ТОП просматриваемых книг сайта:
Məktəb şagirdlərinə tohfə. Mirzə Ələkbər Sabir
Читать онлайн.Название Məktəb şagirdlərinə tohfə
Год выпуска 0
isbn 978-9952-311-20-4
Автор произведения Mirzə Ələkbər Sabir
Издательство TEAS PRESS
Elmsizlik bəlası
Müşkül olur, həqiqət.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
Məktəbdə var şərafət,
Dəftərdə var lətafət.
Cari olur qələmdən
Şirin-şirin hekayət.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
Allah olsun sədiqin31,
Məktəb sənin şəfiqin32;
Dur məktəbə get, oğlum,
Dəftər sənin rəfiqin.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
Müəllimin kəlamın
Al, saxla ehtiramın;
Həqdən edər təmənna
Məktəbinin dəvamın.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
Elm öyrən, imtəhan ver,
Öz fəzlini33 nişan ver;
Qədrin bil elmü fəzlin,
Elmin yolunda can ver.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
ELMƏ TƏRĞİB
Elmin izzəti34 payidar olur,
Cəhlin35 nikbəti36 canşikar37 olur;
Hər kəs elm oxur, bəxtiyar olur,
Millət elm ilə bərqərar olur.
Oxuyun, əzizlər, oxumaq zəmanıdır!
Oxumaq hər adəmin ədəbi nişanıdır!
Elm ilə sərfəraz38 olmasaq biz,
Cümlədən biniyaz39 olmasaq biz, –
Bizdə fəxrü mübahat40 olurmu?
Qeyrilərlə müsavat41 olurmu?
Hər bir taifə bir səyaq ilə
Çatdı izzətə ittifaq ilə,
Düşdük zillətə biz nifaq ilə,
Məktəb açmalı iştiyaq42 ilə.
Oxuyun, əzizlər, oxumaq zəmanıdır!
Oxumaq hər adəmin ədəbi nişanıdır!
Sidq43 ilə əl-ələ çatmasaq biz,
Qəfləti bir tərəf atmasaq biz, –
Bizdə hərgiz44 səadət olurmu?
Səbqət45 etməkdə qüdrət olurmu?
İslamiyyətə iftixarımız –
Sünni-şiəlik oldu karımız,
Getdi şənimiz46, etibarımız,
Varmı rütbəmiz, iqtidarımız?
Oxuyun, əzizlər, oxumaq zəmanıdır!
Oxumaq hər adəmin ədəbi nişanıdır!
Doğru bir ittihad47 etməsək biz,
Birliyə etiqad etməsək biz, –
Bizdə şərti-üxüvvət48 olurmu?
Dini-islamə xidmət olurmu?
UŞAQ VƏ BUZ
Dərsə gedən bir uşaq
Çıxdı buz üstə qoçaq;
Sürüşdü birdən-birə,
Durdu uşaq, neylədi?
Buza belə söylədi:
Düşdü üz üstə yerə.
“Sən nə yamansan, a buz!
Adam yıxansan, a buz!
Az qalıb ömrün sənin,
Yaz gələr, artar qəmin:
Əriyib suya dönərsən,
Axıb çaya gedərsən!”
YAZ GÜNLƏRI
Gəl, gəl, a yaz günləri!
İlin əziz günləri!
Dağda ərit qarları,
Çaylar daşıb sel olsun,
Taxıllar tel-tel olsun.
Bağda ərit qarları:
Ağaclar açsın çiçək,
Yarpağı ləçək-ləçək.
AĞACLARIN BƏHSİ
Alma, palıd, şam ağacı hal ilə
Eylədilər bəhs bu minval ilə:
Başladı tərifə palıd qamətin,
Öydü özün, zorbalığın, halətin:
“Yetməz olur, – söylədi, – dağlar mənə,
Layiq olur fəxr edə bağlar mənə;
Az qala başım yetişir göylərə,
Şax budağım kölgə salıb hər yerə;
Əssə külək, qopsa da tufan, yenə
Əyməyə əsla gücü çatmaz mənə;
Canlıcadır, zorbacadır baldırım,
Sındıra bilməz məni heç ildırım!”
Alma ağacı ona verdi cəvab:
“Eyləmə tərif özünü, ey cənab!
Zorbadı hərçənd ki, qəddin sənin,
Yox mənə tay olmağa həddin sənin;
Səndə bitər bir neçə vecsiz qoza,
Ancaq o da qismət olur donquza.
Məndə, vəli Скачать книгу
30
Kəsb – qazanma, əldə etmə
31
Sədiq – dost, doğru və həqiqi dost
32
Şəfiq – şəfqətli
33
Fəzl – kamal, mərifət
34
İzzət – əzizlik; qiymət, qüdrət, hörmət
35
Cəhl – nadanlıq, bilməzlik
36
Nikbət (nəkbət) – bədbəxtlik, iqbalsızlıq, fəlakət
37
Canşikar – can ovlayan, can alan
38
Sərfəraz – başı uca, yüksək
39
Biniyaz – ricasız, duasız, itaətsiz
40
Mübahat – iftixar, fəxr, öyünmə
41
Müsavat – bərabərlik
42
İştiyaq – həvəs
43
Sidq – doğru, düzgün, həqiqət
44
Hərgiz – heç vaxt
45
Səbqət – keçmə, ötmə, o biriləri geri qoyaraq qabaqda getmə
46
Şən – şöhrət, hörmət
47
İttihad – birlik, ittifaq
48
Üxüvvət – qardaşlıq, dostluq, səmimiyyət