ТОП просматриваемых книг сайта:
Hekayələr. Василий Шукшин
Читать онлайн.Название Hekayələr
Год выпуска 0
isbn 9789952242768
Автор произведения Василий Шукшин
Серия Hekayə ustaları
Издательство Altun Kitab
Kimsə öz sevimli mahnısını oxudu:
Atam əkinçi idi,
Hər gün yer şumlayırdı.
Məni işdə özünə
Arxa, dayaq sayırdı.
Mahnını ağız-ağıza verib oxudular, səslərini zilə qaldırdılar, sonra yavaş-yavaş bəmə endirdilər.
Üç gün üç gecə idi
Mücadilə edirdim.
Bacımı əsirlikdən
Qurtarmağa gedirdim.
Hər kəs mahnıya aludə olmuşdu – başlarını bikef halda aşağı salıb oxuyurdular:
Heyif, amansız cani
Tuşlayıb tüfəngini
Yerə sərdi bacımı, –
O gözəl turacımı.
Qalxdım uca bir dağa,
Doğma kəndə baxmağa.
Gördüm yanır kəndimiz, –
Alışır vətənimiz.
Stepan əsəbi halda yumruğunu mizin üstünə vurdu.
– Sən məni sevmirsən, mənə yazığın gəlmir! – deyə ucadan qışqırdı. – Amma mən sizin hamınızı sevirəm, ay lənətə gəlmişlər. Mən sizin üçün çox darıxmışam.
Kandarda, siqaret dumanının içindən qarmon səsi eşidildi. Kimsə tədbirli tərpənib qarmonçalan gətirmişdi. Hamı bağırmağa başladı. Mahnı canını tapşırdı. Bir-bir stolun arxasından çıxıb mahnının ahənginə düşməyə çalışdılar. Ayaqlarını döşəməyə daha bərk vurmağa çalışırdılar.
Qadınlar əl-ələ tutub nəqərat oxuya-oxuya dövrə vurmağa başladılar. Lal qız da dəsmalını başının üzərində yellədərək dövrə vururdu. Onu barmaqla göstərib gülürdülər… O da gülürdü, o, xoşbəxt idi.
– Verka! Ve-erk! – çox içmiş bir kişi qışqırdı. – Sən ora-bura gəzməkdənsə, oxu, oxu! – Onu eşidən yox idi, öz zarafatına özü gülüb qəşş etdi.
Stepanın anası yaşlı bir qadınla danışırdı:
– Vay nənə, o özünü üstümə necə atdısa, az qala döşlərim partlayacaqdı. Mən güc-bəla ilə onun başını qaldırıb soruşdum: “Şərdimi, xeyirdimi?” O mənim düz qulağımın içinə üfürdü: “Xeyirdi!”
Yaşlı qadın başını silkələdi:
– Xeyirdi?
– Xeyirdi, xeyirdi. Bax belə, lap aydınca “Xeyirdi!” – dedi.
– Qabaqladı.
– Qabaqladı, qabaqladı. Mən də axşam öz-özümə düşünürdüm ki, görəsən, qonşunun mənə qabaqcadan “xeyirliyə” verdiyi xəbər nə ola bilər? Elə bunu düşünürdüm ki, bir də baxıram qapı açılır, budur, oğlan qapının ağzındadır.
– Allah, Allah! – yaşlı qadın pıçıldadı və dəsmalının ucu ilə yaşarmış gözlərini sildi. – Əcəb işdi!
Qadınlar Yermolayı dövrəyə aldılar. Yermolay çox düşünmədən bir ayağı üstə süzməyə başladı, o biri ayağının isə ancaq dabanını yerə vurur, “op-pa”, “at-ta”, “op-pa”, “at-ta” deyirdi. Dabanını yerə necə vururdusa, dolabın rəflərindəki qab-qacaq atılıb-düşürdü.
– Hə, Yermil, bu gün sənin şad günündür, hərəkət elə, – kənardan qışqırışırdılar.
– At-ta, op-pa, – Yermolay oynadıqca deyirdi. İşlədiyi qırx il müddətində dəzgah arxasında donqarlaşan beli isə heç açılmırdı. O da eləcə bükülmüş vəziyyətdə, ağır, düyünlü əllərini yanına salıb oynayırdı. O, bütün dərdlərini unudub oğlunun bu gəlişinə sevinirdi. Axı oğlunun yolunu o az gözləməmişdi: beş ildən bir az kəm.
Styopa dövrəyə, atasının yanına girdi, titrək səslə ağır-ağır dedi:
– Hə, ata…
– Hə, oynayın, ata-bala, hərəkət edin!
– Deyəsən, Styopa orada çox işləyib, özünü əldən salmayıb, gör necə şıllaq atır?
– Özü deyir axı, orada yaxşı olub vəziyyəti, yeməklə də yaxşı doyuzdurublar…
– Hə, gözlə… yedizdirirlər. Yedizdirə-yedizdirə qalıblar.
– At-ta, op-pa! – deyə-deyə Yermolay oğluyla ayaqlaşmağa çalışırdı.
Heç biri oynaya bilmirdi, amma cəhd göstərirdilər. Bu, oradakı adamların xoşuna gəlirdi. Onlara məmnuniyyətlə tamaşa edirdilər.
Beləcə şənlənirdilər.
Başları necə qarışmışdısa, sahə müvəkkilinin evə nə zaman girdiyindən heç kəsin xəbəri olmadı. Bir də onu gördülər ki, o, Stepana yanaşıb nəsə dedi. Styopa onunla küçəyə çıxdı. Qonaqlar isə şənlənməkdə davam edirdilər. Düşünürdülər ki, yəqin, bu belə də olmalıdır. Styopa kənd sovetinə getməli və kağız-kuğuzunu qaydaya salmalıdır. Təkcə lal çox narahat idi. O, həyəcanlı səs çıxarır, atasının qolundan tutaraq dartırdı. Ata sərxoş olduğundan qızı itələdi.
– Əl çək, qaç buradan! Get rəqs elə!
Darvazadan çıxıb ayaq saxladılar.
– Sən dəli olmusan, a gədə? – deyə sahə müvəkkili Styopanın üzünə baxdı.
Stepan kürəyini darvaza qapısının dirəyinə söykəyib gülümsədi.
– Qəribədi? Eybi yoxdur… Olan işdir.
– Axı sənin cəmi üç ayın qalmışdı!
– Səndən yaxşı bilirəm. Bir papiros ver.
Sahə müvəkkili ona papiros verdi, birini də öz damağına qoydu.
– Gedək.
– Gedək.
– Bəlkə, evdə deyəsən?.. Yoxsa axtaracaqlar…
– Bu gün lazım deyil, qoy şənlənsinlər. Sabah deyərsən.
– Üç ay dözməyib qaçmaq! – milis yenə heyrətləndi. – Məni bağışla, həyatım boyu çox gic görmüşəm, amma sənin kimisi rastıma çıxmamışdı. Sən niyə belə etmisən?
Stepan əllərini şalvarının ciblərinə qoyub addımlayırdı. Alatoranlıqda tanış daxmalara, darvazalara, çəpər dirəklərinə baxa-baxa gedirdi… Uşaqlıqdan ona tanış olan ağız qamaşdırıcı bahar soyuğunu içinə çəkir, arabir gülümsəyirdi.
– A?
– Nədi?
– Axı sən niyə belə elədin?
– Qaçmağımı deyirsən? Bircə dəfə gəlib buraları görmək üçün… Çox darıxmışdım… Yuxuma girirdi…
– Axı cəmi üç ayın