Скачать книгу

rə-vayətində belə deyilir ki, qədim zamanlarda yolunu azmış rumlu dəstəsi bu dirilik suyunun yerini tapıbmış. Xızır və İl-yas bu sudan içirlər, amma heç kimə bu haqda heç nə demir-lər. İskəndər də bu çeşməni ələ keçirmək üçün zəhmətlə at ça-pır. O, dirilik suyuna yetişmək dilərkən gəlib sulu bir çəmənə çatır. Çeşməyə çatmaq üçün İskəndər qırx gün, qırx gecə yol gedir və nəhayət yorulub bir kölgəlikdə dincəlir. İskəndər gö-rür ki, get-gedə kölgəlik zülmətə çevrilir. Bundan qorxan şah geri dönməyin yollarını axtarır. Bu zaman onun qarşısına bir mələk çıxır və deyir:

      – Sən bu dünyanı ələ keçirmisən, amma hələ də doyma-mısan?

      Sonra mələk şahın əlinə pul boyda daş qoyaraq deyir:

      – Bu daşı gözün kimi qoru. Çalış bu dünyada bu daş ağır-lığında daşlar ələ keçir. Qəlbində minlərlə dilək olsa da bu daş qədəriylə kifayətlən.

      İskəndər bu daşı əlinə alan kimi mələk yox olur. Bir qədər getdikdən sonra ona hatifdən səs gəlir:

      – İnsanın qismətini yazısıdır verən. İskəndər çeşməni zül-mətdə ararkən bu, Xızıra qismət oldu.

      Bu səsi dinlədikdən sonra İskəndər anlayır ki, artıq dirilik suyunu axtarmaq əbəsdir. O, mənasız bir şeyə maraq göstərdi-yini başa düşür və orduya fərman verir ki, geri dönsünlər. Qis-məti olmayan şeyə həvəs göstərdiyi üçün İskəndər dirilik su-yunu əldə edə bilmir. O gəldiyi yol ilə də geri dönür. Bu yolda ona madyan rəhbər olur.

      Nizami Gəncəvi

      ZALIM PADŞAHLA DÜZ DANIŞAN

      KİŞİNİN DASTANI

      (“Sirlər xəzinəsi”ndən)

      Höcətdə, dirəşkənlikdə Həccacı mat qoyan, ürəklə-ri sındıran bir zülmkar şah vardı. Bir də hər səhər onun sarayında gündüz-dən gecəyə hər pıçıltını, hər xəbəri çatdıran aytək, gün-tək itigöz bir xəfiyyəsi var-dı. O, gizlin işləri, şübhəli məsələləri ustalıqla açma-ğı bacarırdı.

      Bir gün o, gəlib şahın önündə qüssələnərək, baş əyib de-di:

      – Bir qoca gizli bir yerdə sənin dalınca çox deyindi. Səni zalım, qaniçən adlandırdı.

      Hökmdar casusun xəbərindən qeyzə gəldi. Fikrində qo-canı məhv etməyə qərar verdi. O, çölə palaz sərdirərək üs-tünə qum tökdürdü. Belə vəziyyətdə divlər də divanə taci-dardan qaçardı.

      Bu vaxt yel sürətli bir cavan çaparaq qocanı tapdı. Qo-caya dedi:

      – Şah səni xain bilir. Amandı, oyan, ehtiyatlı ol! O şey-tan səsli, məkrli zalım səni çağırmamış, özün onun yanına get. Şahı yola gətir, inandırmağa çalış. Öz dərdinə bir əlac et!

      Qoca dəstəmaz alaraq kəfənini əyninə geyindi. Şahın önünə gəlib ədəblə salam verdi. Qara niyyətli şah qızmış halda yumruğunu sıxdı. Arxasında dayanan qocaya kinlə baxaraq dedi:

      – Qoca, eşitmişəm dalımca danışmısan. Məni qəddar, yelbeyin adlandırmısan. Bilirsən, mən Süleyman mülkünün sultanıyam? Mənə hansı cürətlə zalım, div deyirsən?

      İxtiyar qoca cavab verdi:

      – Mənim ağlım başımdadır. Nə dediyimi yaxşı bilirəm. Sənin dediklərindən beş qat artığını demişəm. Qocalar da, gənclər də əlindən qan ağlayır. Bütün ölkə, kəndbəkənd, şəhərbəşəhər sənin əməlindən dad çəkir. Mən sənin eyiblərini bircə-bircə sayanam. Bir ayna kimi sənin yaxşını, yamanını göstərirəm. Ayna səni özünə necə varsan eləcə də göstərirsə, onda özünü qır, günah səndədir. Güzgünü qır-maq sənə yaraşmaz. Ağıl deyəni dinlə, mənim sözlərimi gö-tür-qoy et. Əgər düz demirəmsə, əmr et, məni dara çəksin-lər.

      Qoca öz sözünü şahın üzünə şax və mərdanə söylədi. Onun düz sözü məğrur şaha bir az da təsir elədi.

      Hökmdarı işin yaxşı, yaman tərəfi yumşaltdı. Qocanın haqlı, özünün haqsız olduğunu müəyyən edərək belə bir hökm verdi:

      – Qocanın əynindən kəfəni çıxarıb ona xələt geyindirin. Bu ədalətli qocanın başına ətir səpin.

      Şah o gündən istibdaddan, zülmdən əl çəkdi. O, xalqını əziz tutaraq, dərdindən hali oldu.

      Şahın dürüst işini və qərarını heç kəs inkar etmədi. Axı doğruluğu danmağa kim cəsarət edə bilər?

      Hər acıdan, ağrıdan ancaq düzlüklə qurtarmaq olar. Qoy düzlük və ədalət sənin məramın olsun. Çaldığın hər zəfər Tanrıdan gəlsin.

      Halva da olsa, haqq söz haqsız üçün acıdır. Haqq acıdır-sa, fəqət hamı həqiqətin möhtacıdır.

      Kim ki sözü yerli-yerində, mətləbi isə düz söyləyirsə, həqiqətin hamisi Tanrı da onun əlindən tutar.

      Nizaminin ki qəlbi, xilqəti düzlükdür. Onun, inşallah, hər işi, mətləbi başa çatar.

      Cəlil Məmmədquluzadə

      (1869-1932)

      YAN TÜTƏYİ

      Cavan vaxtlarımda mən İrəvanda naçalnik divanxa-nasında qulluq edirdim. Qulluğumun adı dilmanc-lıq idi; yəni şikayətə gələn kəndlilərin sözünü naçalni-kə rusca tərcümə elərdim, naçalnikin də cavabını türk-cə yetirərdim kəndlilərə. Şi-kayətçi olmayan vaxtda da naçalnik tərəfındən pristav-lara və yüzbaşılara hökmlər və qeyri kağızlar yazardım və kağızları öz əlimlə yazandan sonra verərdim naçalnik qol çəkərdi, göndərərdik öz yerinə.

      Bir gün divanxanada oturub yazı yazırdım. Yoldaşları-mın çoxu ruslar idi; ancaq bir-iki nəfər müsəlman mirzələri hərə öz işinə məşğul idi. Günorta vaxtı idi. Burada birdən mənim başıma bir iş gəldi; oturduğum yerdə akoşkadan gördüm ki, divanxana həyətinə çoxlu kənd camaatı gəl-məkdədir. Bu təbiidir. Yaraşar ki, qəza naçalniki divanxa-nasında həmişə kəndli olsun, amma məni təəccübləndirən iki şey oldu. Biri bu idi ki, kəndlilərin çoxunun əlində bir şey görürdüm: uzaqdan çubuq sapına oxşadırdım, amma akoşkaya yavıq gəldim və diqqətlə baxıb gördüm ki, kəndlilərin əlindəki yan tütəyidir.

      Təəccüb! Məgər bunlar hamısı çobandırlar?! Və əgərçi çobandırlar, tütəklərini niyə əllərində gətiriblər və nə mü-nasibətlə buraya bu gün cəm olublar və kim bunları çağı-rıb?..

      Mən, – necə ki naçalnik dilmancı, – borc bildim, çıxam həyətə və bu əhvalatdan xəbərdar olam, həyətə çıxan kimi camaat töküldü üstümə və başladı şikayətə:

      – Ay ağa, bizə naçalnik ağanın rəhmi gəlsin. Biz Gərmə-çataq camaatındanıq. Həyə bu tütəkləri istəyirsiniz, bax, beş-on dənə yığıb gətirmişik.Vallah, billah tapılmır, çoban-ların çoxu dağdadır; hərə öz tütəyini götürüb aparıb. Sar-vanlar kəndinə də adam göndərmişik deyirlər: orda ustası var, olsa qayırtdırıb gətirəcəklər. Yoxsa İrəvanı vurduq bir-birinə, ancaq beş-üç dənə tapdıq.

      Mən

Скачать книгу