ТОП просматриваемых книг сайта:
Oğluma nəsihət. Низами Гянджеви
Читать онлайн.Название Oğluma nəsihət
Год выпуска 0
isbn 978-9952-311-21-1
Автор произведения Низами Гянджеви
Издательство TEAS PRESS
35
Nizaminin fikrincə, sultan qəzəbindən qorunmağa yeganə təminat şairin öz nəfsini cilovlamağı bacarmasıdır, o, civə kimi saf, təmiz qalmağı bacarmalıdır. Qədim kimyagərlərin fikrincə, qızıl civəyə doğru can atdığı halda, civə qızıla doğru can atmır. O, müstəqildir, pakdır.
36
Özləri verməyincə hökmdarlardan pul, mükafat, imtiyaz umma!
37
Sənətkarın hörmətini, nüfuzunu ucaldan yalnız öz poeziyasıdır. Yalnız böyük poeziyası sayəsində o, göyün 7-ci qatında yerləşən əfsanəvi Sidr ağacı mövqeyinə yüksələ bilər, cəmiyyətin ən uca qatında mövqe tutan sultanlardan, şahlardan belə yüksək və əzəmətli görünər.
38
Beyt “Şairlər – söz hökmdarıdır” ərəb məsəli üstündə qurulmuşdur.
39
Sən əsrlərin, fələklərin başı üstündən keçib gedə biləcək böyük, qadir, ülvi söz yaratmağa borclusan. Nəfsini cilovla, özünü gəldi-gedər şahlar, sultanlar önündə alçaltma!
40
Burada gündüzdən daha çox gecələr çalışan şairlər şama bənzədilir. Gündüzlər sakit dayanan şamlar yalnız gecələr yaşayır, əriyə-əriyə işıq saçmaqla ayıq-sayıq ömür keçirirlər.
41
Yalnız bədii sözün ləyaqətini uca tutan şairlər Ay kimi işıqlı, Günəş kimi qüdrətli poeziya yarada bilərlər.
42
Düzəliş üçün şeirlərini başqa şairlərin ixtiyarına vermə, onlar sənin min bir əziyyətlə becərdiyin tarlanı tapdaya, inci düzdüyün sapı qıra bilərlər.
43
Nizami öz poeziyasının inqilabi mahiyyətini işıqlandırır: Mən şeiri ümumxalq malı etdim, meyxanədən və saraya xidmət vəzifəsindən qurtardım, sənəti uca bir mövqeyə qaldırdım.
44
Nizami Gəncəvi öz poeziyasının beynəlmiləl mahiyyətinə işarə vurur. Bu poeziya yalnız xirqə (qıldan toxunma, yamaqlı, cındır əba) geyən sufilər, dərvişlər və zahidlər üçün deyil, belinə zünnar (qıldan toxunmuş kəmər) bağlayan xaçpərəstlər, məsihilər üçün də gərəklidir. Nizami poeziyası olan yerdə nə xirqəyə ehtiyac qalır, nə zünnara. Bütün bəşəriyyətə məxsus Nizami sənəti dini atributların hamısından yüksək dayanır.
45
Harut və Marut – Tanrı tərəfindən göndərilmiş iki mələyin adıdır. Hər ikisi Zöhrə xanıma vurulub, onu yoldan çıxarmaq istəyirlər. Tanrının buyruğu ilə Zöhrə planetə çevrilir. Harut ilə Marut isə Babilistanda cəzaya məhkum olunur, dərin bir quyudan başıaşağı asılırlar. Poeziyada Harut, Marut, Babil sehr, əfsun rəmzi kimi işlədilirlər. Nizami ana yurdu Gəncəni Babilistana, öz poeziyasını isə cadugərlərin tilsimini qıran qüdrətə, habelə dan ulduzu Zöhrəyə bənzədir.
46
Bu məntəqənin (Gəncənin) Zöhrəsi (musiqiçi və müğənnilərin hamisi), mənim Zöhrəm tərəziçidir, sözümün dəyərini tərəzidə çəkir. Mizan bürcündə ölçür və görür ki, mənim şeir-sənət dilim ruh aləminin dilidir, ləyaqət və gözəllik meyarıdır.
47
Harutun sehr və tilsimləri yalana, adam aldatmaya əsaslandığı üçün haramdır, mənim sənət cadularım isə həqiqətə, ilhama güvəndiyi üçün zəhmətimlə qazandığım gündəlik duzum, çörəyim qədər halaldır. Mənim halalım hər cür haramı sındırır, batil edir.
48
Fani muncuqlar – qızıl, mülk, varidat yığmaq aludəliyi
49
Mükəddər – kədərlənmiş, qəmlənmiş
50
Çiynimdəki yük – zülmün yükü
51
Günəşə at çapanlar – Tanrıya can atanlar
52
Quş dili ilə danışmaq – mənasız, boş danışmaq
53
Hər kəs gücü çatan işdən yapışmalıdır.
54
Yalnız nadir qəhrəmanlar xalqın qayğısını çəkməyə qadirdirlər. Sirri hər kişi saxlaya bilməz.
55
Abxaz qarəti – 1139-cu ilin sentyabrında Gəncədə baş vermiş fəlakətli zəlzələdən sonra şəhəri dağılmış və viran görən Gürcüstan çarı Gəncəyə hücum edərək yağmalamış, dinc əhalini qarət və əsir etmişdir.
56
Xeyirxahlığın və ağ günün timsalı olan Simurq quşu. Əfsanəyə görə, Elbrus dağının əlçatmaz zirvəsində yaşadığına görə Nizami ədalətin cəmiyyətdə yoxa çıxdığını və qalxıb yalnız Simurq qanadı altına sığındığını bildirir.
57
Əmirlər, sərkərdə və qəhrəmanlar basıldıqda (məğlub edildikdə), ölüm məqamının yaxınlaşdığını hiss edincə vəsiyyətlərində arzu edərdilər ki, məzarlarının üstü həmin qocanın kəsdiyi kərpiclər ilə götürülsün. Bu halda onlar ümid bəsləyirdilər ki, bu sipər (bu kərpiclər) onları himayə edəcək, qəbir əzabından qoruyacaqdır.
58
Misrada yer səthi qalxana, torpaqqazan bel isə qılınca oxşadılıb.
59
Kölələr yük daşıyar – zülmə boyun əyənlər, təslimçilər və fərarilər özlərinə layiq rəzil həyata məhkumdurlar. Mən belələrinə nifrət bəsləyirəm, öz zəhmətimlə dolanıram.
60
Ovçunun elə bir cəld, yavuz sərt və çevik qaçan iti vardı ki, Günəş şüası belə ona çata bilməzdi, buna görə it işıq sürətinə nöqsan tutardı. Burada şair “ahu gereftən” mürəkkəb feilini ustalıqla oynadıb şairanə məcaz yaradır. Həmin feilin ilk mənası ahu tutmaq, digər mənası isə irad tutmaq deməkdir.
61
Arpa – ən kiçik çəki vahidi
62
Dirhəm – çəki vahidi 6 danka bərabərdir: Hər dank 2 karat, hər karat isə 4 arpa çəkisindədir.
63
Köhnə