ТОП просматриваемых книг сайта:
Şerlok Homs və doktor Vatson. Артур Конан Дойл
Читать онлайн.Название Şerlok Homs və doktor Vatson
Год выпуска 0
isbn 9789952245127
Автор произведения Артур Конан Дойл
Серия Dünya ədəbiyyatından seçmələr
Издательство Altun Kitab
– Gördünüz? Qatil hər kimdirsə, bunu öz qanı ilə yazıb. Hətta qan divardan aşağı süzülüb. Döşəmədə də qan ləkəsi var. Qatil nəyə görə buranı seçib, indi onu da deyərəm. Sobanın üstündəki şama baxın. Şübhə eləmirəm ki, həmin şam yanarkən daha çox buranı işıqlandırırmış.
Qreqson etinasızlıqla soruşdu:
– Yaxşı, bəs bu yazının mənası nədir?
– Mənası? İndi deyərəm. Qatil divara qadın adı olan “Reçel” yazmaq istəyib, lakin nəyə görəsə tamamlamağa imkan tapmayıb. Yəqin, kimsə və ya nəsə mane olub. Sözlərimi unutmayın: əvvəl-axır bu işdə Reçel adlı qadının əli olduğu üzə çıxacaq. Nə qədər istəyirsiniz gülün, cənab Şerlok Holms, ancaq mən buna adım kimi əminəm. Doğrudur, siz ağıllı və savadlı adamsınız, ancaq qoca xəfiyyə Lestreyd, hər halda, sizdən bir neçə addım qabaqdadır!
Kinayəli təbəssümü ilə balacaboy adamı qəzəbləndirən Holms dedi:
– Üzr istəyirəm, cənab Lestreyd. Əlbəttə, bu tapıntıya görə sizə təşəkkür etmək lazımdır. Lakin mən hələ otağı gözdən keçirməyə imkan tapmamışam, icazənizlə oraya indi baxmaq istəyirəm.
Bunu dedikdən sonra Holms cibindən ruletka[19] və iri, girdə lupa çıxarıb otağın hər tərəfini yaxşıca gözdən keçirməyə başladı. O gah ayaq üstə dayanır, gah da dizi üstə çökürdü. Hətta bir dəfə döşəməyə sərilib bir neçə dəqiqə künc-bucağa baxdı. Holms bütün diqqətini öz işinə cəmlədiyindən bizim otaqda olduğumuzu belə unutmuşdu. Biz hərdən onun donquldandığını, gah təəssüflə, gah da sevinclə mızıldandığını eşidirdik. Mən ev yoldaşımı meşəni dolaşaraq ovun izinə düşmək üçün tələsən yaxşı təlim görmüş tazıya bənzədirdim.
Holms, az qala, iyirmi dəqiqə boyunca otağı gözdən keçirdi. Sonra nəyə görəsə döşəmədəki ayaq izləri arasındakı məsafəni ölçdü. Ardınca isə yenə anlamadığım şəkildə ruletka ilə divarlarda nəyisə ölçüb özü üçün qeyd etdi. Döşəmənin bir tərəfindəki boz külü çimdikləyib yığaraq cibindən çıxardığı zərfə boşaltdı. Axırda da lupanı götürüb divardakı yazıya yaxınlaşdı və hər bir hərfi diqqətlə nəzərdən keçirməyə başladı. Deyəsən, nəticələr ürəyincə idi, çünki ruletka ilə lupanı yenidən cibinə qoyduqdan sonra məmnun halda dilləndi:
– Deyirlər, dahi olmaq həm də kifayət qədər səbirli olmaqdır. Məncə, çox uğursuz kəlamdır, bununla belə, sanki xəfiyyələrin əyninə biçilib.
Qreqsonla Lestreyd öz həmkarlarının hərəkətini sonsuz maraqla izləyirdilər. Görünür, onlar Holmsu hətta mənim qədər də tanımırdılar və buna görə də onun bəzi davranışlarını anlamaqda çətinlik çəkirdilər. Axı ev yoldaşım həmişəki kimi ilk baxışdan əhəmiyyətsiz görünən şeylərə də hədsiz diqqətlə yanaşırdı.
– Fikriniz nədir, cənab? – Qreqsonla Lestreyd eyni vaxtda soruşdular.
– Bu işlə bağlı qalibiyyət çələngini əlinizdən almaq istəməzdim, – Holms dedi. – Odur ki sizə məsləhət vermək fikrində deyiləm. Hər ikiniz çox yaxşı işləyirsiniz, mane olmaq günahdır. – Bu yerdə mən ev yoldaşımın səsində kinayə hiss elədim. O isə eyni qaydada sözlərinə davam edirdi: – Təhqiqatın gedişində hər hansı çətinliklə üzləşsəniz, sizə kömək etməkdən məmnun olardım. Hələlik isə cəsədi tapan polislə görüşüb danışmaq istəyirəm. Mümkünsə, onun adını və ünvanını mənə verin.
Lestreyd qeyd dəftərçəsinə baxıb dedi:
– Həmin polisin adı Condur. Con Rens. O, Odli-kort, 46 ünvanında yaşayır.
Holms ünvanı öz dəftərçəsinə qeyd etdikdən sonra mənə dedi:
– Gedək, doktor. Vaxt itirmədən ona baş çəkək.
Bundan sonra ev yoldaşım üzünü yenidən xəfiyyələrə tutdu:
– Sizə bir şey demək istəyirəm, bəlkə, işin gedişatına kömək eləyər. Mən şübhə etmirəm ki, bu, qətldir və qatil – kişidir. Onun boyu altı futdan bir az hündürdür. Gəncdir. Boyuna görə yekə ayaqları var. Kvadrat burunlu çəkmə geyir, siqar çəkir. O, bura öz qurbanı ilə birlikdə dördtəkərli faytonda gəlib. Fayton üç ayağında köhnə, birində isə təzə nal olan ata qoşulubmuş. Qatil qırmızıyanaq imiş, sağ əlinin barmaqlarında isə uzun dırnaqları olub. Əlbəttə, bunlar xırdalıqlardır, lakin sizə gərək ola bilər.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.