ТОП просматриваемых книг сайта:
Həyat hekayələri̇m. Rza Əli oğlu Mirzadə
Читать онлайн.Название Həyat hekayələri̇m
Год выпуска 0
isbn 9785005998057
Автор произведения Rza Əli oğlu Mirzadə
Издательство Издательские решения
Seyidlər kəndini isə qadınların həyacanlı səsləri, uşaq çığırtısı bürümüşdü. Məlum ki, hamı kənddən çıxmağa hazırlaşırdı.
Birdən Seyid Pəri xala nəsə tapmış kimi, özünəməxsus cəld hərəkətlə üzünü mənə çevirdi. «Get mənim çuxamı gətir, özün də qalın geyin. Heç bir yerə çıxmayacağıq. Uşaqlardan xəbər gələnə qədər kəndin girişlərində keşik çəkəcəyik. Düşmən gəlsə ölənə qədər onlarla vuruşacağıq».
Mən, bu cəsur qadına bələd olsam da, belə çətin vəziyyətdə bu qərarı alacağını gözləmirdim. Üzünü mənə çevirib bayaq dediyini bir də təkrar etdi: «Sən içəridən iki balta da götür, əynini qalın geyin gəl kəndin ortasına. Heç kim kənddən çıxmayacaq». Həmişəki kimi qətiyyətli və özünəməxsus sərt idi.
Özü kəndin mərkəzinə keçib kənd əhlini yenidən ora yığdı. Mən tələsik qalın paltarlarımı geyindim. Seyid Pəri xalaya da isti paltarlar götürdüm. İki baltanı əlimə alıb, camaatın yığışdığı yerə gəldim.
Hamının yığışdığını görən Seyid Pəri xala sözə başladı: «Ay camaat, mən bayaq gələn o gədəyə inanmadım. Əgər vəziyyət onun dediyi kimi pis olsaydı, Həmid onu yox, öz döyüşçülərindən birini göndərərdi. Burda nəsə düşmən barmağı var. Gedin əyninizi qalın geyinin, uşaqları sakitləşdirin əlinizə nəyiniz varsa; balta, dəhrə, yaba və s alın gəlin bura. Bu gecə sabaha qədər kəndin girəcəklərində keşik çəkəcəyik. Düşmən gəlsə ölənəcən onlarla vuruşacağıq. Seyidlərə erməni ancaq bizim hamımız öldükdən sonra girə bilər».
Seyidlər kəndinin camaatı, həm özü, həm də həyat yoldaşı Seyid Hüseyn (Seyid Hüseyn Seyid Məşədi Mirəli oğlu) mötəbər bir ailədən olan Seyd Pəriyə inanır və onun hörmətini saxlayırdı. Ona görə də kənd camaatının heç biri dillənmədi. Hərə sakitcə evlərinə dağıldı.
Bir azdan kəndin yeriyə bilən bütün qadınları və qocaları əllərində dəhrə, balta, yaba bizim yanımızda idilər. Seyid Pəri xala kənd əhlini üç hissəyə bölüb, hər bir hissəni kəndin girişlərinə (kəndin 3 əsas girişi var: Çay tərəfdən, Qaraçöllükdən və arxa – Pircahan tərəfdən) göndərdi. Biz ikimiz də, bir neçə kəndçi ilə, düşmənin kəndə girmə ehtimalı daha böyük olan Qaraçöllük tərəfə getdik. Payız vaxtları olduğuna görə gecə soyuq olsa da, heç kim üşümürdü. Elə bilki ki, hamı Seyid Pəri xalanın o çıxışının təsirindəydi. Hamının üzündən cəsarət, düşmənə nifrət oxunurdu. Hamı bir-birinə ürək-dirək verir, dua oxuyurdu. Beləcə səhərə qədər keşik çəkdik.
Səhər yenicə açılırdı. Aralıda kəndə doğru çapan bir atlı göründü. Yaxınlaşanda atlının Seyid Həmidin döyüşçülərindən biri olduğunu gördük. Salamlaşdıqdan sonra üzünü Seyid Pəri xalaya tutub, «Ay Seyid Pəri xala burda niyə durmusuz?», deyə soruşdu. Seyid Pəri xala hadisəni olduğu kimi danışdı. Döyüşçü, iki-üç gündür cəbhədə qızğın döyüşlər getdiyini bildirdi. Ancaq Seyid Həmidin dəstəsinin bu dəfə də düşmənə ağır zərbə vurub kəndlərimizdən qovub çıxardığını bildirdi.
Seyid Pəri xala əllərini göyə açıb, «Allahım sənə şükürlər olsun ki, dünən mənim ağlımı almadın. Kəndi çıxmağa qoymadım».
Kənd əhli sevinc içindəydi. Hamı Seyid Həmidə və onun igid döyüşçülərinə dua edir, düşmənləri lənətləyirdi.
Bu hadisədən bir müddət sonra erməni quldurlarına qarşı vuruşan Seyid Həmid və bölgədəki o biri igid komandanların dəstələri düşməni torpaqlarımızdan tamamı ilə qovub çıxarmışdılar.
Onu da deyim ki, müharibədən sonra Seyid Həmid, Seyidlər kəndində vahimə yaradıb, kəndi talan etməyi planlaşdıran adamın kim olduğunu bilmiş və ona layiq olduğu cavabı vermişdi.
Tədris ocaqları həyat məktəbləridir. Unudulmaz müəllimim – Professor Burhan Aytuğ
Tədris ocaqları – orta və ali məktəblər – təkcə akademik bilik mənbələri yox, insanı formalaşdıran həyat məktəbləridir. Əgər bu məktəb səviyyəli məktəb, ordakı müəllimlər də əsl müəllimlərdirsə, onda o məktəblərdən məzun olanların əksəriyyəti cəmiyyət üçün yararlı insanlar olaraq məzun olacaqlar. Əks təqdirdə nəticə ürəkaçan olmayacaq.
Mən, istər 1 – 7-ci sinifləri oxuduğum ilk məktəbim olan Laçın rayonu, Alıqulu kənd 8 illik məktəbi olsun, istər 7 – 10 – cu sinifləri oxuduğum Pircahan kənd orta məktəbi olsun, istərsə də ali təhsil aldığım İstanbul Universiteti Meşəçilik fakültəsi olsun, bu hər üç təhsil ocağında təhsil aldığım üçün özümü şanslı sayıram.
Bu gün, universitet illərimdən yaddaşımda savadlı elm adamı, mükəmməl insan, dəyərli müəllim kimi həkk olunan bir müəllimi böyük hörmətlə yad edirəm. Mənim müəllimim və diplom işimin qeyri-rəsmi məsləhətçisi, Türkiyədə palinologiya (polen və sporlar haqqında elm) elminin banisi, iki dönəm İstanbul Universiteti, Orman Fakültəsi dekanı olmuş, uzun illər Botanika Kafedrasının müdiri işləmiş professor Burhan Aytuğdur.
Burhan hocam, mənim yaddaşımda təkcə savadlı elm xadimi kimi yox, ədalətli, sadə, mədəni, xeyirxah, vətənpərvər bir insan kimi qalıb. Çox şanslıyam ki, Burhan Aytuğ hocamın fakültədə sonuncu semestr ders verdiyi tələbələr arasında mən də olmuşam.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.