Аннотация

“Cümhuriyyət” deyilən zaman yada hamıdan əvvəl Əhməd Cavad düşür. Üçrəngli poeziya bədii yaddaşa ilk öncə məhz onun qələmi ilə həkk olunmuşdur. Gerbimiz öz rəngini, himnimiz öz musiqisini, marşımız öz ritmini bu böyük şairin poeziyasından alıbdır. Milli oyanış, xalq hərəkatı, türk xalqlarının birliyinə çağınş, əski adət və inamlara, xalqın yaddaşına qayıdış kimi duyğular Əhməd Cavad şeirlərinin ruhuna hopmuşdur. Şairin yaradıcılığında Azərbaycan, Qafqaz, Turan, Türk dünyası obrazları qabarıq verilibdir. Bu kitabda görkəmli milli şairimizin mədrəsə şeirlərindən başlamış, Birinci dünya müharibəsi, Azərbaycan Xalq Cümhuriyyəti dövrü və sonrakı illərdə qoşduğu mənzum əsərlər yer almışdır.

Аннотация

Şair, tərcüməçi Əhməd Cavadın (tam adı: Cavad Məhəmmədəli oğlu Axundzadə) şeirləri 1913-cü ildən çap edilmişdir. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə «„Qoşma“» adlı ilk kitabı çapdan çıxmışdır. 1919-cu ildə isə «„Dalğa“» adlı kitabı nəşr olunmuşdur. Onun məşhur «„İstiqlal uğrunda şeirlər“» kitabı isə 1928-ci ildə İstanbulda buraxılmışdır. Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad, haqsız olaraq həbs edilmiş, dəhşətli işgəncələrə məruz qalmış, 1937-ci il cəza tədbirlərinin qurbanı olmuşdur. Kitaba şairin zəngin yaradıcılığının bir hissəsi daxil edilib.