Скачать книгу

alış-verişdən sonra Bombeyin küçələrini dolaşmaq qərarına gəldi. Həmin gün yerli əhali bayram keçirirdi. Ətrafda rəqs edən kim, mahnı oxuyan kim, akrobatlıq eləyən kim… Paspartu bütün bunlara maraqla tamaşa eləyə-eləyə gəlib Malabar Hill təpəsindəki möhtəşəm paqodaya[22] çatdı. «Bura qədər gəlmişkən məbədin içinə baxmaq pis olmaz», – ürəyində dedi. Ancaq lakeyin bu marağı az qala onun özünə və cənab Foqa baha başa gələcəkdi.

      Paspartu iki şeydən xəbərsiz idi: əvvəla, xristianların hindu məbədinə girməsi qadağandı, ikincisi, ora daxil olanlar mütləq ayaqqabılarını çıxarıb bayırda qoymalı idilər. Bu qadağalara əməl etməyənlər isə cəzalandırılırdı.

      Bütün bunlardan bixəbər Paspartu binaya girib brahman[23] məbədlərinə xas bər-bəzəklərə, parıltılı əşyalara heyranlıqla tamaşa eləməyə başladı. Necə oldusa, zavallı lakey birdən-birə özünü müqəddəs döşəmə daşlarının üstündə gördü. Gözlərindən qəzəb qığılcımları yağan üç kahin ayaqqabılarını corab qarışıq çıxararaq onu şapalaqlamağa başladılar. Ancaq Paspartu güclü və zirək oğlan idi, cəld yerdən sıçrayıb qalxdı, kahinlərdən birini təpik, o birini yumruqla dəf edib qaçmağa başladı. Üçüncü kahin onun arxasınca düşsə də, çata bilmədi.

      Saat 8-ə 5 dəqiqə qalmış Paspartu ayaqyalın-başıaçıq özünü vağzala yetirdi. Aldığı corab-köynəkləri kahinlərlə dalaşdığı vaxt salıb itirmişdi.

      Cənab Foqu bundan sonra da təqib eləmək qərarına gələn Fiks vağzalda idi. O, bir kənarda gizlənib Paspartunun başına gələnlərlə bağlı ağasına danışdıqlarını dinlədi.

      – Ümid eləyirəm ki, bu bir daha təkrarlanmayacaq, – cənab Foq lakeyə qulaq asıb qurtardıqdan sonra soyuqqanlıqla dedi və qatara tərəf addımladı.

      Xəcalətindən qıpqırmızı qızarmış zavallı Paspartu da onun ardınca getdi.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

      Примечания

      1

      Centlmen – kübar cəmiyyətin nəzakət qaydalarına və əxlaq normalarına ciddi riayət edən kişi

      2

      İngilis şairi Corc Bayron (1788–1824) nəzərdə tutulur.

      3

      Bakenbard – kişilərdə gicgahdan çənəyə kimi uzanan yarımsaqqal

      4

      Lakey – nökər

      5

      Bu söz fransızcadan tərcümədə «hər şeyin içindən keçib-gedə bilən», «hər şəraitə uyğunlaşan» mənasına gəlir.

      6

      Rostbif – ingilis mətbəxinə aid ət yeməyi

      7

      Vist – komanda şəklində oynanan kart oyunu

      8

      Funt-sterlinq və ya funt – Böyük Britaniyada pul vahidi

      9

      Sözügedən dəmiryolu xətti əsərdəki hadisələrin cərəyan etdiyi tarixdən bir qədər əvvəl – 1870-ci ildə istismara verilsə də, həmin vaxt hələ tam şəkildə fəaliyyət göstərmirdi.

      10

      Kozır – kart oyununda oyunçulara ən yüksək xal qazandıran kartlar

      11

      Makintoş – su keçirməyən parçadan tikilmiş plaş

      12

      Sakvoyaj – ağzı kip bağlanan yol çantası

      13

      Dilican – dördtəkərli poçt və ya minik arabası

      14

      Mil – ingilis ölçü sistemində 1609,34 metrə bərabər uzunluq vahidi

      15

      Fəllah – ərəb ölkələrində əkinçiliklə məşğul olan, oturaq həyat tərzi keçirən kəndli

      16

      Eskvayr – Böyük Britaniyada zadəgan titulu

      17

      Xronometr – çox dəqiq işləyən kvars və ya mexaniki saat

      18

      Şillinq – Böyük Britaniyada 1 funt-sterlinqin 1/20-nə bərabər pul vahidi

      19

      Pens – Böyük Britaniyada xırda pul

      20

      Raca – Hindistanda hökmdar, knyaz titulu

      21

      Sinaqoq – yəhudilərin dini məbədi, ibadətgah

      22

      Paqoda – induizm və ya buddizm məbədi; ibadətgah

      23

      Brahmanlar – e.ə. X–IX əsrlərdə Hindistanda qədim veda dininin dəyişikliyə uğraması nəticəsində yaranmış dinin kahinləri; Hindistanda ali kasta

/9j/4AAQSkZJRgABAQEAYABgAAD/2wBDAAgGBgcGBQgHBwcJCQgKDBQNDAsLDBkSEw8UHRofHh0aHBwgJC4nICIsIxwcKDcpLDAxNDQ0Hyc5PTgyPC4zNDL/2wBDAQkJCQwLDBgNDRgyIRwhMjIyMjIyMjIyMjIyMjIyMjIyMjIyMj

Скачать книгу


<p>22</p>

Paqoda – induizm və ya buddizm məbədi; ibadətgah

<p>23</p>

Brahmanlar – e.ə. X–IX əsrlərdə Hindistanda qədim veda dininin dəyişikliyə uğraması nəticəsində yaranmış dinin kahinləri; Hindistanda ali kasta