ТОП просматриваемых книг сайта:
Uşaqlığın son gecəsi. Максуд Ибрагимбеков
Читать онлайн.Название Uşaqlığın son gecəsi
Год выпуска 0
isbn 978-9952-532-68-5
Автор произведения Максуд Ибрагимбеков
Издательство TEAS PRESS
Həmin gün kraliçanın şərəfinə növbəti duel baş tutacaqdı: Diləfruz xala növbəti dəfə “tovuz quşu” lələyinə görə mərəkə qaldıranda artıq 151-ci binadan olan rəqiblərimiz qılınclarını çəkmiş, sekundantlar döyüşə başlamaq işarəsi vermişdi. Əvvəldə uca, tükürpərdən qışqırığı ilə hinduşkalarının quyruğunu didənlərə o lələkləri qoparan yerlərinin qurumasını arzuladı. Sonra təsirli şəkildə gələcək şikəstlərin valideynlərinin necə hönkürüb ağlaya-cağını, nalə çəkəcəyini təsvir etdi. Ancaq bundan sonra növbə Allaha çatdı: günahsız, dilsiz-ağızsız quşların, yəni öz yaratdıqlarının əzab çəkdiyini, təhqir olunduğunu görüb buna əncam çəkmədiyi üçün, Diləfruz xalanın səsini eştimədiyi üçün onu məzəmmət etdi. O danışdıqca səsini daha da qaldırır, Allah isə ona cavab vermir, susurdu. Deyəsən, bizimlə haqq-hesabı sonraya, böyüməyi-mizə saxlamışdı.
Hinduşkalar laqeydliklə Diləfruz xalaya baxırdı, elə bil bütün bu hay-küyün onlara dəxli yox idi. Elə biz də susurduq. Bu hinduşkalar pis yaşamırdı, hətta lap yaxşı yaşayırdı, hörmətli adamlar kimi onların qayğısına qalırdılar. Onların qayğısına qalırdılar ki, bir gün boğazlarını üzüb ətlərindən şorba bişirsinlər. Hər gün Diləfruz xalanın evinə kefin istəyən qədər təzə ət və quş əti gəlirdi və hinduşkaların kəsilməyindən söhbət gedə bilməzdi. Odur ki Diləfruz xala bu hinduşkaları elə-belə, zövq üçün saxlayırdı. Başqaları akvariumda balıq, qəfəsdə bülbül, ya da elə tutuquşu saxlayır, bu da eynilə onlar kimi hinduşka saxlayırdı. Doğrusu, həyətdə bu hinduşkaların iy-qoxusundan, başlarına yığışan milçəklərin əlindən tərpənmək olmurdu, amma kimin hünəri vardı, Diləfruz xanıma bu iy-qoxudan, milçəklərdən şikayət etməyə…
Həyətimizdə elə bir adam tanımırdım. Bəli… Demək, belə… Diləfruz xanım səsini başına atıb qışqırır, biz də dayanıb onun bu havayı konserti nə vaxt bitirəcəyini gözləyirdik. Birdən o, səsini kəsdi. O dəqiqə həyətə sakitlik çökdü və bu sakitlikdə qəribə marçıltı səsləri eşitdik: Diləfruz xanım bir qədər əvvəl bağdan qayıdan qızını öpürdü. Diləfruz xanımın qızının adı Səidə idi. O, anasının qollarının arasından sivişib saçındakı bantları səliqəyə salmağa başladı.
– Saçımı dağıtdın! – nazik səslə anasına dedi.
Diləfruz xanım şəfqət dolu gözlərini ona dikmişdi. Biz dayanıb baxır, Səidəni tanıya bilmirdik.
Ay yarım keçmişdi, vaxtın necə keçdiyini unutmuşduq və bu müddətə Səidə əməlli-başlı dəyişmişdi. Gözəlləşmişdi. Çox gözəl olmuşdu! Az qala Səidənin gözəlliyi, qaralması hamının gözünə girirdi. Biz sakitcə dayanıb ona baxırdıq. O da susurdu.
– Sən onlarla oynama! – Diləfruz xanım dedi. – Onlar axmaq uşaqlardır, bizim hinduşkaları incidirlər.
– Oynayacağam! – Səidə dodaqlarını büzüb cavab verdi.
Onlar evə getdilər, bizsə onların arxasınca baxıb fikirləşdik: Səidə necə qəşəngləşib. Hamımız eyni vaxtda bu barədə fikirləşdik, bir neçə saat dayanmadan fikirləşdik və həmin günün axşamı hamımız ona aşiq olduq. Hətta Diləfruz xanıma olan münasibətimiz də bir qədər dəyişdi, yaxşılaşdı, daha heç kəs onun hinduşkalarının lələyini qopartmaq barədə düşünmürdü. Tovuz quşu lələyi qıtlığından təzələri muşketyorluğa qəbul etmirdik, onlar sadəcə qvardiyaçılar olurdu.
Hamımız bir yerdə oturub Səidəyə məktub yazdıq və həmin məktubda hamımız onu necə sevdiyi-mizi qeyd etdik. Biz onu, doğrudan da, çox sevirdik. Sanki D´Artanyanın sevgilisi Konstansiya Bonasye ilə tən ortadan bölünmüş alma kimi idi. Deyəsən, bütün bunlar Səidənin xoşuna gəlirdi və hətta bir az lovğalanırdı da. İndi o, səhərdən axşama qədər bizimlə oynayırdı. İndi o, xanım Bonasye idi və biz hər gün onun sevgisini qazanmaq uğrunda vuruşur, evimizin kandarında ölürdük. Diləfruz xanımla da aramız düzəlmişdi, bizimlə yaxşı rəftar edirdi, daha əvvəlki kimi hay-küy salmırdı.
Cəbrayıl əminin Tiflisdən qayıtdığı axşamı yaxşı xatırlayıram. Orada üç respublika arasında yarış keçirilmişdi. Oturub yarışlardan, bacarıqlı disk atan Nino Dumbadzedən, iki nəfər hündürlüyə tullanan Xandadaş və Baladadaş Mədətovlardan ağız dolusu danışırdı. Cəbrayıl əmi dedi ki, bizdən kiminsə gələcəkdə dünya çempionu, ya da dünya rekordçusu olacağına əmindir. İndiyə qədər bir şeyə sevinirəm ki, nə yaxşı, Cəbrayıl əmi o vaxt bizim gələcəyimizlə bağlı yanıldığını bilmədi. Dedi ki, idman alicənab adamların məşğuliyyətidir, elə təzəcə biz yaşda uşaqların siqaret çəkməyinin ziyanından danışmağa hazırlaşırdı ki, Səidə gəlib çıxdı. Deyəsən, Cəbrayıl əmi də o dəqiqə Səidənin gözəlləşdiyini və Konstansiya Bonasyeyə oxşadığını hiss etdi. Səidəyə dedik:
– Bu, Cəbrayıl əmidir.
Cəbrayıl əmi də öz növbəsində xeyli fransız sözü işlədərək dedi:
– Le-z-ami de me-z-ami son me-z-ami…
Bunun tərcüməsi “dostlarımın dostu – mənim dostumdur” demək idi.
Sıxlaşaraq Səidə üçün pilləkəndə oturmağa yer elədik. O, Cəbrayıl əmi ilə üzbəüz oturdu və belə məlum oldu ki, o ancaq Səidə ilə danışır və bizi heç adam yerinə qoymur.
Həmişə belə olur, Səidə gələn kimi hamının başı ona qarışır. Evlərində də, hər yerdə də Səidə diqqət mərkəzindədir. Amma bu bizim ürəyimizdən idi, çünki o vaxt hamımız ona aşiq olmuşduq…
Oturub Cəbrayıl əmini dinləyirdik. Küçədən qəfil əyləc və çığırtı səsləri gələndə o çox maraqlı şeylər danışırdı. Hamımız küçəyə cumduq. Düz həyətimizin qabağında hərəkət istiqamətinin əksinə dayanmış maşın vardı, maşının ətrafına xeyli adam toplaşmışdı. Əlbəttə, camaatı itələyib maşına yaxınlaşdıq və yekə, qara bir itin maşının altında xırıldadığını gördük… Nə edəcəyimizi bilmirdik… Kimsə dedi ki, əzab çəkməsin deyə iti güllə ilə vurub öldürmək lazımdır.
Həmişə belə məqamlarda kimsə peyda olub heyvan əzab çəkməsin deyə onun güllə ilə vurulmasını təklif edir. Sanki həmin adam həyatında nə vaxtsa itin, pişiyin, ya da elə atın güllə ilə vurulduğunu görüb. Heç bilmirəm, bu fikir necə yaranıb…
İt maşının altında uzanıb xırıldayırdı, sonra xırıltısı kəsildi. Bu vaxt maşının böyür-başında dolaşan sürücü dedi ki, təcili işləri var və mütləq getməlidir. Sonra o, sükan arxasına keçdi, maşını işə salıb getdi, it isə küçənin ortasında qaldı. Tədricən ora toplaşan adamlar da dağılışdı, bəziləri pəncərədən baxırdı.
İti sürüyüb səkiyə apardıq, yoxsa başqa bir maşın da diqqətsizlik edib onu əzə bilərdi. Sonra fikirləşdik ki, bu iti neyləyək. Kimsə dedi ki, onu şəhərə aparıb itlər üçün xüsusi qəbiristanda dəfn edə bilər, amma bunu ona upravdom şəxsən özü deməlidir. Hamı mübahisə etməyə başladı, bilmirdik, həqiqətən