Аннотация

Bu kitabda dahi mütəfəkkir Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan “Leyli və Məcnun” poeması uşaqlar üçün sadələşdirilmiş şəkildə, nəsrlə təqdim olunub. Qədim Şərqin məşhur sevgi dastanı olan “Leyli və Məcnun” Nizaminin qələmində ölməz əsərə çevrilib. Sən bu kitabı oxumaqla həm böyük şairin yaradıcılığı ilə tanış olacaq, həm də həyati məsələlərdə düzgün qərar vermək, dürüst insanların əhatəsində olmaq, insanpərvərlik və xeyirxahlıq kimi keyfiyyətləri mənimsəyəcəksən. “Leyli və Məcnun” əsəri sənə saf sevgi anlayışının nə qədər həyati əhəmiyyətli olduğunu anladacaq.

Аннотация

Bu kitabda dahi mütəfəkkir Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan “Xosrov və Şirin” poeması uşaqlar üçün sadələşdirilmiş şəkildə, nəsrlə təqdim olunub. Qədim Şərqdə çox yayılmış əfsanələrdən biri olan “Xosrov və Şirin” Nizaminin qələmində ölməz əsərə çevrilib. Sən bu kitabı oxumaqla həm böyük şairin yaradıcılığı ilə tanış olacaq, həm də həyati məsələlərdə düzgün qərar vermək, dürüst insanların əhatəsində olmaq, insanpərvərlik və xeyirxahlıq kimi keyfiyyətləri mənimsəyəcəksən.

Аннотация

Kitabda dahi mütəfəkkir Nizami Gəncəvinin “Xəmsə”si uşaqlar üçün sadələşdirilmiş şəkildə, nəsrlə təqdim olunur. Balaca oxucularımız bu toplunu oxumaqla həm böyük ədib Nizami Gəncəvinin yaradıcılığı ilə tanış olacaq, həm də həyati məsələlərdə düzgün qərar vermək, həmişə doğrunun, haqlının yanında durmaq kimi əxlaqi keyfiyyətləri mənimsəyəcək, özlərində ədalətin gec-tez qələbə çalacağına birmənalı inam formalaşdıracaqlar.

Аннотация

Bu kitabda dahi mütəfəkkir Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan “Sirlər xəzinəsi” poeması uşaqlar üçün sadələşdirilmiş şəkildə, nəsrlə təqdim olunub. Sən bu kitabı oxumaqla həm böyük ədib Nizami Gəncəvinin yaradıcılığı ilə tanış olacaq, həm də həyati məsələlərdə düzgün qərar vermək, həmişə doğrunun, haqlının yanında durmaq kimi əxlaqi keyfiyyətləri mənimsəyəcək, özündə ədalətin gec-tez qələbə çalacağına birmənalı inam formalaşdıracaqsan.

Аннотация

Dahi Nizaminin aforizmləri, onun ağıl və idrak haqqında dediyi sözlər orta əsr qaranlıqları içərisindən sönməz günəş kimi dünyaya işıq salır. Bu kitabı Nizami təliminin ancaq bir hissəsi kimi qiymətləndirmək lazımdır. Şübhəsiz, bu da öz məzmunu etibarilə həm gənclərimizin tərbiyəsi işində böyük əhəmiyyətə malikdir, həm də müxtəlif münasibətlərdə Nizami əsərlərinə isnad edən tədqiqatçılar üçün faydalıdır.