ТОП просматриваемых книг сайта:
Linkoln. Карл Август Сэндберг
Читать онлайн.Название Linkoln
Год выпуска 0
isbn 9789952245097
Автор произведения Карл Август Сэндберг
Серия Tarixi yaradanlar
Издательство Altun Kitab
Linkoln və ailəsi Vaşinqtonda
Linkolnlar ailəsi 1847-ci il dekabrın əvvəllərində ABŞ-ın paytaxtına – Vaşinqtona gəlib çıxdılar. Onlar burada missis Spriqin pansionunda12 yerləşdilər. Onlar ilk dəfə idi ki, planlı şəkildə tikilmiş enli küçələri, meydan və parkları olan şəhər görürdülər. Vaşinqtonun qırx minlik əhalisindən 8 mini azad zənci, 2 mini isə kölə idi. Burada saraylar və yoxsulların yaşadığı daxmalar iç-içə idilər. Qazlar, toyuqlar, donuzlar küçələrdə, xiyabanlarda gəzişirdilər.
Hərdən küçə ilə aparılan qandallanmış zənciləri görmək olurdu.
Linkoln bir dəfə Konqres Binası yaxınlığında həbsxanaya rast gəldi. Cənuba göndərilməmişdən əvvəl zənciləri orada «heyvan sürüsü» kimi saxlayırdılar.
Missis Spriqin pansionu Linkolnun xoşuna gəlmişdi. Ancaq arvadı burada özünə əyləncə tapa bilmədiyindən üç ay sonra uşaqlarını götürüb Leksinqtona, atasının yanına getdi.
Linkoln konqresdə fəaliyyətə and içərək başladı. O, Nümayəndələr Palatasının lap axırıncı skamyasında, viqlərin arxasında otururdu. Ondan irəlidəki stolların birinin arxasında 1825–1829-cu illərdə ABŞ prezidenti olmuş Con Kuinsi Adams (1767–1848) əyləşmişdi. Onun atası Con Adams tarixə Birləşmiş Ştatların ikinci prezidenti kimi düşmüşdü.
C.K.Adams hesab edirdi ki, ABŞ-ın Meksika ilə müharibə aparmasının səbəbkarı, əslində, quldarlardır. Çünki onlar bununla quldarlığın daha geniş ərazidə yayılmasını istəyirlər.
Zaman keçdikcə Birləşmiş Ştatlar ordusu işğal etdiyi Meksika ərazilərində möhkəmlənirdi. Müharibə hökumətə 27 milyon dollara başa gəlmiş, Amerika xalqı isə 27 min əsgər itirmişdi.
Meksika üzərində qələbədən sonra ABŞ-da müharibə ilə bağlı bəzi suallar ortaya çıxmışdı: «Məğlub tərəfdən nə qədər pul tələb eləməliyik? Əgər Meksikanın pulu yoxdursa, əvəzində nə qədər torpaq istəyə bilərik? Bəlkə, bütün Meksikanı tutaq?»
1848-ci il yanvarın 12-də Linkoln Nümayəndələr Palatasında viqlərlə eyni mövqedən çıxış edərək dedi: «Prezidentin Meksika ilə başladığı müharibə lazımsız və konstitusiyaya zidd idi!»
Hər halda, reallıq ondan ibarətdir ki, Meksika ilə müharibə fevralda yekun anlaşma ilə sona çatdı: Nyu-Meksiko və Kaliforniyanın şimal hissəsi ABŞ tərəfindən zəbt edildi, Texasın yeni sərhədləri müəyyənləşdi. Bundan başqa, Birləşmiş Ştatlar ilhaq etdiyi ərazilərin müqabilində Meksikaya 15 milyon dollar təzminat ödəməyə boyun oldu.
Linkoln konqresdə tez-tez nitq söyləyirdi. O, Nümayəndələr Palatasındakı çıxışlarında köləliyə qarşı açıq fikirlər səsləndirir, ciddi təkliflər irəli sürürdü. Məhz Avraam və həmfikirlərinin ardıcıl səyləri nəticəsində önəmli qərarlar qəbul olundu. Belə ki, 1850-ci il yanvarın 1-dən etibarən yeni doğulacaq zənci uşaqlar azad olunmalı, onların anaları isə öz sahiblərindən müəyyən miqdarda yardım almalı idilər. Həmçinin uşaqlar da öz tərəflərindən sahiblərinə bəlli yaşa qədər xidmət göstərməli idilər. Bu təkliflərin qəbul edilməsi Birləşmiş Ştatlarda quldarlığın tədricən aradan qaldırılmasına səbəb olacaqdı.
Linkoln həmçinin viqlərin müxtəlif vəzifələrə qoyulması üçün prezidentə məktublar yazırdı. Nəticədə bir neçə köhnə dostunu vəzifəyə qoymaq ona müyəssər olsa da, o özünə düşmənlər də qazandı…
Yenə Sprinqfilddə
Nümayəndələr palatasının iclasları başa çatan kimi Linkoln doğma Sprinqfildə qayıtdı. O, burada öz vəkillik fəaliyyətini davam etdirməyə başladı. Eyni zamanda qraflıqları gəzir, adamlarla, onların ailəsi ilə tanış olur, iş-gücləri ilə maraqlanırdı.
1850-ci ilin fevralında Linkolnun ailəsində faciə yaşandı – onun dörd yaşlı oğlu Edvard xəstəlikdən vəfat etdi. Linkolnun öhdəsinə dərddən üzülən arvadına dayaq durmaq kimi çətin bir iş düşdü. Missis Linkoln övladının ölümündən sonra kilsə icmasının üzvü oldu və dinin köməyi ilə təsəlli tapmağa çalışdı. Linkolna arvadından nümunə götürməyi məsləhət gördülər, lakin o, buna lüzum olmadığını dedi.
Həmin vaxt Avraam əsasən qəzetlər oxuyur, Vaşinqtonda baş verən siyasi yeniliklər barədə düşünürdü. Bu zaman ona atası Tomas Linkolnun xəstələndiyi barədə xəbər gəldi. Bir neçə gün sonra aldığı ikinci məktubdan isə məlum oldu ki, təhlükə sovuşub – Tomas tezliklə ayağa qalxacaq. Lakin bir müddət sonra atasının ölüm ayağında olduğunu eşidən Linkoln ögey qardaşı Cona belə bir məktub yazdı: «…indi ailəmi tək qoya bilmərəm, arvadım xəstədir… Atamın sağalacağına inanıram. Ona deyin ki, yaradana pənah aparsın… Yaradan ondan üz döndərməz… Çox keçməz ki, hamımız atamla onun getdiyi yerdə görüşərik».
Tomas Linkoln 1851-ci il yanvarın 17-də vəfat etdi. Həmin vaxt başı məhkəmə işlərinə qarışan Avraam onun dəfninə gedə bilmədi.
Bunun ardınca isə Linkolnlar doğulan dördüncü uşağı babasının şərəfinə Tomas adlandırdılar. Linkoln ilə Meri Tod artıq on bir ildi birlikdə idilər. Onlar bir-birinin güclü və zəif cəhətinə yaxşı bələd olmuşdular. Linkoln öz vərdişlərinin əsiri idi. Xalçanın üstündə uzanıb oxumağı xoşlayırdı. Süfrə arxasında adətən pencəksiz oturur, nə yediyinin fərqinə varmırdı – fikri haradasa uzaqlarda dolaşırdı.
Missis Linkoln isə əri üçün, bir növ, stimulyator rolunu oynayırdı. O, Linkolndan həmişə mübarizlik tələb edirdi. Ərinin siyasət aləmində yüksək mövqe tutmasının onun da mövqeyini möhkəmləndirəcəyini bildiyindən, Avraama dəstəyini əsirgəmir, işlərində daha əzmkar və qətiyyətli olması üçün əlindən gələni edirdi.
1852-ci ilin iyununda Henri Kley vəfat etdi. Kleyin xatirəsinə həsr edilmiş yığıncaqda Linkoln mərhumun sözlərindən sitat gətirdi: «Afrikaya onun öz övladlarının (zəncilər nəzərdə tutulurdu – red.) qaytarılması ideyasının mənəvi tərəfləri var. Onların əcdadları zorakılıqla doğma torpaqlarından qoparılıblar. İndi vətənlərinə qayıdan zəncilər özləri ilə sivilizasiyanın bəhrələrini, qanun və azadlıqları aparacaqlar». Bu planın nə qədər ümidsiz olduğu Linkolna öz acı təcrübəsindən məlum idi. Məsələ ondadır ki, ABŞ-ın cənub ştatlarında 3 milyon 204 min kölə yaşayırdı. Vergi kitablarında onların ümumi qiyməti milyard yarım dollar olaraq göstərilirdi. Belə sərvəti kimsə itirmək istəməzdi. Bircə yol qalırdı: həmin zənciləri əşya kimi alıb Afrikaya köçürmək! Henri Kley kimi Linkoln da məhz bu planın həyata keçməsini
12