ТОП просматриваемых книг сайта:
Ruh adam. Piter Kouter
Читать онлайн.Yaşlı müəllim qüvvətli bir hissiyatı ilə bu sözlərdən özü-nə pay çıxarmışdı. Sözdə təəssüf hiss edən insanların etdiyi ki-mi dərin bir ah çəkərək yerinə oturdu. Qəzetini oxumağa getdi. Ayişə məmnun idi. O da heç kimin onu narahat etməyini istə-mirdi. Başqalarının onunla məşğul olmasından sıxılırdı. Bir küncə çəkilərək çantasından Əbdülhaq Hamidin “Məqbər” əsə-rini çıxardı. Bu səhər liseyə gələndə evdən çıxarkən çantasına bu kitabı qoymuşdu. Nə üçün “Məqbər”i seçmişdi? Bunu bil-mirdi. Bir neçə dəfə oxuduğu, bəlkə yarısını əzbər bildiyi bu ki-tabın məchul tərəfi qalmadığı halda şüuraltı bir hərəkətlə “Məqbər”i götürmüşdü. Kim bilir, bəlkə də bir mərsiyə olduğuna görə onu seçmişdi.
Oxumağa başladı. Lakin elə ikinci misrada birdən-birə dayandı:
“Könlüm dolu ahuzar qaldı”…
Qəflətən bu misradakı hüznün ürəyinə işlədiyini fərq etdi. “Məqbər”in ən qeyri-adi, hətta dil baxımından nahamar olan bu misrasında nə vardı ki, ona bu qədər təsir edirdi?
Yoxsa özü romantik əhvali-ruhiyyədə idi?
Şeirlərin nə zaman təsirli olduqları haqqında bir az dü-şündü. Düşüncələr onu ildırım sürətilə çox uzaqlara apararkən beynində bir nöqtənin işıqlandığını hiss etdi sanki. İnsanlar öz duyğularına uyğun bir misradan, bir beytdən zövq alırlar, qəmlənirlər, kədərli olurlar. Ayişə könlünü yoxladı. Bu könül ahu-zar ilə doluydu. Amma bir fərqlə ki, Hamid, öz ahu-zarını fırtınalı bir fəryad halında dünyaya və zamanlara bağıra bildiyi halda, Ayişənin ahu-zarı könlünün sərhədləri içində məhbus qalmağa məhkum idi. Onu bu qədər duyğulandıran da yəqin bir dərd ortağının olmaması, hətta dərdini eşidən bir insanın ta-pılmaması idi. Bunu kəşf etdikdən sonra təkrar kitaba qapıldı:
Könlüm dolu ahu-zar qaldı …
Bir qəlbin ahu-zar ilə dolmasının nə demək olduğunu könlü rahat olanlar anlaya bilməzdi. Bütün liseyi əhatə edən bir zəng səsi Ayişəni xatirələrindən ayırdı. Əlli dəqiqə necə keçmişdi? Axı o, hələ “Məqbər”in ilk səhifəsində idi. Bəzən sürətli, bəzən yavaş keçən bu zaman nə nisbi məfhumdu! Başını qaldıranda cəbr müəllimiylə göz gözə gəldi və müəlliminin bayaqdan bəri onu süzməkdə olduğunun fərqinə vardı. Yaşlı müəllim ona yəqin nə isə deyəcəkdi. Lakin o hələ sözə başlamadan öncə otaq qapısı açıldı və dərsdən çıxan müəllimlər bir-bir gəlməyə başladı. Bunların çoxu üç il əvvəldən tanıdığı müəllimlər idi. Ayişəni qarşılamalarında və salamlaşmalarında belə gizli bir sünilik var idi. Bəziləri sanki heç bir şey olmamış, üç illik bir fəlakət dövrü gəlib keçməmiş və bu qədər iztirab çəkilməmiş kimi davranırdılar, süni görünən yüksək əhvali-ruhiyyə ilə danışaraq onu üzürdülər. Əriylə tanış olanların onun haqqında ağız açıb bir kəlmə soruşmamaları diqqət çəkirdi. Şükür ki, bu cansıxıcı mərasim uzun müddət davam etmədi. Göstərdiyi rəsmiyyət, lazımsız hərəkət edənləri yanından uzaqlaşdırdı və əlində “Məqbər”ilə Ayişə, pəncərənin yanındakı kətilində tək qaldı. Həyətdən uşaqların səsləri gəlir, bəzi adlar tanış idi. Ayağa qalxıb bağçaya baxsa, bir çoxunu tanıyacaqdı, şübhəsiz. Lakin özünü göstərməkdən çəkinərək qalxmır, oturduğu yerdən göyə və üfüqlərə baxaraq, düşüncələrə dalırdı. Üç ildir sərf etdiyi zehni fəaliyyət onda şüuraltı hərəkətləri çox oyandırmışdı. İki şeyi birdən düşünə bilir, ilk əvvəl fərqinə varmadığı ikinci düşüncə bir az sonra bütün aydınlığı ilə özünü büruzə verirdi.
Ayişə üfüqlərə baxarkən ''Beynimdə nəsə var'' –deyə düşündü və çox keçmədən bunun nə olduğunu tapdı. Bir-iki dəqiqədən bəri bir çox qızlar müəllim otağına girir, guya müəllimlərdən nəsə soruşurlarmış kimi davranıb ona baxırdılar. Yeni bir müəllim gəldiyi vaxt təkcə maraqdan yaranan bu hərəkət bu gün başqa bir məna daşıyırdı. Ayişə bu məna ətrafında düşündü. Onu da tapdı. Bu, həsrət və ya nifrət ola bilərdi. Bunu analmaq üçün birdən-birə dözülməz bir istək hiss etdi. Bu istəklə başını çevirərək qapı tərəfə baxdı. Üç gənc qız bir müəllimlə danışır və guya özləri də fərqində olmadan onu süzürdülər. Ayişə həsrətləmi, nifrətləmi qarşılanacağını anlamaq istəyincə artıq bütün cəsarətini toplamışdı. Bu cəsarətlə qara önlüklü, ağ yaxalı qızlara baxdı və onlarla göz-gözə gəldi. Bu baxışları çox sevimli və sevincli idi. Könlü ahu-zar ilə dolu olan ədəbiyyat müəllimi, ruhunun qaranlıq hücrəsində bir işığın açıldığını və oradan da içəri işıq və sərinlik yükləndiyini hiss etdi. Gözlərini üç gözəl qızın üzlərində və saçlarında gəzdirdi. Sağda və solda dayananları dərhal tanıdı. Üç il əvvəl kiçik bir uşaq kimi arxada qoyub getdiyi bu şagirdlər dəyişərək incə, gözəl, mənalı, əndamlı gənc qızlara çevrilmişdilər. Adlarını xatırlamırdı, amma bütün halları, çalışqanlıqları, dəcəllikləri, hətta sinifdə oturduqları yerləri belə kino lenti kimi gözünün qabağından keçirdi. Bu iki gənc qız da sanki o dəqiqədə eyni şeyi düşünürmüş kimi yüngülcə gülümsədilər və başlarıyla Ayişəni salamladılar.
Ortadakı qız utancaq bir təbəssümlə baxır və ara-sıra ba-şını qabağa əyirdi. Ayişə onu da tanımağa çalışırdı, lakin xatırlaya bilmirdi. Zehnini yorarkən bəzən də az qala tanıyacaqmış kimi bir hiss yaranırdı, lakin kim olduğunu heç cür tapa bilmirdi. Rəngi uzaqdan aydın olmayan və bənövşələrə bənzəyən gözləriylə, gur və açıq qumral saçlı, lakin xüsusilə utancaq təbəssümüylə bir şeir kimi gözəl olan bu qızda, baxdıqca özünü müəyyən edən bir xüsusiyyət var idi. Ayişə bu xüsusiyyətin nə olduğunu anlamaq üçün ona baxarkən, daha doğrusu, onu araşdırarkən göz-gözə gəldilər. Bir az əvvəl utancaq və qaçaq baxışlar atan bənövşəyi gözlərin mənası dəyişdi. Yırtıcı bir hal aldı. Lakin üç ildən bəri ruh mütəxəssisi halına gələn Ayişə bu yırtıcılığın ona qarşı olduğunu anlamaqda gecikmədi. Bu sərt baxışlar ətrafa meydan oxuyurdu. Ayişə Pusat bənövşəyi gözlü qızın ona güldüyünü və içində utancaqlıqdan əsər olmayan bir rəftarla salam verdiyini görüncə birdən-birə bu məchul qıza qarşı bir sevgi hiss etdi. Özü də gülümsədi. Eyni açıq və səmimi rəftarla, verilən salamı aldı. Bir neçə saniyə içində gözlərlə aparılan bu gizli söhbəti təkcə cəbr müəllimi Rza bəy görmüşdü.
Qadın müəllimlərin, ətrafı unudacaq və görməyəcəkmiş kimi hərarətlə havadan, sudan danışdıqları bir vaxtda o, Ayişə Pusata və qızlara baxmışdı. Hər şeyi görmüşdü, nəticədən də məmnun olmuşdu. Bu məmnuniyyətin doğurduğu qeyri-ixtiyari bir hərəkətlə ayağa qalxaraq Ayişəyə yaxınlaşdı. Köhnə müəllimliyin verdiyi diqqətsiz bir rəftarla:
–Ayişə! Son siniflərə dərsin varmı?– deyə soruşdu.
–Var, bəli.
–Çox gözəl. Xüsusilə dəqiq elmlər şöbəsindən çox məmnun qalacaqsan.
Ayişə bütün müəllim otaqlarının bitib tükənməz çəkişmələr mövzusu olan dəqiq-humanitar elmlər iddiasını xatırlayaraq gülümsədi. Rza bəy bu təbəssümün səbəbini anlamışdı.
–Xeyr,