Скачать книгу

çıxarıb bütün əkini.

Hara dönsə üzü, oranı sökür,

Torpağın alt qatın üstünə tökür.

Yeri pambıq kimi eyləyir pardaq,

Göz açıb yumunca işləyir qoçaq.

Hər işin bitirib toxumun saçır,

Cütçünün hər qisim müşkülün açır.

Taxılı biçəndə belini bağlar,

Beli bağlı dərzi qırağa tullar.

Birə-yüz qat bol məhsul alınacaq,

Təsərrüfat günü-gündən artacaq.

Bu sözü söyləyib oynadı Vəli,

Belində bir əli, göydə bir əli.

MARAQ ƏHLİNƏ CAVAB

Gördü bir gün məni maraq əhli,

Dedi: “Kəşf eylə arzuyi-dili53,

Bu qədər ki, qələm yürütmüşsən,

Ölü məktəbləri diriltmişsən.

Ədəbiyyatda inqilabın var,

Nəşr olunmuş çoxlu kitabın var.

Sərf edibsən maarifə canın,

Olmusan güzgüsü hər insanın.

Olmusan dramnəvis54 və şair,

Tutmusan adət qəbiyi55 həqir56.

Nədir indi sənin mükafatın,

Nədi vicdanına müracatın?

Söylə, arzuyi-təbiətin göstər,

Biz də ondan verək maraqə xəbər”.

Şaki verdi cavabını böylə:

“Sən də əhli-maraqə get söylə.

Mənim ömrüm fənayə maildir,

Qəlbim ancaq bu fikrə qaildir.

Surətən cismi tərk edərsəmsə,

Mənəvi aləmə gedərsəmsə,

El üçün sərfi-himmət eyləmişəm,

El görən cəbrə “zülm” söyləmişəm.

Dağ başı dikdirə gömülə bədənim,

Onadır arzuyi-ruhi-tənim.

Seyr edib gözlərim cahanı görər,

Bəxtəvər ömri-cavidanı57 görər.

Bu mənim arzum, mükafatım,

Şərəfim, şöhrətim, məcazatım”.

NƏLƏR GÖRDÜM

Ayıldım baxdım ətrafa, cəhalətdən nələr gördüm,

İtirmiş izzəti-milliyyətin ali-bəşər gördüm,

Duzaği58-zülmə boğazın keçirmiş hər nəfər gördüm, Buraxmış fürsətin, hürriyyətin ziri-zəbər59 gördüm,

Nələr gördüm, nələr gördüm, nələr gördüm,

nələr gördüm.

Cəfacu müstəbidlər zülmü darın60 hər tərəf qurmuş,

Güzərgahi61-rəyasətdə kəməndi zülmilə durmuş,

Fəqir, binəva zəhmətkeşi həm soymuş,

həm soydurmuş,

Əsiri-zülm olub bu binəvalar boynunu burmuş,

Dilər imdad zalim xaliqindən pürkədər62 gördüm,

Nələr gördüm, nələr gördüm, nələr gördüm,

nələr gördüm.

Mühitimdə dolaşdım, məktəbin asari gördüm yox,

İbadətxanələr, meyxanələr hər yanda həddən çox,

Əqidə sadə, dini mövhumatdan başqa bir şey yox,

Dedim, va63 milləta, va milləta, yazıq sənə, ox, ox!

Cəhalət zülmündən hər yerdə can verən karı

kor gördüm,

Nələr gördüm, nələr gördüm, nələr gördüm,

nələr gördüm.

Yanaşdım məktəbin təsisinə, səs gəldi: “Yox, olmaz,

Hökumət rus dilindən başqa dildə məktəb açmaz,

Şəriətdən savayı, başqa elmlərdən birin qoymaz”,

Mən də dərs kitabların yazıb, həm nəşr eylədim az-az.

Üsuli-sövti64 təlimi yaratdım, çox səmər gördüm,

Nələr gördüm, nələr gördüm, nələr gördüm, nələr gördüm.

Durub əski fikirlərlə cihada, inqilab açdım,

Müəllimlər yetirdim, təzəliklər toxumunu saçdım,

Məni təqib edən düşmən əlindən Qoriyə qaçdım,

Orada gürcü hürriyyət pərəstarı ilə rastlaşdım.

Dağıstana, İrana, Türkiyəyə etdim çox səfər, gördüm,

Nələr gördüm, nələr gördüm, nələr gördüm,

nələr gördüm.

Dəxi gördüm qadın, ümmül-bəşər65 xak66 ilə yeksandır,

Cəhalətdə, əsarətdə əzilmiş misli-heyvandır,

Yaşar məhbuslar tək bağlı, ev onlara zindandır,

Günü qara, əri hakim, özü məhkumi-giryandır.

Cəhənnəm atəşi büryan edən əhli-zəbər gördüm,

Nələr gördüm, nələr gördüm, nələr gördüm,

nələr gördüm.

Diyari-Şərqin əhli-dəsti istismaridən aciz,

Yemişdir zərbələr əğyaridən, həm yaridən aciz,

Əzilmişdir təpik altında, hər qəhharidən67 aciz,

Qalıbdır elmsiz, sənətsiz, karidən68 aciz.

Uçub kaşanəsi69

Скачать книгу

53

Arzuyi-dil – ürəyin arzusu

54

Dramnəvis – dram yazarı

55

Qəbi – ağılsız, sarsaq

56

Həqir – alçaq, qiyməti, dəyəri olmayan

57

Ömri-cavidan – ölümsüzlük, əbədi həyat

58

Duzaq – hiylə, tələ

59

Ziri-zəbər – alt-üst olma

60

Dar – məkan, yer

61

Güzərgah – yer

62

Pürkədər – kədərli

63

Va – vay, aman

64

Üsuli-sövti – səs qaydaları

65

Ümmül-bəşər – bəşəriyyətin anası

66

Xak – torpaq, yer

67

Qəhhar – qüdrətli, güclü

68

Kari – dəyərli, kəsərli, təsirli

69

Kaşanə – ev, mənzil