ТОП просматриваемых книг сайта:
Hekayələr. Эрнест Сетон-Томпсон
Читать онлайн.Название Hekayələr
Год выпуска 0
isbn 9789952242881
Автор произведения Эрнест Сетон-Томпсон
Серия Hekayə ustaları
Издательство Altun Kitab
Közərmiş metal bədəninə toxunanda mustanq diksindi. Amma iş artıq bitmişdi və qürurlu, azad yorğa adi ev atları kimi damğalanmışdı.
İndi yalnız onu evə aparmaq qalırdı. Tom kəndirləri boşaltdı. Bunu hiss edən mustanq elə bildi ki, artıq azaddır: ayağa qalxıb sıçradı, amma elə o dəqiqə də təzədən yıxıldı. Onun qabaq ayaqları bir-birinə möhkəm bağlı idi və o yalnız tullana-tullana gedə bilərdi. Qaçmağa cəhd edən kimi bağlı ayaqları mane olur və o yıxılırdı. Tom özünün yüngülayaq madyanında mustanqı arxasınca aparmağa çalışırdı. Atı dartır, üstünə qışqırır, yeriməyə məcbur edirdi, lakin şıltaq, qəzəbli və bütün bədəni köpük içində olan əsiri tabe olmaq istəmirdi. O, dəli kimi kişnəyir, qəzəblə fınxırır, çırpınaraq azad olmağa çalışırdı.
Bu çox uzun, qəddar bir qarşıdurma idi. Mustanqın parlaq böyürləri köpüklə qanın qarışığından islanmışdı. O, dəfələrlə yıxıldı. Uzun günlərin təqibindən artıq əldən düşmüşdü, halsız idi. Gah bu, gah da o tərəfə sıçrayırdı, lakin bu sıçrayışlar getdikcə daha zəif olur, burun pərələrindən çıxan köpük qana boyanırdı. Qəddar, amiranə, soyuqqanlı qalib isə onu elə hey teyləyir, irəliləməyə məcbur edirdi.
Hər addım uğrunda mübarizə apara-apara artıq yamacdan dərəyə tərəf enmişdilər və uçurumdan keçirən yeganə cığırın başlanğıcında idilər. Buralar yorğa mustanqın keçmiş ərazilərinin şimal sərhədi idi. Buradan ranço da, onun çəpərləri də görünürdü. Tom sevinc içindəydi, lakin mustanq azadlığını qaytarmaq uğrunda sonuncu çarəsiz cəhdi üçün güc yığdı. İplərini qırıb arxasında vıyıldayan kəndirlərə, onun dəli qaçışını dayandırmaq üçün açılan atəşlərə baxmayaraq, üzüyamaca, getdikcə daha yüksəklərə qaçdı.
Mustanq lap zirvəyə üz tutmuşdu və sonda sıldırımın lap kənarına qalxdı. Oradan isə aşağı, düz uçuruma sıçradı, iki yüz fut yüksəklikdən qoparaq aşağı, lap aşağı uçdu… və nəhayət, daşlara, qayalara çırpıldı. Elə orada da qaldı. Cansız, amma… azad.
ARIQUŞU NİYƏ İLDƏ BİR DƏFƏ AĞLINI İTİRİR?
Çox qədim zamanlarda, hələ Amerikanın şimalında qış olmayan dövrlərdə arıquşular meşələrdə öz qohumlarıyla birgə heç nəyin dərdini çəkmədən şən yaşayıb kefə baxırdılar.
Lakin bir payız ana təbiət bütün lələkli müğənniləri xəbərdar etdi ki, tez bir zamanda cənuba uçmalıdırlar, çünki bu yerlərə güclü düşmənlər – qar, şaxta və aclıq gəlir və onlarla mübarizə aparmaq quşların çoxu üçün çətin olacaq.
Arıquşuların qohumları hara uçmağın yaxşı olduğu haqda bəhsə girişdilər. Yalnız bütün dəstənin başçısı olan arıquşu əyləşdiyi budağın üstündə gülməkdən mayallaq vurub özündən gedirdi.
– Elə uzağa getmək? – deyə civildəyirdi. – Yox bir! Bizim üçün elə bura da yaxşıdır. Yalan deyirlər, nə qar olacaq, nə şaxta, nə də aclıq! Mən bütün ömrüm boyu heç qocalardan da belə bir şey haqda eşitməmişəm.
Amma başqa quşlar elə həyəcanlanır, elə qorxurdular ki, axırda onların nigarançılığı arıquşuların çoxuna da sirayət etdi. Onlar hətta bir müddət əyləncələrindən də əl çəkib qohumlarından nə baş verdiyini öyrənməyə girişdilər. Qohumları da bacardıqları kimi anlatdılar ki, bəs təhlükə yaxınlaşır, tez bir zamanda hökmən isti ölkələrə uçmaq lazımdır.
Öz ağıllı qohumlarına qulaq asandan sonra arıquşular yenə qəhqəhə çəkib gülməyə, nəğmə oxumağa, bir-biriylə ötüşərək əylənməyə girişdilər.
Digər quşlar isə artıq uzun səfərə hazırlaşır, cənuba aparan yolları öyrənməyə çalışırdılar. Cənuba axan böyük, enli çay, göydəki ay və isti ölkələrə köç edən vəhşi qazlar onlar üçün bələdçi rolunu oynayacaqdı.
Onları çalağan görməsin deyə yola gecə çıxmağı qərara aldılar. Tufan başlanırdı, lakin köçkünlər buna əhəmiyyət vermək fikrində deyildilər.
Axşam getməyə hazırlaşan quşlar ağaclara qonaraq ayın çıxmasını gözləyirdilər. Arıquşular öz sərsəmləmiş qohumlarını yola salmaq üçün toplaşıb onları lağa qoyurdular.
Elə ki soyuq ay üfüqün üzərində göründü, lələkli köçkünlərdən ibarət əzəmətli dəstə qanad çalaraq havaya qalxdı, arıquşularla vidalaşıb aramla cənuba istiqamət götürdü.
Onlara rahat yol əvəzinə tezliklə qayıtmaq arzulayan məsuliyyətsiz arıquşular bir-birini qova-qova, havada mayallaq vura-vura, səs-küylə boşalmış meşəyə üz qoydular.
– Bu başıboşlar olmasa, işimiz daha yaxşı gedəcək! – deyə cibbildəşirdilər. – Genişlikdir, bütün yem özümüzə qalacaq.
Onlar əvvəlkindən də möhkəm oynamağa, əylənməyə, kef etməyə başladılar.
Bu arada isə bərk tufandan sonra, həqiqətən də, möhkəm qar yağdı və soyuqlar düşdü. Belə havaya adətkərdə olmayan arıquşular özlərini itirdilər. Görəsən, onların bayaqkı şadyanalığı hara yox olmuşdu?! Arıquşulara soyuq idi, qorxurdular, aclıq əziyyət verirdi. Onlar çarəsiz halda meşədə uçuşur, məsləhət istəməkdən ötrü, cənubun yolunu öyrənmək üçün bələdçi axtarırdılar. Amma – təəssüf! – əzəmətli meşədə onlardan başqa bircə dənə də oxuyan quş qalmamışdı. Arıquşular xatırladılar ki, köçkünlər çayın üzəriylə uçmuşdular, amma indi, hər şeyin qara bələndiyi zamanda çayı necə tapasan?
Bir dəfə necə oldusa, cənubdan ilıq meh əsməyə başladı və dəmdəməki arıquşuları hali etdi ki, onların ana təbiətin məsləhətlərinə qulaq asmış qohumları indi isti, bol yemli cənubda yaxşıca məskən salıblar. Həm də bunu anlatdılar ki, elə həmin ana təbiət arıquşuların sözəbaxmazlığından əsəbiləşərək onlara əmr edir ki, cənuba köçmək fikrindən bilmərrə uzaq olsunlar, öz vətənlərində qalıb dəyişən iqlimə öz bildikləri kimi uyğunlaşsınlar. Vaxtında qulaq asmaq istəmədiniz – günah özünüzdədir.
Bu xəbərdə təskinlikverici bir şey yox idi, lakin arıquşular sanki birdən ayıldılar: xəbər onları düşünməyə və yeni şəraitlə barışmağa məcbur etdi.
Arıquşuların əhvali-ruhiyyəsi düzəldi, kefləri açıldı. Elə qarlar arasında da yaşamağın mümkün olduğunu söyləyib yenə şən bir tərzdə cikkildəməyə, bir-birini qovmağa, ayaz vurmuş budaqlarda atılıb-düşməyə başladılar. Onlar özlərini yenə də xoşbəxt hiss edirdilər. Çovğunlar olanda, şaxta düşəndə onlar qoca ağacların koğuşlarında qurduqları isti yuvalarından çıxmır, sakitcə gözləyirdilər. Nəhayət, elə ki sərt qışdan sonra havadan bahar müjdəçisi, ilıq meh qoxusu gəlirdi, onlardan biri sevinclə “yaz gəlir!” deyə nəğməsinə başlayır, qalanları da bu