ТОП просматриваемых книг сайта:
Məktəb şagirdlərinə tohfə. Mirzə Ələkbər Sabir
Читать онлайн.Название Məktəb şagirdlərinə tohfə
Год выпуска 0
isbn 978-9952-311-20-4
Автор произведения Mirzə Ələkbər Sabir
Издательство TEAS PRESS
Tutdu dünyanı sellərin cuşi,
Dər-zəman125 aldı, getdi camuşi.
Kişi ağlar göz ilə qıldı fəğan;
Söylədi oğlu: “Ağlama, baba can!
Çünki su südlərə tüfeyl oldu126,
Qatdığın su yığıldı seyl127 oldu.
İndi camuşunu apardı isə,
Başına məhşəri qopardı isə,
Söyləmə kim, fələk qəzasıdır ol,
Tutduğun işlərin cəzasıdır ol”.
MOLLA NƏSRƏDDİN VƏ OĞRU
Mollanın börkünü çalıb oğru,
Yüyürüb qaçdı bir bağa doğru.
Baxmadı oğrusu gedər nərəyə, –
Özü ancaq yüyürdü məqbərəyə.
Mollanı gördülər durur orada,
Dedilər: “Durmusan neçin burada?”
Dedi: “Bir oğru börkümü çaldı,
Qaçdı getdi, başım açıq qaldı”.
Dedilər: “Oğru qaçdı, getdi bağa,
Burada boş oturma, dur ayağa,
Bağa doğru get, eyləmə ehmal128,
Oğrunu tap o yerdə, börkünü al”.
“Nəmə lazım, – dedi ki, – bağ haradır,
Oğrunun aqibət yeri buradır”.
HÖRÜMÇƏK VƏ İPƏKQURDU
Bir hörümçək özün öyüb durdu,
Dedi fəxr ilə: “Ey ipəkqurdu,
Nə kəsalətlə129 iş görürsən sən?
Niyə bunca ağır hörürsən sən?
Gəl mənim sənətimdə sürətimi
Görüb, iqrar qıl130 məharətimi…
İşə gircək tamamını hörürəm,
Az zamanda necə çox iş görürəm”.
Baxdı, güldü ona ipəkqurdu,
Sərzəniş131 etdi, tənələr vurdu;
Dedi: “Bərfərz132 olsa hər yerdə,
Toxuyursan böyük, kiçik pərdə.
De görək, onların nədir səməri?
Bəlkə də, hər kəsə çatır zərəri!..
Leyk məndə yox isə də sürət,
Yapdığım işdə var ağır qiymət.
Aləmə faidə verir karım,
Hər kəs istər ola xəridarım133!”
ARTIQ ALIB, ƏSKİK SATAN TACİR
Bir nəfər tacir öz dükanında
Oğlunu saxlayırdı yanında.
Eləyirdi qəribə dadü sitad134:
Məkrü təzvir137 idi onun hər işi,
Düz deyildi bütün alış-verişi.
Atanın şüğlünə138 olub adi,
Gördüyün öyrənirdi övladi.
Bir gün öz dərdinin ilacı üçün,
Getdi tacir bir ehtiyacı üçün.
Oğlu gördü ki, vəqti-fürsətdir:
“Dəxli soysam, – dedi, – qənimətdir”.
Əli dəxl139 içrə, gözləri nigəran,
Atası bir tərəfdən oldu əyan.
Daralıb büsbütün cəhan gözünə,
Vurdu bir silli oğlunun üzünə.
Gördü bir pir, xeyli təcrübəkar,
Dedi: “Etmə əbəs buna azar.
Əkdiyin danənin budur səməri,
Səndən əxz eyləyib140 həmin hünəri.
Lövhi-safında141 tifli-məsumun,
Çəkdiyin nəqşdir bu nəqşi-xəta144,
Vermə isnadın oğluna əbəda.
Tərbiyət müstəhəqqdir145, övlad
Pədərindən nə görsə, eylər yad.
Xah əmri-qəbih146, xah cəmil, –
Edər övlad cümləsin təhsil.
Saleh ol, saleh olsun övladın!
Taleh ol, taleh olsun övladın!”
YALANÇI ÇOBAN
Bir çoban bir gün etdi dağda haray:
“Canavar var, – dedi, – gəlin, ey vay!”
Əhli-qəryə147 yüyürdü dağ tərəfə,
Getməsin ta qoyun, quzu tələfə.
Bunları müztərib görüncə çoban
Gülməyə başlayıb dedi: “Yalan,
Siz bunu sanmayın həqiqətdir,
Damağım gəldi, bir zərafətdir!”
Binəvalər
124
Təbah etmək – puç etmək, məhv etmək
125
Dər-zaman – öz vaxtında
126
Tüfeyl olmaq – dalınca düşmək, qoşulmaq, birləşmək
127
Seyl – sel
128
Ehmal eyləmək – etinasızlıq, əhəmiyyət verməmək
129
Kəsalət – yorğunluq, süstlük; burada: asta-asta
130
İqrar qılmaq – qəbul etmək, təsdiq etmək
131
Sərzəniş – qınama, tənə
132
Bərfərz – tutaq ki
133
Xəridar – satın alan, alıcı, müştəri
134
Dadü sitəd (sitad) – alver
135
Kəm – az, cüzi
136
Ziyad – artıq
137
Təzvir – hiylə
138
Şüğl – sənət, peşə, iş
139
Dəxl – girmə, girişmə, qarışma, müdaxilə etmə
140
Əxz etmək – almaq, əldə etmək, mənimsəmək
141
Lövhi-saf – təmiz beyin, saf qəlb
142
Münəkis – əks olunmuş
143
Batini-şum – pis ürək
144
Nəqşi-xəta – yanlış hərəkət
145
Müstəhəqq – həqiqi, layiq
146
Qəbih – pis, yaramaz
147
Qəryə – böyük kənd, kiçik şəhər