Аннотация

Kitabda yazıçı-şair Sevinc Elsevərin son illərdə yazdığı şeirlər toplanıb.

Аннотация

Bu kitab 80-ci illərdə ədəbiyyata gəlmiş görkəmli Azərbaycan şairi, fikir və düşüncə adamı R.Behrudi haqqında fərqli müəlliflərin müxtəlif illərdə yazdığı məqalələr toplusudur. Bəzi müəlliflərin elmi, bəzilərinin də elmi-publisistik şəkildə yazdığı bu məqalələr türkdilli ədəbiyyatımızın böyük şairi R.Behrudinin iç dünyasının, fikir və düşüncələrinin oxuculara çatdırılmasında xüsusi rol oynayacaq.

Аннотация

“Allah, məni yarı öldür, yarı saxla anlamağa!” Vaqif, adamın özünə özündən başqa özü kimi kim ağlaya bilər ki?! Ancaq sən istisnasan! Vaqif! Ölümün 40-cı günü nağılların 40-cı otağının sirri kimidi. Ondan o yana sirr içində sirdi hər şey, Vaqif. Ölümün 40-cı günü 40 qələmdaşın, 40 dua ilə gəlib hüzuruna. Qoy bu dualar Tanrının hüzurunda ruhuna yardımçı olsun! Vaqif! Sən Azərbaycan ədəbiyyatının tarixində tək və ilk şairsən ki, xalqın yaddaşında şair kimi yox, şeir kimi qalacaqsan.

Аннотация

Qan Turalının "Ayna" kitabında müəllifin son illərdə yazdığı povest və hekayələr toplanıb. Müasir dövrün təbəddülatlarından bəhs edən bu yazıların əsas leytmotivi modern insanın qarşısında duran ekzistensial problemlərdir. Həyatın müxtəlif təbəqə və zümrələrinə aid olan qəhrəmanlar zəmanənin yaratdığı əngəllər qarşısında gücsüz görünsələr və bəzən məğlub olsalar belə, ümid əsla onları tərk etmir.

Аннотация

Əsər ilahinin hikmət xəzinəsinin qoruyucuları ilə gizli güclərin 2000 ildən artıqdır davam edən gizli və qanlı savaşından bəhs edir. X əsrdə baş verən hadisələrin fonunda müxtəlif dünyaların təmsilçiləri olan iki gəncin böyük sevgisi və onların qarşılarına çıxan maneələr, inandıqları yol uğrunda ölümə doğru qətiyyətlə addımlayan cəsur insanların ruhlarını sarmış eşq atəşi haqqında tarixi bir romandır. Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

Аннотация

Kitabda Tamerlan İsmayılzadənin hekayə və sevginamələri toplanıb. “Günlük həyatımızda o qədər maraqlı şey olur ki, onların fərqinə belə varmırıq. Əslində, o qədər diqqət yetirilməli, o qədər haqqında yazılmalı şeylər var ki! Ətrafımda olan hadisələri, keçirdiyim hisləri içimdə saxlaya bilməzdim. Və bunları cümlələrə tökərək, özümü bunu oxuyan gözlərlə bölüşmək məcburiyyətində hiss edirdim. Çünki siz içimdən süzülüb gələn cümlələri oxuduqca mən rahatlanıb, xoşbəxt oluram.”

Аннотация

Книга «Следами надежд» из серии «Азербайджанская литература» представляет криминально-детективный роман азербайджанских писателей Шамиля Садига и Мушфигa Хана, написанный на основе архивных материалов МНБ, свидетельств лиц, бывших в плену у армянских боевиков во время карабахской войны в начале 90-х годов ХХ столетия. В центре повествования – трагедия азербайджанского города Ходжалы и его жителей, в частности – девушки Айтекин, жизнь которой в одно мгновение изменила война: в прошлом остались ее любимый – Рамиль, сокровенные мечты и надежды, а впереди ожидали беспросветные будни, проведенные в плену. По прошествии 20 лет к событиям карабахского конфликта обращается опытный оперативник секретного отдела МНБ М.Гудратов, и пытается по крупицам восстановить события трагедии и вереницу злодеяний, совершенных в далекие 90-е годы. Правосудие должно восторжествовать – в этом уверены герои романа.