ТОП просматриваемых книг сайта:
Sinifdənxaric oxu. Народное творчество
Читать онлайн.Название Sinifdənxaric oxu
Год выпуска 0
isbn
Автор произведения Народное творчество
Серия Uşaq ədəbiyyatı
Издательство Hədəf nəşrləri
O kəndin bütün kasıblarını, qohum əqrəbalarını qonaq çağırdı. Böyük qardaşını da yaddan çıxartmadı.
Hamı təəccübləndi ki, kəndin ən kasıb adamının qonaq-lığına gedir.
Qardaşı oraya gələndə gözlərinə inanmadı. Süfrədə hər cür naz-nemət var idi.
“Bu necə oldu? Elə bil dünən məndən borc düyü istə-yən heç o deyilmiş. Necə birdən-birə belə varlanmaq olar? Kəndin ən varlı adamına çevrilib, qonaqlıq verir. Burda nə isə sirr var. Bu sərvət ona hardandır? Ölsəm də, bunu öy-rənməliyəm, bu sirri hökmən almalıyam”, – düşündü.
Böyük qardaş yemək-içməklə məşğul olsa da, diqqətini ətrafdan çəkmirdi.
Qonaqları evə yola salanda kiçik qardaş onlara sovqat vermək istədi.
Yavaşca digər otağa keçib dəyirmanı fırlatdı. Ondan qo-naqları üçün şirniyyat istədi.
Ancaq böyük qardaş qapının arasından hər şeyi gör-müşdü. Nəhayət ki, o arzusuna çatdı. Sirri öyrəndi:
– Ha-ha-ha, mən belə də bilirdim. Yoxsa lüt adamda pul nə gəzir ki, var-dövlət sahibi olsun?!
Ev sahibləri qonaqları gülərüzlülüklə yola salıb yatdı-lar. Ev sakitləşən kimi böyük qardaş evə girib dəyirmanı oğurladı, böyük bir torbaya salıb apardı. Hələ acgöz olduğu üçün qalan şirniyyatı da özü ilə götürdü. Böyük qardaş də-niz sahilinə gəldi, xoşbəxtlikdən orada bir qayıq dirəyə bağlanmışdı. Torbanı da qayığa qoyub oradan uzaqlaşdı, açıq dənizə çıxdı.
Öz-özünə, – “Uzaq bir adaya üzüb gedim, dəyirman da yalnız mənə xidmət eləsin, məni varlı etsin”, – dedi.
Qayıq xeyli üzmüşdü ki, böyük qardaş acdığını hiss et-di. Lakin torbada olan şirniyyatdan yox, duzlu nə isə yemək istədi. Torbada yalnız bir kökə və şirniyyat qalmışdı.
“Kökəni duzlayaram, yeyərəm. Gəlsənə dəyirmandan bunun üçün duz istəyim”.
O, dəyirmanın qulpunu fırlatdı və bağıraraq duz istədi:
– Ey dəyirman, mənə duz ver.
Dəyirmandan duz tökülməyə başladı, nə başladı, lap ağ su kimi aramsız axdı.
Bir göz qırpımında dəyirmandan tökülən duz qayığın dibinə qədər doldu. Duz axını böyük qardaşın topuğuna ça-tanda o, dəyirmanı saxlamaq üçün əlləşdi və bağırdı.
Artıq gec idi, heç dəyirmanı saxlamaq olardı?! Duz dizə qədər gəlib çatmışdı. Qayığın kənarları suya batmağa baş-ladı.
Qayıq duzun ağırlığından dəyirmanla birlikdə suya bat-dı və dənizin dibinə getdi.
Böyük qardaş da qayıqla birlikdə batdı. Belə deyirlər ki, böyük qardaş dəyirmanın qulpunu sola fırlatmadığı üçün duz qayığı batırmışdı. Yəqin ki, duz dəyirmandan tökül-məkdə davam edib. Buna görə hələ əsrin sonuna kimi duz üyüdəcək. Elə bu səbəbdən də dənizin suyu həddindən ar-tıq şordur.
Müəllif hekayə və
nağılları
Nizami Gəncəvi
(1141-1209)
İskəndərİn dİrİlİk suyu
axtarması
(“İskəndərnamə”dən)
Çox qədim zamanlar-dan bəri belə rəvayət edir-lər ki, bir gün böyük İs-kəndər tanrısına ibadət et-dikdən sonra bir məclis qurur. Bu məclisdə hərə bir rəvayət danışır. Hərə öz bildiyi rəvayətləri da-nışdıqdan sonra sıra məc-lisdə oturan qocaya çatır. O deyir:
– Dünyada zülmət ad-lı bir diyar var ki, orada dirilik suyu mövcuddur. Əgər ömrünüzü uzun etmək istəyirsinizsə, o dirilik suyunu əldə etməlisiniz.
Məclisdəkilər bu sözlərə mat qalır. Şah deyir:
– Yoxsa bu işdə başqa hikmət var? Elə su varmı ki, zül-mətdə insanı ölümdən qurtarsın?
Qoca cavab verir:
– Ey uca tacidar, o qaranlıq yerin adı zülmətdir. O zül-mət içində bir həyat suyu var. Kim o sudan içsə xəstəlikdən, ölümdən uzaq olar. Əgər mənim sözümə şübhəniz varsa, kamil qocalardan soruşun.
İskəndər bu sözləri eşitdikcə marağı artır və soruşur:
– O zülmət harada yerləşir?
Yolu padşaha göstərirlər. Padşah da öz yolunu zülmətə çevirir və dirilik suyunun arxasınca gedir. Padşah çox uzun yollar qət etməli olur. Beləcə öz ordusu ilə irəliləyərkən bir çölə gəlib çatır. Bu çöldə onlar bir mağaraya rast gəlirlər.
Çölbəyi o mağaraya Bünğar adı vermişdi. Bundan sonra zaman keçdikcə o şəhərin adı Bulğar qalır. Bir qədər get-dikdən sonra İskəndər əmr edir ki, qocalar və xəstələr bur-da qalsınlar, yola davam etməsinlər. Beləliklə az gedirlər, çox gedirlər və birdən elə bir yerə gəlib çatırlar ki, hər yeri zülmət bürüyür. Padşah bunu görüb təəccüblənir və deyir:
– Bu yolda doğru iz göstərən kimdir?
Bilənlər söyləyir:
– Bu, qaranlıq pərdədir, iç üzü görünməz. İrəli getmək mümkündür, geri dönmək çətin olar.
Amma çox çarə axtarırlar, tapan olmayır. Onların ara-sında bir gənc oğlan var idi. O öz atasına çox bağlıydı. Elə ki, padşah əmr edir ki, qocalar yola davam etməsin, bu oğ-lan çox pis vəziyyətə düşür. O gizlincə atasını da özü ilə bə-rabər götürür.
Belə bir vəziyyət gəlib yetişir ki, oğlan gəlib atasından məsləhət almalı olur:
– Ata, hökmdar gəlib zülmət bir yerə çatıb ki, indi bur-dan çıxmaq üçün çarə axtarır.
Atası deyir:
– Burada gizli bir sirr var. Burdan çıxmaq üçün padşaha yeni doğacaq olan boğaz bir madyan lazımdır. Körpə day-laq doğulan kimi onun başını bir yerdə kəssinlər. Anası bu-nu görüncə ürəyi yanacaq, içində hiddət oyanacaq. O mad-yan geri dönərkən ordu da onun arxasınca getsin. Beləliklə padşah zülmətdən qurtular.
Oğlan gəlib bunları padşaha danışır. Padşah soruşur:
– Sən bunları haradan bilirsən?
Cavan oğlan deyir:
– Padşahım, o gün ki siz əmr etdiniz qocalar yola da-vam etməsin, mənim öz atama ürəyim yandı, onu da özüm-lə götürdüm. Bütün bunları ona danışdım, o da bu danış-dıqlarımı məsləhət gördü.
Padşah əmr edir ki, qocanın dediyi kimi bir madyan gə-tirsinlər.
Rəvayətə görə, İskəndər zülmətə girərkən atını Xızır peyğəmbərə verir ki, ona yol göstərsin. Xızır Peyğəmbər hə-mən yola düzəlir və hər yanda həyat suyunu axtarmağa başlayır. Nəhayət, bu çeşmə tapılır. Bu