Скачать книгу

ildə sürgündən qaçmağı bacarmış və qaçanların bir hissəsi Milli mübarizəyə qatılmışdılar. Başlanğıc və bitmə tarixləri göz önünə gətirildiyi zaman, Malta sürgünü ilə Anadoludakı Milli mübarizənin az qala üst-üstə düşdüyü görülür. 1919-1922-ci illər, Türkiyədəki hadisələrin ən kritik mərhələsini meydana gətirir. Bir tərəfdən Milli mübarizə sürərkən seçmə siyasət adamlarının ingilislərin həbsinə məruz qalaraq zərərsizləşdirilməsinin bir anlamı olmalıdır. Məsələnin bu istiqamətinin də işıqlandırılmasına gərək var. Azad edildikdən sonra Maltaya sürgün olunmuşları yeni bir mühit və şərait gözləyirdi. İmperatorluq tamamilə sona çatmışdır və Ankara mərkəzli yeni bir rejim qurulmaqdadır. Məhbusların bir hissəsi siyasi mübarizədən kənara çəkilərkən, digərləri böyük bir enerji və şövqlə yeni Türkiyənin yaradılması işinə qoşulacaqdılar.

      Son olaraq, Ağaoğlunun gündəliyinin nəşr olunma tarixçəsi haqqında məlumat verək. “Atəşkəs və Malta xatirələri” ilk dəfə, Ağaoğlunun qurucusu və redaktoru olduğu “Akın” qəzetində, “Gündəlik xatirə dəftərimdən” başlığıyla, 29 may-19 avqust 1933-cü il tarixləri arasında hissələrlə nəşr edilib. Xatirələrin qələmə alındığı tarixin başlanğıcının 21 İkinci Qanun4 (yanvar) 1918-də olduğu görülür. Ancaq qeydlər 3 iyul 1919 tarixində ixtisarlara məruz qalıb. Bu tarixdən etibarən Maltadan azad edilmənin reallaşdığı 1921-ci ilin mayına qədər keçən dövrə aid yazarın başqa qeydlərini əldə edə bilmədik. Dolayısıyla Ağaoğlunun ilk dəfə “Akın”da yayınlanan gündəliyini, “Atəşkəs və Malta xatirələri” başlığını daşımaqla birlikdə, yarımçıq bir mətn olaraq görmək lazımdır. Çünki gündəlik tam olaraq, yazar hələ Limnidə məhbus ikən qələmə alınmışdır. Xatirələrin yarımçıq olması, əlbəttə, onun dəyərini azaltmır; Malta sürgün ədəbiyyatı içində şərhləri, hadisələrə baxışı və yüksək həssaslığı etibarilə önə çıxan qiymətli bir əsər olaraq dəyərləndirilə bilər. Kitabın “Sürgün dönüşü” başlığını daşıyan son bölümü xatirələrə bir bütünlük qazandırmaq üçün əlavə olunmuşdur. Bu hissə daha əvvəl Ağaoğlunun qızı Tezer Taşqıran tərəfindən “Nə idik, nə olduq?” başlığıyla “Həyat məcmuəsi”ndə (Cild: 1, sayı: 6-10, fevral-mart 1978) nəşr olunmuşdur.

      AĞAOĞLU ƏHMƏDİN “ ATƏŞKƏS VƏ SÜRGÜN XATİRƏLƏRİ”

      Haqqı Uyar

      Osmanlı dövlətinin son 40 ili (1878-1918) dövləti xilas etmə və ölkə ziyalılarının qurtuluş yolu axtarışları ilə keçdi. Bu axtarışlar eklektik çözüm yollarının da ortaya çıxmasına gətirib çıxardı. İkinci hökumətin elanını təmin edən İttihad və Tərəqqi Cəmiyyəti də, homogen (eyni mənşəli) ideoloji xəttə sahib deyildi. İttihadçılar, “Hürriyyətin elanı” (1908) ilə problemi asanlıqla həll edə biləcəkləri, ittihadçıların çoxluğunu təmin edərək imperatorluğu qurtara biləcəkləri fikrində idilər. Ancaq ard-arda gələn müharibələr zənciri (Trablusgarp savaşı, Balkan savaşları və Birinci Dünya Müharibəsi) və etnik problemlərin gərginləşməsi çözümün deyil, çözüm cəhdlərinin sonuna gəlindiyini açıqca göstərdi.

      Mondros atəşkəsini (30 oktyabr 1918) izləyən dövrdə, Müttəfiq dövlətləri (Antanta) problemin həllini Osmanlı dövlətinin qalan torpaqlarını paylaşmaqda görürdü. Bunun infrastrukturu, Birinci Dünya Müharibəsi sırasında edilən gizli razılaşmalarla hazırlanmışdı. Beləcə, Şərq məsələsi Müttəfiq dövlətlərin xeyrinə həll edilmiş olacaqdı. Atəşkəs, ordunun tərxis edilməsi və silahların müsadirə edilməsi, Şərqi Anadolunun Ermənistana verilməsi və Müttəfiq dövlətlərinə təhlükə olduqda hər hansı bir strateji nöqtəni işğal edə bilmələrinə imkan verəcək bir zəmində təşkil edilmişdi. İttihadçılar hakimiyyətdən düşmüş və müxaliflər iqtidara gəlmişdi. Ancaq Müttəfiq dövlətlər İttihadçıları və ordunun üst qatındakı zabit heyətini hələ də böyük bir təhdid olaraq görürdülər. Çünki Atəşkəsdən sonra Müttəfiq dövlətlərin siyasətlərinə (Mondros və Sevr anlaşması) maneə yarada biləcək bir güc olaraq qalmaqda idilər. İngilislər başda olmaq üzrə Müttəfiq dövlətlərin təhdid olaraq gördükləri İttihadçıların yerini qısa bir müddət Kamalçılar (milliyyətçilər) alacaqdı. Bu coğrafiyada Müttəfiq dövlətlər üçün bir başqa təhdid də bolşeviklər idi.

      Müttəfiq dövlətlər, öz siyasətlərinin önündə maneə olaraq gördükləri İttihadçı liderləri (köhnə vəzirlər, nazirlər, deputatlar…) və təcrübəli zabitləri, padşah və İstanbul hökuməti ilə anlaşaraq həbs etdirdi. Bəkirağa bölüyündə bir neçə ay saxlanıldıqdan sonra adı keçən kişilər ingilislər tərəfindən Maltaya sürgün edildi. Sürgünlərin bir hissəsi Maltaya çatmadan Limni adasında Mondros limanında düşürüldü. 12 nəfərlik qrupun arasında Ağaoğlu Əhməd də vardı. İngilislərin əlində, tikanlı məftillər arasında yaşanan sürgün həyatının bütün çətinliklərini Ağaoğulunun gündəliklərində oxumaq mümkündür. Buradakılar da daha sonra Maltaya aparılacaqdı.

      Maltaya sürgün olunanların sayı 150-yə yaxın idi. Bunlar fərqli zamanlarda və fərqli yerlərdən Maltaya gətirilmişdilər. Sürgün müddəti iki il yarıma qədər davam etdi. 1919-un martında başlayıb, 1921-in noyabrına qədər sürdü.

      Maltaya sürgün edilənlərin bir hissəsi yaşadıqlarını xatirələrində yazdılar. Bu xatirələrin bəziləri belə sıralana bilər:

      Əli İhsan Sabis, Hərb xatirələrim, 5 cild, Ankara, 1951.

      Fevziyə Abdullah Tansel, Ziya Gökalp külliyyatı – II, Limni və Malta məktubları, Ankara, 1965.

      Ziya Gökalp, Malta konfransları, (Haz. M. Fəxrəddin Kırzıoğlu), Mədəniyyət Nazirliyi Yay., Ankara, 1977.

      Osmanlı Məbusan (parlament) Məclisi rəisi Xəlil Menteşenin xatirələri, (Giriş: İsmayıl Arar), Hürriyyət Vəqfi Yay., İstanbul, 1986.

      Ömər Hakan Özalp, Mehmed Ubeydullah Əfəndinin Malta, Əfqanıstan və İran xatirələri, Dərgah Yay., İstanbul, 2002.

      Bu xatirələrə əlavə olaraq Tunayanın mənbə olaraq göstərdiyi Tarik Mümtaz Göztəpə, Əhməd Əmin Yalman, Hüseyn Cahid Yalçın və Əli F. Türkgəldinin xatirələri də diqqətə layiqdir.

      Malta sürgünləri haqqında edilən elmi tədqiqatların ən əhatəlisi Bilal Şimşirin kitabıdır.

      Bilal N. Şimşir, Malta sürgünləri, Milliyyət Yay., İstanbul, 1976. Bu kitabın daha sonrakı nəşri Bilgi Yayınları tərəfindən hazırlanmışdır. (Ankara, 1985)

      Maltaya sürgün olunmuşlardan biri olan Ağaoğlu Əhməd, İkinci hökumətdən Cümhuriyyətə qədər keçən müddətdə – düşüncə baxımından bəzi fərqliliklər göstərsə də, ümumilikdə liberalizm ilə milliyyətçilik/türkçülük xəttinə sahib idi.

      Malta dönüşündən sonra ikinci və üçüncü Türkiyə Böyük Millət Məclislərində (TBMM) millət vəkili olaraq yer alan Ağaoğlunun 1930-cu illərdəki nəzərə çarpan fəaliyyəti arasında Sərbəst Cümhuriyyət Firqəsi (SCF) daxilində yer alması, Birinci Türk Tarix Konqresinə qatılması, universitet müəllimliyi və bu vəzifədən ayrılması, “Akın” qəzetini çıxarması və yenə eyni illərdə Heyətçilərlə (kadro) girişdiyi ideoloji polemikalar sayıla bilər.

      SCF-in

Скачать книгу


<p>4</p>

“Kanun”, ay adı olaraq, dekabr ilə yanvar aylarının əski adıdır. Yanvar –Ocak anlamına gələn كانون qanun sözündən irəli gəlir. Dekabr – aralık ayına 10 yanvar 1945 tarixli rəsmi qəzetlərdə yayımlanan qanunun qüvvəyə minməsindən öncə; “Kanuni-evvel”, “İlkkanun” ya da “Birincikanun”; Yanvar – Ocak ayına isə “Kanunisani” ya da “İkincikanun” deyilirdi.