Аннотация

Аннотация

Hadisələr XXI əsrin ilk illərində baş verir. Bakı Dövlət Uni­ver­sitetinin tələbəsi olan Mustafa­nın eşqi “uğursuzluq zola­ğı”ndan çıxa bilmir. Eşq­dən sonra qurşandığı mütaliə onu sosializmə aparır. Amma bu yolda çox əzablar çəkəcək, çox məh­ru­miyyətlər görəcəkdi. İstedadlı bir gəncin fərdi və ictimai miqyasda çəkdiyi bə­laları anladan roman məğlubiy­yətdən bəhs edir…

Аннотация

Roman paralel süjet üzərində qurulub. Romanın müasir dövrdən bəhs edən süjeti yazmaqdan imtina edən yazıçı haqqındadır. Tarixi süjetdə isə gənc sufinin azadlıq arzuları əks olunub. Romanın adı mərhum yazıçı Mehdi Bəyazidin yazmaq istəyib heç zaman yaza bilmədiyi romanının adından götürülüb. “Fələk qırmancı” romanı “Mütərcim” nəşriyyatında “Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası” seriyasından çap olunub. Birinci şəxsin dilindən yazılan roman “əsarət-azadlıq” xətti üzrə inkişaf etdirilsə də, əsər boyu “inanc-şübhə”, “sevgi-nifrət”, “yazmaq-yazmamaq”, “yaddaş-yaddaşsızlıq” kimi yan mövzular da romanın əsas xətti ilə iç-içə keçib. Qan Turalının ilk romanı “Mustafa” 2011-ci ildə çap olunub.

Аннотация

Qan Turalının "Ayna" kitabında müəllifin son illərdə yazdığı povest və hekayələr toplanıb. Müasir dövrün təbəddülatlarından bəhs edən bu yazıların əsas leytmotivi modern insanın qarşısında duran ekzistensial problemlərdir. Həyatın müxtəlif təbəqə və zümrələrinə aid olan qəhrəmanlar zəmanənin yaratdığı əngəllər qarşısında gücsüz görünsələr və bəzən məğlub olsalar belə, ümid əsla onları tərk etmir.