Скачать книгу

danışıqdan nə çıxar, ay balam?

Qış günü siz çılpaq olursuz tamam;

Leyk50 mənim qışda dəxi yaz kimi,

Yaşıl olur paltarım atlas kimi;

Laziməm ev tikdirən insanlara,

Həm dirəyəm, həm qapı eyvanlara;

Qış sobada xəlq məni yandırar,

Mənfəətim xəlqə mənim çox dəyər”.

CÜTÇÜ

Çıxdı günəş, doldu cəhan nur ilə,

Cütçü sürür tarlada cüt şur51 ilə.

Atlar, öküzlər kotana güc verir,

Gah yürüyür, gah yıxılır, gah durur.

Cütçü batıb qan-tərə, yer şumlayır,

Şumladığı tarlasını tumlayır.

Olsa da artıq nə qədər zəhməti –

İşləməyə var o qədər qeyrəti.

Çünki bilir rahət əziyyətdədir,

Şad yaşamaq səydə52, qeyrətdədir.

İndi əgərçi ona zəhmət olar,

Qışda əyali53, özü rahət bular:

Cəm edəcək tarlasının hasilin,

Bəsləyəcək ailəsin, həm elin.

QARĞA VƏ TÜLKÜ

Pendir ağzında bir qara qarğa

Uçaraq qondu bir uca budağa.

Tülkü görcək yavaş-yavaş gəldi,

Endirib baş ədəblə, çömbəldi.

Bir zaman həsrət ilə qarğa sarı

Altdan-altdan marıtdı baş yuxarı;

Dedi: “Əhsən sənə, a qarğa ağa!

Nə nəzakətlə qonmusan budağa!

Bəzədin sən bu gün bizim çəməni,

Şad qıldın bu gəlməyinlə məni.

Nə gözəlsən, nə xoşliqasən54 sən.

Yeri var söyləsəm – hümasən55 sən.

Tüklərindir ipək kimi parlaq,

Bədnəzərdən vücudun olsun iraq!

Bu yəqindir ki, var sevimli səsin,

Oxu, versin mənə səfa nəfəsin!”

Böylə sözdən fərəhlənib qarğa

Ağzını açdı ta ki, etsin – ğa,

“Ğa” edərkən hənuz56 bircə kərə

Pendiri dimdiyindən endi yerə.

Tülkü fövrən57 havada qapdı, yedi,

Qarğaya tənə ilə böylə dedi:

“Olmasaydı cəhanda sarsaqlar,

Ac qalardı, yəqin ki, yaltaqlar”.

MƏKTƏB UŞAQLARINA TÖHFƏ

Doğar insan ata ocağında,

Bəslənər validə58 qucağında.

Ata hər gün gedər işə, çalışar,

Nə qədər zəhmət olsa da, alışar.

Sevəməz kəndi59 istirahətini,

Arar övladının səadətini.

İşləyər, cismi qan-tərə boyanar,

Hər nasıl olsa da, çörək qazanar.

Ana övlada vəqf60 edər özünü –

Yumamaz, yummasa uşaq gözünü;

Sübhətək binəva61 çəkər zəhmət,

Kəndi övladına verər rahət;

“Layla-layla” deyə çəkər keşiyin,

Min məhəbbətlə yelləyər beşiyin.

Ah, bizlər çocuq ikən nə qədər

Vermişik valideynə rəncü62 kədər.

Şimdi biz onları əvəz edəlim,

Onların xahişincə yol gedəlim.

Soralım hər zaman rizalərini,

Alalım xeyirli dualərini.

“Payi altındadır behişt ananın” –

Bu hədisi-şərifdir, inanın!

Bizə lazımsa həqqə qul olalım,

Valideynə müti63 oğul olalım.

Ataya hörmət etməyən çocuğun,

Anaya xidmət etməyən çocuğun

Nə olur kəndi nəfsinə xeyri,

Nə də ondan vəfa görər qeyri!

Şübhəsiz, xüsrdən64 kənar olamaz,

İki dünyadə bəxtiyar olamaz.

MƏKTƏB ŞAGİRDLƏRİNƏ TÖHFƏ

Ey uşaqlar, uşaqlıq əyyami65, –

Gələn əyyamın ondadır kami66.

Kim ki, qeyrətlə zəhmətə alışar,

Kəsbi-irfanə67 ruzi-şəb68 çalışar, –

Zəhməti mayeyi-səadət olar,

Yaşadıqca həmişə rahət olar.

Kim ki, tənbəlliyə məhəbbət edər,

Daim əyləncələrlə ülfət edər,

Keçirir vəqtini cəhalət ilə,

Bütün ömrü keçər səfalət ilə.

İştə, övlad, siz bu halı görün,

Bu

Скачать книгу

50

Leyk – lakin, amma

51

Şur – qovğa, mərəkə, gurultu-patıltı

52

Səy – çalışmaq, cəhd etmək

53

Əyal – ailə, külfət

54

Xoşliqa – gözəl sifətli, üzlü

55

Hüma(y) – cənnət quşu, dövlət quşu

56

Hənuz – hələ, hələlik

57

Fövrən – dərhal, o saat

58

Validə – ana

59

Kəndi – özü

60

Vəqf (eləmək) – qurban etmək, bağışlamaq

61

Binəva – yazıq

62

Rənc – əziyyət, zəhmət

63

Müti – itaət edən, tabe olan

64

Xüsr – ziyan

65

Əyyam – günlər, zaman

66

Kam – arzu, məqsəd

67

İrfan – bilik, mərifət

68

Ruzi-şəb – gecə-gündüz