Скачать книгу

Şərq adəti üzrə odda yandırırdılar. Sonra ondan imtina etdilər, taxta türbələr tikməyə başladılar. Çin mənbələrində deyilir ki, Avropa ərazisində ilk dəfə tabutdan xəzərlər istifadə etməyə başlayıblar. Lakin köhnə adəti saxlamaq xatirinə onlar qəbrə, tabutun altına kül və ya ağ əhəng tökürdülər…

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

      Примечания

      1

      * Müəllif burada F.İ.Tyutçevin “Умом Россию не понять…” (Ağılla Rusiyanı anlamaq olmaz) misrasından söz oyunu kimi istifadə edir (red.).

      2

      Maykov – Apollon Nikolayeviç Maykov (1821–1897) – rus şairi, Sankt-Peterburq Elmlər Akademiyasının müxbir üzvü

      3

      Səhifələrin yuxarı hissələrində verilən portretlərin altındakı yazılarda N.A.Baskakovun “Türk mənşəli rus soyadları” əsərindən (M., 1993.) sitat gətirilir.

      4

      Əhməd ibn Fədlan – X əsrin birinci yarısında yaşamış ərəb səyyahı və yazıçısı. 921–923-cü illərdə xəlifə əl-Müqtədir (908–932) tərəfindən siyasi məqsədlə göndərilən səfirliyin başçısı olmuş Əhməd ibn Fədlan Bağdaddan İranı və Orta Asiyanı keçməklə Volqaboyunadək məsafə qət etmiş və onun bu səyahəti öz əksini «Risalə»sində tapmışdır. Bu qeydlərdə səfirin Volqa – Xəzər və Şimal xalqları ilə bağlı xeyli məlumatına rast gəlmək olar. Əhməd ibn Fədlan 922-ci ildə Vоlqanın sоl sahilində yеrləşmiş Bulqariyaya gəlir, Ladоqa gölü ətrafında оlur və 923-cü ildə vətənə qiymətli cоğrafi məlumatlarla qayıdır. Fədlan bu əraziləri kəşf еtməsə də, Vоlqasahili, Оrta Asiya хalqları və Хəzər dənizinə tökülən çaylar haqqında ətraflı məlumatları ilə sеçilir.

      5

      Bu, Kiçik Asiyanın və Konstantinopolun qaytarılmasını istəyən yunanların böyük ustalıqla Rusiyanı Türkiyə ilə münasibətləri gərginləşdirməyə sövq etdiyi və rus-türk müharibəsinin qızğın dövrü idi. Rusların əli ilə onlar türklərə qarşı vuruşurdular. Bu, yunanların parlaq qələbəsi, Rusiyanın isə tam məğlubiyyəti idi.

      6

      494-cü il I Roma Məclisindən başlayaraq Qərb kilsəsi türklərə qarşı gizli müharibə aparmağa başladı. İdeoloji təcavüz VII əsrdə papa Böyük Qriqorinin dövründə formalaşdı və papanın proqramına daxil edildi və sonrakı üç əsr ərzində həyata keçirildi. Orta əsrlərdə, yəni inkvizisiya zamanı onda keyfiyyət dəyişikliyi baş verdi, bu vaxt türk mədəniyyəti izlərinin kütləvi surətdə məhv edılməsi başa çatdı: kitablar yandırıldı, məbədlər məhv edildi, kütləvi qırğınlar baş verdi. Rusiyada bu dövr Romanovlar sülaləsi ilə bağlıdır.

      7

      İndikindən fərqli olaraq babalarımız “Altay” deyəndə başqa ərazini nəzərdə tuturdular. Bu, demək olar ki, şərqdə Baykal və Baykalın arxa tərəfi, qərbdə Pamirə qədər ərazidir. Öz kitabımda mən bunu qədim Altay adlandıracağam.

      8

      Məhz türk arxeologiyasının! Baxmayaraq ki tapdıqlarının müəyyən hissəsini irandilli skiflərə aid edib, bu heç nəyi dəyişmir. Tədqiqatçının taktikasını başa düşmək olar. Pantürkizmlə mübarizə dövründə Altayda tədqiqatı davam etdirmək üçün alimin başqa yolu yox idi.s

      9

      Kürə – dəmiri qızdırmaq üçün körüklə odu közərdilən dəmirçi ocağı

      10

      Çesuça – kətan kimi toxunan sıx ipək parça

      11

      Armyak – qalın mahuddan tikilmiş kəndli paltarı

      12

      Şuşun – koftaya, gödəkçəyə, yaxud sarafana oxşayan uzun qadın paltarı

      13

      Klobuk – ucuşiş papaq

      14

      Şambkale – Şambkalaya (türk dilində “işıqlanan qala”) bəzən Şambala da deyirlər, Himalay dağları ilə əlaqələndirirlər. Bu, sual doğurur, ona görə ki əfsanələrdə Hindistanda yaxşı tanınan Himalay haqqında söz deyilmir, uzaq şimalda yerləşən ölkədən bəhs edilir. Altay isə Hindistandan uzaq şimalda yerləşir, o, qədim dövrdən Himalayla yanaşı, Şərqin mədəni mərkəzi olmuşdur. Bundan savayı, Altayda dəmir əridir və ondan xaç düzəldirdilər, Tibetdə isə qara metalişləmənin qədim izlərinə rast gəlinməmişdir.

      15

      Rusiya akademik elmi isə inadkarcasına, tarixdən heç bir yazılı sübut gətirmədən skifləri İran xalqlarına aid edir. Bütün arxeoloji tapıntıların bu fikrin əleyhinə olmasına məhəl qoymadan yalnız Herodota istinad edirlər. Lakin skif abidələrinin öyrənilməsi göstərir ki, “naməlum yazılar” adlandırılan yazıların üstündəki dolaşıq işarələri ornament kimi qəbul etsələr də, o başqa bir şey yox, türklərin run yazılarıdır. Ayrı-ayrı söz və ifadələr çox dəqiq oxunur. Bu (eyni zamanda Herodot tərəfindən təsvir edilən çöl xalqslarının adət və ənənələri) deməyə imkan verir ki, skiflər başqa yazıya və başqa mədəniyyətə malik iranlılar deyil, məhz türklərdir.

      16

      Görünür, burada dəqiqləşdirici izahata ehtiyac var. XII əsrdə sərhəd indiki kimi ciddi xətt təşkil etmirdi. Bu, qonşuların da eyni qədər marağı olduğu, kifayət qədər geniş bir ərazi idi (münasibət, mübadilə və sülh zonası). Moskva, Oka çayları və onlara bitişik sahələr slavyanlar buraya gəlməmişdən əvvəl belə ərazilər idi, ona görə də türk abidələri fin-uqor abidələri ilə qonşuluqda yerləşirdi. Bu, təbiidir; məsələn, Nijni Novqorod

Скачать книгу