Скачать книгу

kitabında bir sıra əsərlərini birləşdirmişik. “Drei Abhandlungen zur Sexualtheorie”-nın məşhur, kifayət qədər əlavələr olunmuş sonuncu nəşrindən tərcümə işin əsasını təşkil edir. Freyd durmadan işləyərək, öz nəzəriyyəsinin əsas müddəalarını genişləndirsə də, hazır, bitkin nəzəriyyə ilə çıxış etmənin bütün mümkünsüzlüyünü, ola bilsin, hər kəsdən daha artıq görürdü. Bununla belə, psixoanalizin bu çox vacib və az işlənmiş məsələsində gələcək nəzəriyyə üçün sonradan özül kimi xidmət edə biləcək xeyli, olduqca qiymətli şeylər tapılacağı şübhəsizdir.

      Bizim psixoanalizə olan münasibətlərimiz necə olursa-olsun, onun bu və ya digər nailiyyətləri bizə nə qədər güclü toxunsa belə, Freydin nəzəriyyəsinin bu istiqamətdə edilmiş bütün cəhdlərdən ən bütövü, ardıcıl və əsaslı qurulmuş olduğunu, xüsusən də maraq doğuran biliklər verdiyini, indiyədək malik olmadığımız tədqiqatlara və insanı dərk etmək imkanına əsaslandığını yadımızda möhkəm saxlamalıyıq.

      Bir sıra tədqiqatlarda qəbul olunduğu kimi, Freydin kitabı heç də sevgi psixologiyası üzrə, yazılmayıb; o, öz yığcamlığı, ifadə olunmanın ciddiliyi, formullaşdırmanın mümkün dəqiqliyi və misallara fövqəladə xəsisliyi ilə heyrətləndirir. Hər yerdə ağlın dərin izi görünür. Buna görə də psixoanalizə elmi şirnikmə kimi baxaraq, bu kitabda yüngül mütaliə axtaran oxucu dərindən səhv edir: onu oxumaq çətindir, onu öyrənmək, fəsil ardınca fəsli, paraqraf dalınca paraqrafı düşünərək, öyrənmək lazımdır. Cinsi həyat kimi böyük məsələyə, layiq olduğu bütün ciddiliyi və təmkinliliyi ilə münasibət göstərmək lazımdır. Kitabdan təxəyyülə təsir edən cəlbedici nümunələrin təsvirini deyil, cinsi meylin və cinsi məhəbbət adlanan nəsnənin inkişaf və taleyinin ardıcıl və sistemli ifadəsini müəyyən şəkildə əldə etmək istəyənlər Freydin əsərlərini öyrənərək, gerçəkliyin qarşımıza qoyduğu bir çox suallara cavab tapacaqlar.

      Yetkin insanın seksuallığı heç də gözəl bir gündə, qəribə və ağlasığmaz şəkildə yaranmır və aşkara çıxmır, yox, o tədricən hazırlanır, formalaşaraq və differensasiya edərək əvvəlcədən ən sıx tellərlə bağlandığı bir sıra proseslərdən ayrılaraq öz inkişafında olduqca mürəkkəb yol keçir. Yetkin insanın seksuallığının inkişaf yolunu həm uşağın və onun təzahürlərinin bilavasitə öyrənilməsi ilə, həm də inkişafındakı bu və ya digər ləngimələr nəticəsində prosesin dayandığı, yaxud əlverişsiz şərait üzündən məlum yaşda artıq keçilməli mərhələyə qayıtdığı böyüklərdə izləmək mümkündür. Freyd tərəfindən aşkara çıxarılmış bu mürəkkəb inkişaf yoluna aydınlıq gətirilməsi, insanın seksual həyatının digər yanaşmalarda degenerativ hallar kimi şərh olunduğu təzahürləri tamamilə başqa cür anlamağa və qiymətləndirməyə imkan yaradır.

      Seksuallığın normal inkişafından sapmalarda bu və ya digər təzahürün degenerativliyinə belə yanaşma bu sapıntıların mürəkkəb mənzərəsindən baş açmağa indiyədək az kömək edirdi. Bizə seksuallığın inkişafının təkamül mənzərəsi çatışmırdı, Freydin irəli sürdüyü psixoseksual adlandırdığı haqda bilgimiz yox idi.

      Seksuallığın hansı mənbələrdən inkişaf etdiyini, cinsi instinktin hansı özəlliklərə malik olduğunu, erogen zonalar adlanan şeyin bu və ya digər mənbələrdən yardım alaraq, hansı mürəkkəb yollardan keçdiyini düşünərkən, yalnız onda, görməkdə bizə mane olan xurafatı kənara ataraq, seksuallığın ilkin təzahürlərinin həm yolları, həm də talelərindən, heç olmasa, bir qədər baş çıxarmağa başlayırıq.

      Avtoerotizm və obyektə məhəbbət cinsi inkişafın müxtəlif mərhələləri, onun fərqli ifadələridir; uşaqlıqda cinsi meyl dağınıqdır, konsentrasiya olunmayıb, bu prosesin baş vermədiyi, bitmədiyi şəxslərdə də, cinsi meylin inkişafının avtoerotik mərhələsində olanlarda da o eynilə bu cür dağınıqdır. İnkişafın əvvəlində seksual meyllərin komponentləri təşəkkül tapır, əvvəlcə birinci plana oral erotika (kannibal fazası) çıxır, sonrakı pregenital təşkilatlanmada sadizm və anal erotika üstünlük təşkil edir və yalnız inkişafın zirvəsində iş genital zonanın primatına gedib çatır.

      Freydin bu cildə salınmış sonrakı işləri onun kitabın birinci hissəsində toxunduğu bəzi məsələlərlə yaxından tanış olmağa kömək edir. Bu, narsizm haqqındakı məqalədir, iki sonrakı iş – kişilərdə “obyekt seçiminin xüsusi tipi haqqında” və “eşq həyatının aşağılanması barədə” də eynilə “bakirəlik tabusu” kimi, yalnız nevrotiklərdə deyil, sağlam adlanan əhalidə də sevgi həyatında müşahidə etmək mümkün olan təzahürlərə xeyli qiymətli açıqlamalar verir.

      MÜƏLLİFİN 3-CÜ NƏŞRƏ ÖN SÖZÜ

      Bu kitabın onilliklərin axarında necə qarşılandığını və hansı təəssürat doğurduğunu müşahidə edərək, mən üçüncü nəşrin əvvəlinə kitabın yanlış anlaşılmasına və ona qarşı irəli sürülən, həyata keçməsi mümkünsüz iddialara istiqamətlənmiş bir neçə qeyd etmək istərdim. Hər şeydən əvvəl, bu kitabda ifadə edilənlərin hamısının elmi şəkildə əsaslandırılaraq psixoanalitik tədqiqatların nəticələri ilə dərinləşdirilmiş gündəlik təbib təcrübəsinə əsaslandığını qeyd etmək zəruridir. “Seksuallıq nəzəriyyəsi üzrə üç məqalə” zərurətlə psixoanalizdən çıxan və onun təsdiq etdiyi müddəalardan başqa heç nədən ibarət ola bilməz. Buna görə də, onları nə vaxtsa bütöv “seksual nəzəriyyə”yə qədər genişləndirmək tamamilə istisnadır; onların seksual həyatın bəzi vacib problemlərinə ümumiyyətlə toxunmadığı tamamilə anlaşılandır. Buna görə də böyük mövzunun bu buraxılmış fəsillərinin müəllifə naməlum qaldığını, yaxud onlara ikinci dərəcəli əhəmiyyət verdiyini fikirləşmək lazım deyil.

      Təsiri altında yazıldığı psixoanalitik təcrübədən bu əsərin asılılığı yalnız materialın seçimində deyil, həm də yerləşmə qaydasında da öz sözünü deyir. Təsadüfdən asılı məqamlara birinci dərəcəli əhəmiyyət verilir, meylliliyi nəzərə çarpdıranlar arxa plana itələnir və ontogenetik inkişaf filogenetikdən əvvəl diqqətə alınır. Analizdə əsas rolu təsadüfi yaşantılar oynayır, bu təhlil onlara, demək olar axıra qədər qalib gəlir; meyllilik isə yaşantı sayəsində oyanmış, amma əhəmiyyəti psixoanalitik iş ərazisinin hüdudlarını xeyli aşan bir şey kimi, onun arxasından aşkara çıxır.

      Onto və filogenezislər arasındakı münasibətlərdə də elə bu cür asılılıq hakimdir. Filogenezis təzə yaşantı sayəsində dəyişmədiyindən, ontogenezisi filogenezisin təkrarı kimi nəzərdən keçirmək olar. Filogenetik meyllilik ontogenetik prosesin arxasından aşkara çıxır. Amma meyllilik mahiyyətcə nəslin əvvəlki yaşantısının, – ayrıca fərdin təsadüfi anların cəmi şəklindəki daha gec yaşantısının qoşulduğu, – qalığından ibarətdir.

      İşimin xarakterik cizgisinin psixoanalitik tədqiqatdan tam asılılığı ilə yanaşı bioloji tədqiqatdan məqsədli şəkildə asılı olmamasını da qeyd etməliyəm. Mən texniki psixoanalizin köməyilə insanın seksual funksiyasını öyrənmək imkanı vermiş tədqiqata ümumi seksual biologiyadan, yaxud ayrıca heyvan növlərinin seksual biologiyasından elmi fikirləri daxil etməkdən ciddiyyətlə qaçmışam. Mənə psixoloji tədqiqat vasitələri ilə insanın seksual həyatının biologiyası sahəsində nəyi üzə çıxarmağın mümkün olduğunu öyrənmək məqsədi rəhbərlik edib; bu tədqiqatda aşkara çıxan əlaqə və üst-üstə düşmələri göstərmək mənə nəsib olub, amma psixoanalitik tədqiqatın bəzi vacib bəndlərində tədqiqatın yalnız bioloji göstəricilərə əsaslanan nəticə və baxışlardan əhəmiyyətli dərəcədə uzaqlaşanlara gətirdiyi halı da özümdən gizlətməməliyəm.

      Bu üçüncü nəşrdə çoxlu əlavələr etmişəm, ancaq onları əvvəlki nəşrlərdəki kimi xüsusi işarələrlə qeyd eləməmişəm. Hal-hazırda, bizim sahədəki elmi iş daha asta addımlarla irəliləyir; bununla belə bu əsərin bəzi əlavələri onun ən yeni psixoanalitik ədəbiyyatdan geri qalmamasından ötrü zəruri olmuşdur.

Bonn, oktyabr 1914

      MÜƏLLİFİN 4-CÜ NƏŞRƏ ÖN SÖZÜ

      Hərb dövrünün gurultulu dalğaları sakitləşdikdən sonra bütün dünyada psixoanalitik tədqiqata marağın sönmədiyini görmək məni sevindirir. Lakin bu təlimin heç də bütün sahələri eyni taleyi yaşamamışdır. Psixoanalizin şüursuz olan barədə, xəstəliyə aparan konflikt haqqında, sıxışdırılma barədə,

Скачать книгу