Скачать книгу

olduğu kimi yenə, divarda asılı olan ayəti-kərimə və üstündə ibrətli sözlər yazılmış çərçivəli böyük şəkilləri oxuyacağı başa düşülürdü. O, otağının divarlarını lazımsız rəsmlərlə bəzəməyi xoşlamırdı.

      Hər dəfə baxanda insan olduğunu ona xatırladacaq bu lövhələri, ən qiymətli sənət əsərlərindən, ən dəyərli yağlı boya peyzaj və portretlərdən daha qiymətli, daha dəyərli, daha lazımlı və daha faydalı kimi görürdü. Bunun üçün oxuduğu qiymətli əsərdəki gözəl sözləri, imanlı bir rəssam dostuna, iri karton kağızların üstünə yazdırıb, otağının ən qiymətli əşyası kimi şüşəyə saldırıb geniş və bəzəkli çərçivələr içində

      divarlarını bu insanı vəcdə gətirən yüksək iman həqiqətləri ilə bəzəmişdi.

      Budur, indi də üstü müxtəlif kitablarla dolu olan şi-fonerin üstündə asılan lövhənin qarşısında dayanıb… Sanki onu ilk dəfə görürmüş kimi diqqətlə oxuyur:

      "Həyatın ləzzətini və zövqünü istəyirsinizsə, həyatınıza iman ilə həyat verin, fərzlərlə zinətləndirin. Və günahlardan çəkinməklə mühafizə edin."

      Sonra başqa bir lövhənin qarşısında dayandı və ən mahir bir rəssamın fırçasından çıxan şəhanə mənzərəli bir tabloya tamaşa edirmişcəsinə gözlərini lövhədəki yazıların üstündə gəzdirməyə başladı:

      "Ey zövq və ləzzətə mübtəla olan insan! Həqiqi zövq, ələmsiz ləzzət, kədərsiz sevinc və həyatdakı səadət təkcə

      imandadır. Və iman həqiqətləri dairəsi içində mövcuddur.

      Dünyəvi bir ləzzətdə isə xeyli qüssə-kədər var. Bir üzüm dənəsini yedirib, on dəfə sillə vurar və beləliklə həyatın mənası qalmaz"…

      13

      Bir rəsm sərgisini gəzirdi elə bil. Yavaş–yavaş növbə ilə

      şəkillərə baxmağa davam etdi. Hazırda qarşısında dayandığı lövhə onun ən çox sevdiyi lövhə idi. Yüksək səslə, ağır mənası olan sözləri hecalaya–hecalaya oxudu:

      "Ey nəfs! Bil ki, dünya sənin əlindən çıxıb. Sabah üçün isə ona malik olmağa əlində bir sənədin belə yoxdur. Elə isə

      həqiqi ömrünü – əlində olan bu gününü dəyərləndir və onun qədrini bil. Yaşadığın günün hər bir saatını dəyərləndir, onu xırda pul kimi gələcək üçün yaradılan axirət sandıqçasına –

      bir məscidə ya da bir səcdəyə at. Bir şeyi heç vaxt unutma: hər yeni bir gün sənə və hamıya yeni bir aləmin qapısıdır.

      Əgər namaz qılmasan, sənin o günki aləmin zülmətə qərq olar. Əgər namazını qılsan, o namazın ilə o aləmin nur-lanar”.

      Ruhunda yeni-yeni bahar iqlimləri açılırdı sanki Bilalın… Bülbül gülü gördüyü zaman necə ən gözəl nəğmələrini oxumağa başlayırsa, o da hər dəfə lövhələrin qarşısına keçəndə bu cür coşar, bu lövhələri ahənglə oxuyaraq sanki onlara qarşı olan sevgi və məhəbbətini izhar etməyə çalışardı.

      Budur, ona həyat yolunu göstərən başqa bir lövhə:

      "Əldə Quran kimi bir əbədi möcüzə var ikən, başqa bir yol axtarmaq ağlıma zail görünür.

      Əldə Quran kimi bir həqiqət yolu var ikən,

      Münkirləri ilzam üçün könlümə siqlət mi gələr?"

      Və nəhayət, gəlib incə və balaca bir çərçivədə yazılı olan bu tək cümləlik lövhənin qarşısında dayandı. Lövhədə "Ey özünü insan bilən insan! Özünü oxu!" – yazılmışdı. Niyəsə

      Bilal, ən çox bu tək cümləlik balaca lövhənin qabağında dayandı. Sanki üstündə səhifələr dolusu yazı var imiş kimi gözlərini lövhənin üzərindən uzun müddət ayıra bilmədi.

      14

      Yavaş-yavaş zehninin uyuşduğunu hiss edirdi. Geri dönüb taxta divana tərəf addımlayanda, özündən asılı olmayaraq ağ-zından yenə eyni sözlər çıxdı:

      "Ey özünü insan bilən insan! Özünü oxu"…

      Anasının cehizindən qalma, yuyulmaqdan rəngi solan, naxışlı yastıqları üst-üstə qoyaraq, taxta divanın üstünə

      arxası üstə uzandı. İki əlini başının altında daraqladı, gözlərini taxta xonçalı tavana dikdi, düşünməyə başladı.

      "Özünü oxu! …" xitabındakı incə mənanı uzun-uzadı düşünməyə başladı. İnsan özünü oxuya bilmək üçün mütləq şəkildə iman nuruna ehtiyac duymalı idi. Çünki bütün sirlər o nur ilə həll oluna bilərdi ancaq. "Ohh! …" deyə dərin bir nəfəs aldı. Dodaqlarında məsud bir təbəssüm gözlərini yumub Allaha xeyli şükür etdi. Onu iman nurundan məhrum etmədiyinə görə Rəbbinə qarşı ürəyi bir dəfə daha minnət və

      şükranla dol-du…

      Ürəyindəki imanın nuru ilə çox vaxt etdiyi kimi bir dəfə

      daha özünə baxdı. Bədənini düşündü. Səhərin ruha sərinlik verici şirin səssizliyi içində ürəyinin döyüntüsünə qulaq asdı uzun müddət. Sonra da damarlarında mütəmadi olaraq dövran edən qan. Sonra mədə, bağırsaq, ağciyər, qaraciyər, böyrək, öd, və s. kimi daxili bədən orqanlarındakı milyard-larla al və ağ yuvarlardakı həyat funksiyası verən fəaliyyət.

      Sonra bütün orqanların idarə mərkəzi olan beyin … Sonra ağıl, ruh, hiss və düşüncə kimi əllə tutulub gözlə görülə bilməyən gözəlliklər. Sonra dünya gözəlliklərinin tamaşası üçün dünyaya açılan iki kiçik pəncərə… Qulaqlar, burun, ağız, əllər və ayaqlar. Hər birinin ayrı-ayrı vəzifəsi! …

      Bədən… İnsan bədəni. Necə də böyük, necə də həssas bir maşın … Bəs bu maşının mühəndisi, ustası? …

      15

      Bədən … İnsan bədəni. Hər səhifəsi minlərlə hikmətlə

      dolu, ən bənzərsiz bir kitab. Bəs o kitabın yazarı? …

      Bədən … İnsan bədəni … Hər zərrəsi ayrı bir motivlə iş-lənmiş, nə incə bir naxışlar mənzuməsi … Bəs o baqi nəqqaş?

      …

      Bədən, insan bədəni. Heç bir memarın, heç bir mü-həndisin, heç bir ustanın, heç bir sənətkar və dünyadakı heç bir qüdrətin meydana gətirməyə müqtədir olmadığı, nə böyük, nə incə və nə şahanə bir sənət əsəri.Yaxşı, bəs onun sə-nətkarı?…

      Bəli, bəli… Demək insan, öz bədəninə iman nuru ilə baxsa, özünü oxuyur, öz mahiyyətini keşf edə bilirdi. Həm tək özünü yox, o nurun həqiqi sahibini – yəni Rəbbini, yəni Xaliqini, yəni özünə vücud libasını geydirən və ağıl, qəlb, ruh, iradə və düşüncə kimi yüksək lətifliklə məxluqatın ən şə-rəflisi, ən ucası olan Yaradanını da tapırdı.

      Kainat kitabının səhifələri, həmişə o nurla, iman nuru ilə tək-tək açılıb insan övladının qarşısında oxunurdu.

      Bitkilər, heyvanlar və nəhayət insanlar, gözlərinin qarşısında bir-bir rəsmi keçib getməyə başladı. Ürəyi şirin bir həzz, ülvi bir ürpərti ilə çırpınırdı.

Скачать книгу