ТОП просматриваемых книг сайта:
Kapitan qrantın uşaqları. Жюль Верн
Читать онлайн.Название Kapitan qrantın uşaqları
Год выпуска 0
isbn 9789952241242
Автор произведения Жюль Верн
Серия Dünya ədəbiyyatından seçmələr
Издательство Altun Kitab
– Yola düşmək vaxtıdır!
Elen kövrəldi, Meri həyəcanlandı. Qlenarvan onları qucaqladı:
– Biz kapitan Qrantı da tapıb sağ-salamat sizin yanınıza qayıdacağıq, – deyə onları ürəkləndirməyə çalışdı.
Hamı bir-biri ilə vidalaşdı. Qlenarvan, Paqanel, Mak-Nabs, Robert və üç matros gəmini tərk etdilər. “Dunkan”ın lövbərləri qaldırıldı. Bu gözəl və möhkəm gəmi sahildən uzaqlaşdı. Gəmidəkilərin havada yellənən əlləri sanki kapitan Qrantın axtarışına çıxan dəstəyə uğur arzulayırdı.
Sıldırım dağlardan keçid
Qlenarvan Kordilyer dağlarını keçmək üçün yerli adamlardan dörd bələdçi tutdu. Kordilyeri aşdıqdan sonra isə Argentinada da bələdçi tutmaq fikrində idi.
Dəstə ərzağı və silahlarını bələdçilərə məxsus qatırlara yükləyib yola düşdü. Hava gözəl idi, göy üzü buludsuz idi. İki gün ərzində səyyahlar heç bir çətinlik və maneə ilə qarşılaşmadılar. Amma üçüncü gün onlar dağların sıldırım ətəklərindən keçməli oldular. Bu çox təhlükəli idi. Bir azdan dəstə yalnız bir adamın keçə biləcəyi cığıra rast gəldi. Başqa yol olmadığından onlar bu dar keçidlə irəliləməyə məcbur idilər. Ən pisi o idi ki, bələdçilər burdan o yana getmək istəmirdilər. Belə olduqda Qlenarvan onların pulunu verib yola saldı.
Bir azdan onlar dar cığırdan genişliyə çıxdılar. Kordilyer dağlarına qalxmaq üçün isə bütün gecəni dırmaşmalı oldular. Getdikcə dağa qalxmaq çətinləşirdi. Üstəlik, qalın qar onlara mane olurdu. Səyyahlar addım atmazdan əvvəl qarın altında uçurum olmadığına əmin olmaq üçün əllərindəki ağacı qara batırmalı olurdular. Qabaqda matroslardan biri gedirdi. Onun arxasınca düzülmüş yoldaşları addımlarını ancaq matrosun izi ilə atmağa çalışırdılar.
Dəstə gündə yalnız bircə dəfə − səhər yemək üçün dayanırdı. Günün qalan hissəsini Kordilyer dağlarını tez aşmağa sərf edirdilər. Onlar Argentinaya çatıb kapitan Qrantı mümkün qədər tez tapmağa çalışırdılar.
Günorta dəstə Kordilyer zirvələrinin arasında yerləşən böyük və tamamilə boş sahəyə gəlib çıxdı. Robert möhkəm yorulmuşdu. Hamı hiss edirdi ki, bu çətin yolu sonadək getməyə onun gücü çatmayacaq. Ona görə də Qlenarvan dayanmaq əmri verdi. Amma Paqanel təklif etdi ki, Roberti, lazım gəlsə, çiyinlərdə apara bilərlər. Coğrafiya alimi əlavə etdi:
– Biz dayanmamalı və bu zirvəni tez aşmalıyıq!
Hamı Paqanellə razılaşdı. Robert də iradəsini toplayıb hələ ki yeriyə bildiyini dedi.
Axşamayaxın yorğunluq bütün səyyahları əldən salmışdı. Onların çoxu tez-tez büdrəyir, yıxıla-dura yeriyirdi. Bəziləri isə yıxıldıqdan sonra heç dura da bilmir, sürünə-sürünə gedirdilər.
Qlenarvan narahat idi: bu uca, kimsəsiz, soyuq və qarlı dağların başında onları nə gözləyir? Bunu heç kim deyə bilməzdi.
Artıq dəstənin irəli getməyə taqəti qalmamışdı. Soyuq az qala onların sümüklərinə işləyirdi. Bu vaxt mayor əlini Qlenarvanın çiyninə qoyub həmişəki kimi sakit və təmkinli səslə dedi:
– Daxma!
Daxmada
Qarla örtülmüş və ətrafdakı daş-qayadan güclə seçilən bu daxmanı yalnız Mak-Nabsın iti gözləri görə bilərdi. Bu adamın diqqətindən heç nə yayınmırdı.
Səyyahlar dərhal daxmanın qapısını tapmaq üçün onun dörd tərəfini qardan təmizlədilər. Bir azdan onlar artıq daxmaya girmişdilər, ocaq qalamaq üçün çır-çırpı yığırdılar. Ocaq alışdıqca onların canına isti keçməyə başladı. Sonra yemək hazırlandı. Bu, dəstənin son bir neçə gündə ən rahat və ləzzətli naharı idi.
Yeməkdən sonra səyyahlar yatmağa hazırlaşdılar, yorğunluq onları heydən salmışdı. Üstəlik, səhər tezdən yola davam etməli idilər. Tezliklə hamının gözünə yuxu getdi. Yalnız Qlenarvan oyaq idi. Onun qəlbində bir narahatlıq var idi. Ürəyinə dammışdı ki, dəstəni hansısa dəhşətli bir fəlakət gözləyir. Ona görə də bir xeyli yata bilmədi. Çölə çıxdı. Gecə aydınlıq idi, ay üfüqdən qalxmışdı. Qlenarvanın qulaqlarına çox uzaqdan qəribə uğultu səsləri gəlirdi. O bu səslərin nə olduğunu anışdıra bilmirdi, bu səbəbdən narahatlığı daha da artırdı. Saata baxdı. Saat iki idi. Nəhayət, daxmaya qayıdıb yerinə uzandı. Bir azdan o da yuxuya getdi.
Gecənin bir yarısı qulaqbatıran gurultu Qlenarvanı yerindən dik atılmağa məcbur etdi. Sanki yer onun ayaqları altından qaçdı. Daxma yırğalandı və divarları çatladı.
– Qalxın! – deyə o qışqırdı.
Onsuz da səyyahların hamısı oyanmışdı. Onlar bir andaca daxmadan bayıra çıxdılar. Dəhşətli bir qüvvə onları yerə yıxdı, sonra isə dağın yamacı ilə aşağı sürüklədi.
– Bu, zəlzələdir! – Paqanel üzüaşağı yuvarlana-yuvarlana qışqırdı.
Səyyahlar da onun kimi dağın təpəsindən yuvarlandılar, heç kimin Paqaneldən nəsə soruşmağa heyi yox idi.
Coğrafiya alimi səhv etmirdi. Bu, doğrudan da, zəlzələ idi.
Səyyahlar üzüaşağı nə qədər yuvarlandıqlarını bilmədilər. Gözlərini açanda onlar dağın ətəyində idilər. Bir neçə dəqiqə heç kim tərpənmədi. Sonra birinci olaraq mayor ayağa qalxdı. O, ətrafa baxdı. Yol yoldaşları ölü kimi hərəkətsiz halda onun ətrafında yerə sərilmişdilər.
Xilasedici atəş
Mayorun köməyi ilə yol yoldaşları bir-bir ayağa qalxdılar. Düzdür, yuvarlanarkən onların bir yeri də qanamamışdı, amma möhkəm əzilmişdilər. Zəlzələ bir göz qırpımında onları dağın zirvəsindən ətəyinə gətirib çıxarmışdı. Öz ayaqları ilə onlar bu yolu, Allah bilir, neçə saata gedəcəkdilər.
Səyyahlar yenicə özlərinə gəlmişdilər ki, mayorun asta səslə dediyi sözlər hamını həyəcanlandırdı:
– Robert yoxdur!
Qlenarvan ani olaraq ətrafa nəzər saldı, Roberti görməyib təlaşlı səslə dedi:
– Dərhal hərəmiz bir tərəfə gedib bütün uçurumları axtarmalıyıq.
Paqanel onu dəstəklədi:
– Vaxt itirmədən axtarışa başlamalıyıq!
Səyyahların hərəsi bir istiqamətə üz tutub Roberti aramağa başladı. Onlar bütün uçurumları, kolların diblərini, cığırları, hətta ən balaca yarıqları belə ələk-vələk etdilər. Axtarış günortaya qədər davam etdi. Gündüz saat birdə Qlenarvan və dostları əldən düşmüş halda, yorğun və üzgün vəziyyətdə yenidən düzənlikdə tapışdılar. Axtarışlar nəticə verməmişdi. Qlenarvan son dərəcə məyus idi, o, güclə danışırdı. Qanı qaçmış dodaqları hərdənbir pıçıldayırdı:
– Mən onu tapmadan buradan getməyəcəm. Getməyəcəm!
Heç