ТОП просматриваемых книг сайта:
Sürətli oxu. Тони Бьюзен
Читать онлайн.Dr. Luis Alberto Makado Venesuelada beynəlxalq düşüncəni artırmağa məsul “Beyin naziri” olaraq dövlət tərəfindən vəzifəyə gətirilən ilk insan oldu.
Bəşəriyyətin təkamül tarixində çox vacib bir prosesə şahidlik edirik – beynimizin heyrətamiz bir şəkildə yönləndirilməsinin fərqinə varırıq.
Bu möhtəşəm xəbərlər iş dünyasında meydana çıxan problemlərin həllində böyük dəstək göstərir.
Dünyanın beş qitəsində iyirmi il ərzində yüz mindən çox insanın iştirakı ilə anket sorğuları zamanı məlum oldu ki, insanlar iyirmi bir sahənin inkişafını istəyirlər:
1. Sürətli oxu
2. Oxuduqlarını anlamaq
3. Ümumi iş bacarıqları
4. İnformasiya axını ilə mabarizə
5. Yaddaş
6. Konsentrasiya
7. Şifahi ünsiyyət bacarıqları
8. Yazılı ünsiyyət bacarıqları
9. Yaradıcı düşünmək
10. Planlaşdırma
11. Qeyd aparma
12. Problemin analiz edilməsi
13. Problemin həll edilməsi
14. Motivasiya
15. Analitik düşünmə
16. İmtahan texnikaları
17. Prioritet
18. Zamanın idarə edilməsi
19. Məlumatın mənimsənilməsi
20. Fasilə verməmək
21. Qocalığın səbəb olduğu zehni korşalma
Beyin üzərində aparılan müasir araşdırmalar sayəsində bu problemlərin həlli yolları asanlaşmaqdadır. Bu araşdırmalar aşağıdakı sahələri əhatə edir:
1. Sağ və sol beyin yarımkürələrinin funksiyaları
2. Zehin xəritələri
3. Çox sürətli və əhatəli oxu / Zehni iş birliyi
4. Yada salmaq texnikaları
5. Öyrəndiklərimizin yaddan çıxması
6. Beyin hüceyrələri
7. Zehni bacarıqlar və qocalma
Sağ və sol beyin yarımkürələrinin funksiyaları
Bu gün beynimizin sağ və sol yarımkürələrinin müxtəlif funksiyalar daşıdığını çox gözəl bilirik. Sol beyin yarımkürəsi daha çox məntiq, sözlər, saylar, sıralanma, ardıcıllıq və cədvəl üzrə işlədiyi halda, sağ beyin yarımkürəmiz isə rənglər, yaradıcı düşüncə, xəyallar, kosmik əlaqələr və ölçü ilə məşğul olur. Sağ beyin yarımkürəsi gümanlar və duyğu ilə maraqlanmadığı kimi, sol beyin yarımkürəmiz də “akademik” deyil. Bir çox araşdırmaların nəticəsində məlum olmuşdur ki, akademik və yaradıcı uğurun əldə edilməsi üçün hər iki beyin yarımkürəsi bir-biriləri ilə qarşılıqlı əlaqədə olmalıdır.
Albert Eynşteyn, İsaak Nyuton, Pol Sezan və Motsart kimi dahilərin öz işlərində uğur qazanmaları buna əsaslanır.
Zehin xəritələri
Beynimizdən istifadə edərək problemli sahələri aradan qaldırmaq üçün insanları məlumatlandırmaq mümkündür və adətən, bu işdə 500%-lik uğur əldə edilir.
Bu cür uğur əldə etmək üçün istifadə edilən vasitələrdən biri də “Zehin xəritələri”dir.
Ənənəvi qeyd aparmaq üsulunda məlumatları xatırlamaq, yazılı və şifahi ünsiyyət saxlamaq, fikirləri sıralamaq, problemi analiz etmək, planlaşdırmaq və ya yaradıcı düşüncə üçün qeydlər aparılır. İstifadə olunan metod birmənalıdır: Ya cümlələr, ya da söz birləşmələrindən ibarət olub, rəqəmlər və ya hərflərlə sıralanır. Bu metod rəng, vizual ritm, görüntü və kosmik əlaqələrin əskikliyi səbəbi ilə beynin düşüncə tutumunu korşaldır və yuxarıda qeyd etdiyimiz zehni funksiyaların önünü kəsir.
Zehin xəritələri buna qarşı olaraq xarıtlamağı və yaradıcı fikirlərin ortaya çıxmasını asanlaşdırmaq üçün səhifənin tam ortasına bir obraz yerləşdirərək, qıcıqlandırıcı şəbəkələrə yayılıb beynin daxili gücünü xaricə əks etdirərək onun qüvvəsini əhatəli bir şəkildə istifadə edir. Bu üsuldan istifadə edərək günlərinizi zəbt edən çıxışlarınızı bir neçə dəqiqədə hazırlaya, problemləri əhatəli və sürətli şəkildə həll edə, yaddışınızı sıfırdan başlayaraq gücləndirə və sonsuz sayda yaradıcı fikir ortaya çıxara bilərsiniz.
Çox sürətli və əhatəli oxu / Zehni iş birliyi
Zehin xəritələri üsulunu çox sürətli və əhatəli oxu texnikasıyla (başlanğıc mərhələdə mükəmməl başa düşmək şərti ilə dəqiqədə minə yaxın söz, daha sonra yüksək səviyyədə oxu sürətinə çatdıqda isə dəqiqədə on minə yaxın söz oxumaq texnikaları nəzərdə tututlur) birləşdirərək zehni iş birliyi yarada bilərsiniz.
Zehin xəritəsi üsulu ilə dörd və ya daha çox insanın yüksək sürətli səviyyədə oxuyaraq, kitabın və hissələrinin məğzini ətraflı şəkildə mənimsəmələri, öyrəndiklərini mübadilə edərək bir gündə dörd kitab dolusu məlumat qazanmaları, yadda saxlamaları, öz iş sahələrində istifadə etmələri mümkündür.
Artıq bu üsullar “Nabisko” və “Digital Computers” kimi beynəlxalq şirkətlər tərəfindən istifadə olunur. Adını çəkdiyimiz şirkətlərdə ardıcıl olmaqla qırx və yüz iyirmi yüksək vəzifəli idarəçi dörd qrupa ayrılır və bu qruplar içərisindəki hər bir şəxs seçilən dörd kitabdan birini sürətli və əhatəli oxu texnikalarından yararlanaraq iki saat ərzində oxuyur.
İki saatdan sonra qrup üzvləri toplanaraq oxuduqları ki-tablardan başa düşdüklərini, kitablar haqqında fikirlərini və reaksiyalarını bölüşürlər. Daha sonra isə hər alt qrup öz təmsilçisini seçərək yerdə qalan üç qrupun üzvlərinə seminar vermək üçün göndərir. Bütün bu proses dörd dəfə təkrarlanır və hər günün sonunda bu qırx və yüz iyirmi yüksək vəzifəli idarəçi seminar otağını beynində təkcə kitablar dolusu məlumatla deyil, həm də bu məlumatları bütünləşdirmiş, analiz etmiş və yaddaşına birdəfəlik yazmış şəkildə tərk edir.
Bu üsul eyni şəkildə ailə içərisində də istifadə oluna bilər necə ki dünyada bir çox ailə tərəfindən edilir.
Yadasalma texnikaları
Antik dövrlərdə yunanlar tərəfindən kəşf edilən yadasalma texnikaları o zamanlar “hiylə” adlandırılırdı. Bu gün isə artıq bilirik ki, bu texnikalar beynin fəaliyyətinə bağlıdır və düzgün istifadə olunduqda yaddaşın inkişafına güclü təsir edir.
Yadasalma üsulları zehninizdə təsiredici, rəngli, zövqlü, bir sözlə unudulmaz obrazlar yaratmaq üçün simvollaşdırma və əlaqələndirmə prinsiplərindən istifadəni zəruri edir.
Zehin