Скачать книгу

“Beyin Cəmiyyəti”nin rəhbəri, “Beyin Fondu və Klubu”nun qurucusu və “Zehni təhsil” ifadəsinin yaradıcısıdır.

      T. Buzan 1942-ci ildə Londonda anadan olub. 1964-cü ildə Britaniya Kolumbiyası Universitetindən psixologiya, ingilis dili, riyaziyyat və ictimai elmlər üzrə təqdirnamə alaraq məzun olub. 1966-cı ildə “Gündəlik Teleqraf”da çalışan Buzan eyni il “Yüksək zəkalılar cəmiyyəti” adı jurnal dərc etməyə başlayıb.

      Dünya şöhrətli yazarın bu günə qədər 44 kitabı (2 şeir, 42 beyin, öyrənmək və zehin məşqləri haqqında) çap olunub. “Zehin xəritəsi”, “Parlaq zəka”, “Ağlını işlət”, “Yaddaşını işlət”, “Zehnini inkişaf etdir”, “Dahilər kitabı” və “Gələcək nəsil” adlı əsərləri 50 ölkədə çap olunub və 22 xarici dilə tərcümə edilib. Ən məşhur əsəri olan “Ağlını işlət” isə bir milyondan çox satılıb.

      Toni Buzan eyni zamanda istər milli, istərsə də beynəlxalq aləmdə bir çox peyk yayımı, radio, TV və video proqramlarda aktyor, aparıcı kimi çıxış edir və həmin proqramların prodüseri kimi tanınır. T. Buzanın zehni xəritə texnikaları haqqında son iki videosu “1991 İVCA” Festivalında birinci yeri qazanmış, iş həyatında MindPower ilə səhvləri düzəltmək yollarını göstərən “If at first” filmidir.

      Toni Buzan “BP”, “Barclay International”, “Digital Equipment Corporation” “Electronic Data Systems”, “Hewlett and Packard” və “IBM” kimi beynəlxalq təşkilatların, eyni zamanda dövlətlərin məsləhətçisi olaraq çalışmaqda və məşhur universitetlərdə, məktəblərdə mühazirələr verməkdədir. Gənc Liderlər Təşkilatının üzvləri (başqa adla Beynəlxalq Multimilyonerlər Təşkilatı) arasında “Cənab Beyin” adı ilə tanınan Toni Buzan “Dünya Yaddaş Çempionatı”nın qurucusu və “Beyin Olimpiadaları”nın yaradıcılarından biridir. Gördüyü işlərin əksəriyyəti öyrənməkdə çətinlik çəkənlərə kömək etmək məqsədi daşıyır. Toni Buzan həm də dünyada ən çox “yaradıcı IQ”ə sahib insandır.

      Buzan 1990-cı illərin əvvəllərində iki vacib işə başlamışdı: birincisi zehni təhsil, iş zəkası, bədii və mədəni zəkayla bağlı kurslar və seminarlar verən “Akademiya”; ikincisi XXI əsrin zehni problemlərinin həll edilməsində şirkətlərə, dərnəklərə və təhsil müəssisələrinə kömək etmək üçün dünyanın ən parlaq beyinlərinin bir yerə toplandığı “Zəka İnstitutu” idi.

      Toni Buzan məşqçilərə, idmançılara, İngiltərə Olimpiya Avarçəkmə və İngiltərə Olimpiya Şahmat komandalarının məsləhətçisi işləyir. “Beynəlxalq Psixoloqlar Cəmiyyəti” ilə “Təhsil və İnkişaf İnstitutu”nun üzvüdür. Kembric və Bristol Universitetlərinin “Gənc sahibkarlar cəmiyyətləri”nin rəhbəridir. “YPO Liderlik Mükafatı” və mümkünsüzü mümkün edənlərə verilən “Qartal ovçusu” mükafatı Toni Buzanın kariyerasındakı uğurlardan bəziləridir.

      SürətLİ oxu

      Redaktordan

      (Kitabın orijinal versiyasına)

      Əlinizdəki bu kitabı, keçmişin mirasını, bu günümüzün elmi və siyasi hadisələrini, müasir və klassik ədəbiyyatı özündə əks etdirən ağlasığmaz və sevimli məlumat dünyamıza daha çox hakim olmaq istəyən insan ordusuna təqdim etmək mənim üçün qürurvericidir. Bu kitab şöhrət pillələrini sürətlə qalxan uğurlu gəncin – Toni Buzanın yüksəlişinə işarədir.

      Toni Buzan bu çalışmasında mənim və müasirlərimin çox çətinliklə etmək məcburiyyətində qaldığımız bacarıqları (təbii əgər edə bilmişiksə) asan və adi bir sistemə salmışdır. Sizi əmin edirəm ki, bu sistemdən istifadə edərək mənim illərlə çalışaraq əldə etdiyim səviyyəni keçə bilməsəniz də, ona bərabər bir səviyyədə oxuma sürətinə çatacaqsınız: Gündə üç qəzet, hər həftə təqribən iyirmi beş elmi jurnal, iki və ya üç kitab, hər ay xeyli məktub, hesabat və başqa mövzularda olan dərgilər.

      Toni Buzanın bu sistemindən illər sonra da olsa, yararlanmaq istəyərdim. Beləcə boşuna xərclədiyim zamandan, çabalardan və həmlələrdən azad olardım. Daha yaxşının necə ediləcəyini günün bu günündə də ondan öyrəndiyimi etiraf etməkdən utanmıram. Siz, yəqin ki, daha tez bir zamanda doğru addımla başlamağın avantajına sahib olacaqsınız. Xahiş edirəm, bu fürsəti dəyərləndirin. Bəli, Buzanın sadə bir şəkildə addım-addım açıqlanan sistemi ilə belə çaba göstərməyiniz və əziyyət çəkməyiniz lazım gələcək; lakin əzmli olsanız, bu kitabın, məlumatların aydınlıqla parıldayan dünyaya açılan qapı olduğunu görəcəksiniz.

      Hayns Norden

      Yazardan

      Mən on dörd yaşımda olarkən məktəbdə zehni bacarıqlarımızı ölçmək üçün bir sıra testlər keçirilirdi.

      Bunlardan biri də oxuma sürətini ölçən test idi. Nəticələr bir neçə həftə sonra açıqlananda dəqiqədə iki yüz on üç söz oxuya bildiyimi öyrəndim. İlk reaksiyam, təbii ki, özümlə qürur duymaq oldu, çünki iki yüz on üç söz qulağa olduqca çox gəlirdi. Müəllimimiz dəqiqədə iki yüz sözün orta nəticə olduğunu və sinifdəki ən yaxşı nəticənin dəqiqədə üç yüz on dörd söz olduğunu bildirdi. Bu mənim nəticəmdən təxminən yüz söz artıq idi.

      Bu xəbər mənim həyatımı dəyişdi. Dərs bitən kimi müəllimin yanına qaçdım və oxu sürətimi necə artıra biləcəyimi soruşdum. Onun fikrincə bu mümkün deyildi, çünki oxu sürətimiz eynən İQ-müz, yetişkinlik dövründəki boyumuz və göz rəngimiz kimi sabit idi.

      Onun fikri mənə həqiqət kimi gəlməmişdi. Nə üçün? Ağır idman proqramına başlamış və bir neçə həftədə bədənimin hər əzələsində göz ilə görüləcək dərəcədə dəyişikliklərin olduğunu görmüşdüm. Əgər doğru hərəkətləri etmək bu qədər fiziki dəyişikliyə səbəb oldusa, vizual və zehni məşqlər də oxuma, anlama və yaddaş həcmini artıra bilərdi.

      Bu suallar əvvəlcə dəqiqədə dörd yüz söz oxuma sürətinə, daha sonra da dəqiqədə min söz oxuma sürətinə çatmağıma səbəb olan araşdırmalara başlamağıma yol açdı. Bu araşdırmalar sayəsində fərqinə vardım ki, aerobika bədəni necə inkişaf etdirirsə, oxumaq da zehnə o cür təsir edir.

      Mən gözlərimin sirrini və beynimin heyrətamiz həcmini öyrənərək təkcə oxuma, anlama və xatırlama sürətimi artırmadım, həm də daha sürətlə və daha yaradıcı düşündüyümü, daha yaxşı qeydlər etdiyimi, imtahanlarda uğur qazandığımı, daha səmərəli çalışdığımı və zamana qənaət etdiyimi gördüm.

      Əlinizdəki “Sürətli oxu” kitabı bu sahədəki qırx illik araşdırmaların və təcrübənin məhsulu olub içində qırx il ərzində öyrəndiyim təməl bacarıqların pik nöqtələrini daşıyır.

      Ümid edirəm, səyahətiniz maraqlı alınacaq və təcrübələrimdən faydalana biləcəksiniz.

      GİRİŞ

      “SÜRƏTLİ OXU” KİTABINDAN NECƏ İSTİFADƏ EDƏCƏKSİNİZ?

      Həyatlarının ən vacib hadisələrindən biri olaraq sürətli oxumağı zəhmətsiz və asanlıqla öyrənmək dünyanın hər yerində milyonlarla insanın arzusudur.

      ÖN SÖZ

      Giriş hissəsi sizə “Sürətli oxu” kitabının təməl məqsədlərini və beş əsas hissənin nədən bəhs etdiyini açıqlayacaq. Eyni zamanda kitabın hər hissəsindəki quruluşu və sürətli oxu kursunun özünü də necə sürətlə oxuyacağınızı başa salacaq.

      “SÜRƏTLİ OXU” KİTABININ MƏQSƏDLƏRİ

      Bu kitabın altı əsas məqsədi var:

      1. Oxuma sürətinizi əsaslı şəkildə artırmaq.

      2. Oxuduqlarınızı anlamağınızı təmin və inkişaf etdirmək.

      3. Oxuyarkən, işləyərkən, gündəlik və ya iş həyatınızda daha səmərəli bir şəkildə istifadə etməyiniz üçün gözlərinizin və beyninizin necə çalışdığını anlamağınızı təmin etmək.

      4. Söz ehtiyatınızı və ümumi məlumat tutumunuzu artırmağınıza

Скачать книгу