaşa əlaqəsi olan, əsərin mövzusuyla birbaşa əlaqəsi olmayan fikirlər fırlanmağa başlayır. Bu fikirləri ya yazılı, ya da şifahi formada ifadə etməyincə rahatlıq tapa bilmirəm. Beləliklə, “Dumanlı Təbriz”i oxuduğum zaman bu fikirlər başımda fırlanmağa başladı…
Təbrizlilər dindən uzaqlaşmalıdırlar. Əgər dindən uzaqlaşmasalar, təbrizlilər nə etsələr də, lap ağızları ilə quş tutsalar da, heç nəyə nail ola bilməyəcəklər. Hər bir proses onların “qarmağa” daha dərindən keçməsi ilə nəticələnəcək. Əslində burada xeyli təfərrüatlara girməliyəm, amma buna o qədər də ehtiyac yoxdur. Hesab edin, nə lazımdırsa yazıldı. Təkcə onu əlavə edə bilərəm ki, inkişaf etmək istəyən, ciddiliyə iddialı hər bir xalq dinlə haqq-hesabını çürütməlidir. Bilirəm, kimsə, özünü ağıllı hesab edən X. adlı bir kəs hansısa bir xalqı, ölkəni nümunə kimi ortaya qoyub deyəcək ki, dinlə haqq-hesab çürütmədən də inkişaf etmək mümkündür. Əgər hətta belə bir nümunə varsa, əfsuslar olsun bu, ümumi mənzərini dəyişmir, istisnalar normanı, qaydaları təsdiq edir və elə istisna olaraq da qalır.
Təbrizlilər süni, başdanbaşa saxta, yalançı nəzakət qaydalarını həyatlarından qəti şəkildə çıxartmalıdırlar. Süni, saxta, yalançı nəzakət qaydalarına təbrizlilər həddən artıq vaxt, enerji sərf edirlər və başqalarının da vaxtın, enerjisin alırlar. Sözlərinin canını, məğzini, mustafasını deyənə qədər adam çərləyir, vərəmləyir. Çox vaxt təbrizlilər sözlərinin mustafasını deyə bilmirlər, elə mus-mus deyə-deyə qalırlar. Məişət müstəvisindəki saxta, yalançı, süni nəzakət qaydaları ictimai-siyasi müstəvidəki məsələlərə, söhbətlərə də istər-istəməz sirayət edir. O qədər saxtalığın, süniliyin, yalanın içində ala qarğa bala çıxartmaz. O qədər saxtalığın, süniliyin, yalanın içində istənilən növ xiyar mütləq və mütləq əyri bitəcək. Təbrizlilər saxta, süni, yalançı nəzakət qaydalarına enerji və vaxt sərf etdikcə, ictimai-siyasi məzmunlu çox qatarları ötürəcəklər. Vaqonun qapıları düz gəlib qabaqlarında açılacaq, amma saxta, süni, yalançı nəzakət qaydaları vaqona minməyə təbrizlililərə imkan verməyəcək.
Hər şey sadə, səmimi və açıq olmaldır. Yemək yeyirsən? Yox, çox sağ ol, ac deyiləm. Bu ayaqqabı neçəyədi? Beş manata. Vəssalam. Qısa, səmimi, konkret. Ayaqqabı sənə qurbandır, hədiyyəm olsun, nə bilim məndən yadigar qalsın zad kimi yalançı jestlər, “bəndəçiliyimiz var”, “mərhəmətiniz artıq olsun”, “nökərçiliyimiz vardır” kimi idbar, nüvəsində riyarakarlıq, köləlik yatan ifadələr heç kimə lazım deyil. Nə satana, nə də alana.
Ay təbrizlilər, bu nə zülmdür siz özünüzə verirsiniz, hələ bir bu zülmün adını da mədəniyyət, nəzakət qaydaları qoymusunuz.
Ordubadi “Dumanlı Təbriz”də təbrizlilərin (söhbət təkcə təbrizlilərdən getmir, bütün bu yazılanlar Arazın o tərəfində yaşayanların böyük əksəriyyətinə aiddir) saxta, yalançı, süni nəzakət qaydalarına tez-tez ilişir, hər fürsətdə təbrizlilərin yalançı nəzakət qaydalarına sataşır. Deməli, bu adamlar heç dəyişməyiblər. Yüz il bundan əvvəl necə olublarsa, eləcə də qalıblar. Məsələn, Ordubadi əsərin “Sərdar Rəşidin son macərası” fəslində yazır: “Mən bir neçə gün tanış adamlar vasitəsi ilə harda yaxşı at olduğunu soraqlaşdım. Nəhayət, qafqazlı Məşədi Hacıda gözəl bir at olduğunu xəbər verdilər. Dalınca adam göndərib çağırdım. O çox məmnuniyyətlə atı bizə hədiyyə verməyə hazır olduğunu söylədi və bu təklifin “təbrizli təklifi” olmadığını da əlavə edərək, bizi güldürdü”.
Təbrizlilərin gəlib-gedəni dolamaq kimi axmaq bir məziyyətləri vardır. Elə bilirdim bu təzə söhbətdir, “Dumanlı Təbrizdə” yazılmış bir çox səhnələrdən belə başa düşdüm ki, demə təbrizlilərin adam dolamağı lap çoxdanın söhbəti imiş. Gəlib-gedəni dolamaq nə deməkdir? Özünüzü nə hesab edirsiniz? Bu səlahiyyəti sizə kim verib? Adamları dolamaq məziyyəti təbrizlilərdə təkəbbür, özünəvurğunluq hissi yaradır. Təkəbbür, özünəvurğunluq at oynadan yerdə tənqid, təftiş olmur. Tənqid, təftiş olmayan yerdə isə heç bir inkişafdan, tərəqqidən, açıq cəmiyyətdən söhbət belə gedə bilməz.
Arazın bəri tərəfində bir yaşayış məntəqəsi var. Bu yaşayış məntəqəsinin sakinləri də gəlib-gedəni dolamaq xəstəliyinə mütbəla olublar. Hətta o dərəcədə mütbəla olublar ki, gəlib-gedənə səhv yol göstərməyi bir fəxarət, bir qəhrəmanlıq hesab edirlər. Düşünürlər ki, doladıqları adamlar onlardan razı qalmalıdırlar. Özlərini inandırıblar ki, ancaq onlar zarafat edə bilərlər, başqalarında bu istedad ola bilməz, olmamalıdır, zarafat etmək kimi bir istedad yalnız onlara verilib. Başqlarının da zarafat etməyi bacardıqlarını görəndə kədərlənirlər. Depressiyaya düşənlər də olur.
Bir dəfə orada taksi sürücüsü mənimlə şit zarafat etdi. Cavabın verdim və adam dərin kədərə qərq oldu. Sonra qaldığımız oteldə buna bənzər mənzərə təkrarlandı. Orada da biri şitlik eləmək istədi, cavabını verdim, o da bərk kədərləndi. O vaxtlar elə güman edirdim ki, bunlar nəsə xüsusi haldır, mənim qarşıma