Аннотация

Balina ovçusu kapitan Ahav ilə nəhəng ağ balina arasında macəra dolu mübarizədən bəhs edən bu əsər bir-birindən maraqlı, həyəcanlı səhnələrlə zəngindir və ibrətamiz sonluqla başa çatır.

Аннотация

Müəllif bu əsərin qəhrəmanı olan taxtadan düzəldilən oyuncağın – Pinokkionun timsalında hər birimizin insan kimi yetişməsində mənəvi-əxlaqi dəyərlərin həlledici roluna diqqət çəkir.

Аннотация

Bu əsər qeyri-adi süjet xəttinə və gözlənilməz sonluğa malikdir. Bir-birini tanımayan on nəfər yay tətilini keçirmək məqsədilə gəldikləri Zənci adasında qeyri-adi, qorxunc hadisələrin iştirakçısına çevrilirlər…

Аннотация

Londondakı «Reform» adlı klubun üzvü Fileas Foq dostları ilə dünyanı 80 gün ərzində dövr edəcəyinə dair mərc gəlir və bununla da heyrətamiz bir hekayə başlayır…

Аннотация

Həyatın amansızlığı ucbatından cəmi bir neçə ay məktəbə gedən, 8 yaşında işləməyə məcbur olan Maksim Qorki bu avtobiorqafik əsərində gənclik illəri zamanı üzləşdiyi dəhşətli məhrumiyyətlərdən danışılr.

Аннотация

Bu əsərdə təsvir olunan qeyri-adi hadisələr 1950-ci illərdə Stokholmun mərkəzi rayonlarının birində, Vazastanda bir evdə, Balaca adlandırılan uşaqla damda yaşayan Karlson ətrafında cərəyan edir.

Аннотация

Amerikalı şair, yazıçı və tarixçi Karl Send­berqin bir-birindən ma­raqlı faktlarla zəngin olan bu kitabı Avraam Linkoln haq­qın­da ən yaxşı bioqrafik əsər sayılır.

Аннотация

Bu kitabda Hacı Zeynalabdin Tağıyevə, onun şəx­siy­yətinə və fəa­liyyətinə folklor «həqi­qət»­lə­rindən deyil, tarixi mən­bələr, arxiv mate­rial­ları prizmasından nəzər salınıb, görkəmli mesenatın trafaret olmayan həqiqi obra­zı yaradılıb.

Аннотация

Cəlil Məmmədquluzadənin şah əsərlərindən sayılan bu povestdə bir kəndin timsalında avamlığın, mütiliyin, hüquqsuzluğun bütöv bir cəmiyyəti hansı faciələrə sürükləyə biləcəyi böyük ustalıqla təsvir olunub.

Аннотация

Əziz Nesinin satirik hekayə və novellalarından ibarət bu kitabdakı əsərlər XX əsr türk insanının əxlaq və düşüncəsini, sosial durumunu, eləcə də cəmiyyətin saflaşdırılması uğrunda mübarizəsini əks etdirir.