ТОП просматриваемых книг сайта:
Qəbrinizə tüpürməyə gələcəyəm. Борис Виан
Читать онлайн.Название Qəbrinizə tüpürməyə gələcəyəm
Год выпуска 0
isbn 9789952243765
Автор произведения Борис Виан
Серия Ekranlaşdırılmış əsər
Издательство Altun Kitab
Mən başımla təsdiqlədim.
Ofisiant iki iri stəkan gətirdi. Onların içində buz üzür və saman çöpü görünürdü.
– Bu cür xoşuma gəlir, – Hansen izah etdi. – Fikirləşməyin ki, sizi məcbur edirəm.
– Eybi yox, – mən dedim.
Əgər sizə saman çöpünün köməyi ilə buzlu viski içmək müyəssər olubsa, onda bilirsiniz: sanki damağınıza alov şırnağı toxunur, üstəlik, bu alov xoşdur.
– Əladır, – mən təriflədim.
Bu vaxt özümü qarşıdakı güzgüdə gördüm. Görkəmimdən pərtlik yağırdı. Çoxdan içki içməmişdim. Hansen gülümsədi.
– Əhvalınızı pozmayın, – o dedi. – Tezliklə öyrəşəcəksiniz. Mən isə gərək bundan sonra içəcəyim yerlərdə digər ofisiantları öz xırda şıltaqlıqlarıma öyrəşdirim.
– Heyif ki, gedirsiniz.
O güldü.
– Əgər mən qalsaydım, onda siz getməli olacaqdız… Yox, – o davam etdi, – yaxşı ki gedirəm. Beş ildən artıqdır… Aman Tanrım!
O, birnəfəsə içdi və yenə sifariş etdi.
– Siz tez uyğunlaşacaqsınız, – o, nəzərləri ilə məni süzdü. – Pis adama oxşamırsınız, ancaq sizdə mənim üçün anlaşılmaz qalan nəsə var. Sizin səsiniz…
Mən dinmədən gülümsündüm. Əcəb tipdir.
– Sizin çox qalın səsiniz var. Oxumaqla aranız necədir?
– Bəzən əylənmək üçün oxuyuram.
Mən çoxdan oxumurdum. Körpə ilə olan əhvalata qədər gitarada çalıb-oxuyurdum. Gitarada improvizə edərək Hendinin1 bluzlarını, Nyu-Orleanın köhnə mahnılarını, özümün mahnılarını səsləndirirdim. Ancaq indi oxumağa heç bir istəyim yoxdur. İndi məni puldan başqa heç nə maraqlandırmır. Fikirləşdiyimi həyata keçirmək üçün mənə çoxlu pul lazımdır.
– Bu cür səsiniz varsa, heç bir qadın sizə etiraz etməyəcək, – Hansen söylədi.
Mən çiyinlərimi çəkdim.
– Bu sizi maraqlandırmır?
O, əli ilə kürəyimə vurdu.
– Qarşı tərəfdəki aptekə baş çəkin. Bəlkə, kimisə özünüzə bənd edə bildiniz. Onların barında alkoqol verilmir, odur ki daha çox kluba bənzəyir. Azyaşlılar… Qırmızı corab geyənlər və Frenk Sinatraya məktub yazanlar… Aptek – onların baş qərargahıdır. Siz buna artıq diqqət etməliydiniz. Yox? Hə də, axı siz bütün bu günlər ərzində mağazadan çölə çıxmamısınız.
Mən yenə viski sifariş etdim. Onun təsirini artıq bütün bədənimdə duyurdum.
Bizim tərəflərdə belə şeylərə rast gələ bilməzdiniz. Yəqin ki, buna görə indi ürəyim onları çox istəyirdi. Bədənlərinə yapışmış idman köynəklərindən qabarıb çıxan dik döş gilələri ilə xüsusilə öyünən on beş–on altı yaşlı yeniyetmələr və corabları. Parlaq sarı və ya parlaq yaşıl corablar; dabansız ayaqqabılar; al-əlvan yubkalar; yumru dizlər; ayaqlarını çarpazlayıb otların üzərində elə otururlar ki, ağ rəngli tumanları görünür.
Bəli, mənim ürəyim onları, bu corablı qızları çox arzulayırdı.
Hansen mənə baxdı.
– Hamısı hazırdırlar, – o dedi. – Siz heç nəylə risk etmirsiz. Onlar sizi çəkib aparmaq üçün bir yığın yer tanıyırlar.
– Siz məni donuz yerinə qoymusunuz?
– Yox, mən rəqs etməyi nəzərdə tuturdum.
O gülümsündü. Şübhəsiz, görkəmimdən aydın sezilirdi ki, ürəyimdən nə keçir…
– Onlar məzəlidirlər, – o dedi. – Mağazaya da baş çəkəcəklər.
– Onların orada nə işi var?
– Onlar, adətən, aktyorların fotolarını alırlar, bir də guya təsadüfən psixoanalizlə bağlı kitabları, yəni tibbi kitablar demək istəyirdim. Onların hamısı təbabətə vurulublar.
– Yaxşı, – mən donquldandım. – Baxarıq.
Görünür, bu dəfə özümə biganəlik görkəmi verməyi bacardım və Hansen söhbəti başqa mövzuya yönəltdi. Səhər yeməyini bitirdik və o, günorta saat 2-də yola düşdü.
Mən mağaza ilə baş-başa qaldım.
II
On beş gün keçəndən sonra artıq darıxmağa başlamışdım. Bütün bu müddətdə mağazadan çölə çıxmamışdım.
Ticarət yaxşı gedirdi; kitablar sürətlə satılırdı; reklam necə lazımdırsa qurulmuşdu. Şirkət hər həftə yeni kitablarla bərabər illüstrasiyalı reklam bukletləri göndərir, mən də onları uyğun kitabların yanında elə yerləşdirirdim ki, dərhal nəzərə çarpırdılar. Söhbətin nədən getdiyini aydınlaşdırmaq üçün mənə bir qayda olaraq kommersiya resenziyasını oxumaq və beş-altı səhifəni gözdən keçirmək bəs edirdi. Hər halda, parlaq üz qabığına və müəllifin bukletdəki fotosuna aldanan bəxtsizlərin suallarını cavablandırmaq üçün bunlar yetərli idi.
Kitablar kifayət qədər bahalı idi, bu isə əhəmiyyətlidir; ümumiyyətlə, insanlar yaxşı kitab almaq barədə az fikirləşirlər, onlara başqalarının nədən danışdığı, baş çəkdikləri klublarda nəyin dəbdə olduğu maraqlıdır, o ki qaldı kitabın məzmununa, onlar buna tüpürməyə hazırdırlar.
Bəzi kitabları topa ilə vitrində yerləşdirmək barədə tövsiyə alırdım. Mən onları kassanın yanında qalaqlanmış halda yığır və mağazaya gələn hər kəsə parlaq kağızlı reklam bukleti ilə birlikdə təklif edirdim. Adətən, heç kim imtina etmirdi: bukletin içərisində yazılmış bir neçə cümlə şəhər müştərilərinə tamamilə uyğun gəlirdi. Bu isə şirkətə qalmaqallı kitabları yarım gün ərzində satmağa imkan yaradırdı.
İşimin bütün yeknəsəq tərəflərini mənimsəyəndən sonra əsas məsələlər haqqında düşünmək üçün sərbəst vaxt əldə etdim. Hələlik hər şey çox yaxşı gedirdi. Məni narahat edən də elə bu idi.
Yay başa çatırdı. Ağacların kölgəsində, çayın kənarında artıq sərin olurdu. Bura gəldiyimdən bəri heç yerə çıxmamışdım və ətrafı qətiyyən tanımırdım. Təmiz havaya ehtiyacım vardı. Ancaq məni daha çox narahat edən başqa bir ehtiyac idi: mənə qadın lazım idi.
Bir dəfə axşam adətim üzrə saat 5-də dəmir pərdələri endirdim, ancaq bu dəfə həmişəkindən fərqli olaraq lampa işığında bir qədər də işləməkdən vaz keçdim, şlyapamı başıma qoyub pencəyimi götürdüm, birbaşa aptekə yollandım. Aptekdə üç nəfər əyləşmişdi: on beş yaşında yeniyetmə oğlan və təxminən həmin yaşda iki qız. Onlar məni laqeyd baxışlarla süzdükdən sonra yenidən başlarını içində südlü kokteyl olan stəkanlarına tərəf əydilər. Bu kokteylin adicə görünüşündən artıq mənim ürəyim bulanırdı; xoşbəxtlikdən pencəyimin cibində içində «padzəhr» olan qabım
1