Скачать книгу

direktorunun – (bu işin agentlikdə ən çətin iş olduğunu düşünürəm) ən önəmli vəzifəsi müştərinin mükəmməl işin müvəffəqiyyətin açarı olduğuna və mükəmməl işin yaxşı işdən daha çox uğur qazanacağına inandırmaq olduğunu düşünürəm. Müştəri direktoru, agentliyin mükəmməl işlər bacarması mövzusunda israrçı olmalıdır.

      Ən sonda əgər işi sata bilsək, qazanan biz olarıq. Agentliyin kənara çıxıb, daha çox iş satmasını istədiyi insan da biz olarıq. Axırda tapın görüm nə baş verər? Daha çox pul qaza-narıq.

      Bəzi istisnalar olmaqla agentlik həyatının bir həqiqəti var ki, bir agentlikdə ən çox qazananlar ən yaxşı təqdimetməni bacaranlardır. Öz işlədiyiniz yeri düşünün. Doğru deyirəm elə deyilmi?

      Təqdimatda bacardığınız qədər yaxşı olmalısınız. Karye-ranız buna söykənir. Sektorun liderlərindən olan və fantastik 16

      təqdimatlar edən “The Martin Agency”-nin icraçı direktoru Con Adams mənə bir dəfə belə demişdi: “Məncə bu agentlikdə hər-hansı birinin sahib ola biləcəyi yeganə qabiliyyət təqdimetmədir”.

      Brendsenter ilk dərs ilini tamamlayan tələbələri hər yay tələbə təcrübəsi üçün dünyanın 4 tərəfinə göndərir. Tələbələr sektorun ən parlaq adlarının yanında təhsil alırlar. Onlara şagirdlik təcrübəsi haqqında sual verdiyim zaman dəfələrlə

      bu ifadəni eşitməyim diqqətə layiqdir: “Bilirsiniz bu yay, onunla, bununla işlədim, əslində çox yaxşı kreativ direktor hesab edilir, amma həqiqətən o qədər yaradıcı olduğunu düşünmürəm.” Mən də: “Bəs həqiqətən hansı sahədə daha yaxşıdır?” – deyə soruşuram. “Mükəmməl təqdimatlar edirdi” – deyə cavab verirlər.

      REKLAMLARINIZI REKLAM EDİN

      Ölkənin dörd tərəfində yaradıcı qruplardan eşitdiyim ən böyük şikayət böyük ehtimalla budur: “Heç bir fikrin həyata keçməsini təmin edə bilmirəm”.

      Populyar bir kreativ direktor ola biləcəyinizi düşünürsünüz? İşinizin həyata keçməsini təmin edərək. Və bunun yeganə yolu müştərini problemlərinin doğru cavabının təq-dimetdiyiniz iş olduğuna inandırmaqdır.

      Baxın bu da müştərini fikirlərizin doğru olduğuna inandırmağı düşünmək üçün faydalı bir yoldur: Reklamlarınızı reklam edin. Masanın digər tərəfində əyləşən insanın, sizin kimi hiss etməsini təmin edə bilmədiyiniz müddətcə o, fik-rinizin nə qədər yaxşı olduğunun fərqində ola bilməz. Bu insan sizin kreativ direktorunuz, müştəriniz, potensial müştəri və ya kim olur-olsun. Onlara fikrinizi anlamaları üçün kömək etməlisiniz. Bir mətn yazarı, sənət rejissoru, planlayı-17

      cı, texnologiya mütəxəssisi və ya müştəri direktoru olmağınız fərq etməz, siz yaradıcı sahədə işləyən yaradıcı bir in-sansınız. Qrupunuzla birlikdə fikriniz üzərində bacardığınız qədər çox çalışırsınız. Buna baxmayaraq, agentliklərin çoxu işlərini necə təqdim edəcəyi mövzusunda iclasa gedən zaman avtomobildə danışır. Bu həqiqətən belədir. Bunu dəfələrlə eşitmişəm. Halbuki, daha yaxşı bir yol var. O fikri necə

      satacağınızı tapmağa bir az zaman ayırın. İş qurarkən göstərdiyiniz yaradıcılığı və əməyi onu satmaq üçün də göstərin. Reklamınızı reklam edin. Fikrinizə yaşaması üçün bir şans verin. O sizin övladınızdır. Ona ürəyinizi və ruhunuzu vermisiniz. Bir hava atışı ilə5 işi masanın digər tərəfindəki insanın sevib sevməməsinə buraxmamalısınız. Fikrinizi sevib sevmədiyi mənim üçün əhəmiyyətli deyil. Sadəcə bunun doğru fikir olduğunu və bizim markanın hədəflərinə çatma-sı üçün nəyin lazım olduğunu bildiyimizi anlamasını istəyirəm. Vəziyyəti idarəetməni əlinizə almalı və onu buna inan-dırmalısınız. Yəni işi yaratmağa sərf etdiyiniz zamanın ən azından bir hissəsini, o işi satmanın bir yolunu tapmaq üçün istifadə edin. Bunu yaradıcılığın bir hissəsi olaraq görməyə

      çalışın. Və reklamlarınızı reklam edin.

      TƏSİRLİ BİR TƏQDİMAT NƏYƏ BƏNZƏYİR?

      Bəli, – artıq mükəmməl təqdimetmələr edən biri olmağın niyə əhəmiyyətli olduğunu bilirik. Yaxşı, bəs bunu necə

      edəcəyik?

      5 Hava atışı basketbol oyunu başlayan zaman topun havaya atılmasıdır. Hər dəstə-dən bir oyunçu topa tərəf qaçar və topu tuta bilən oyunçunun dəstəsi oyuna başlayar.

      18

      1. Bu bir söhbətdir, sadəcə siz daha çox danışırsınız. Bir çox insan bunu başa düşməkdə çətinlik çəkir. Nə zaman agentlikdə işləyən insanlarla işləsəm bunun belə olduğunu görürəm. Təqdimetmə zamanı “real həyatda” olduqlarından

      “fərqli” olmağa çalışırlar, çünki bunun iş olduğu fikrindən imtina edə bilmirlər. Eyni zamanda “professional” görünmək istəyirlər. Halbuki sonda bacardıqları darıxdırcı olmaqdır. Atelyelərdəki insanlarla üz-üzə oturub təqdimetmələri nəzərdən keçdirdiyimiz zaman nə qədər darıxdırıcı olduqlarını gördükləri zaman dəhşətə gəlirlər. Darıxdırıcı olmaq təqdimetmə ilə məşğul olan insanın ola biləcəyi ən pis şeydir. Təqdimetmənin ölümcül səhvidir. Əgər darıxdırıcısı-nızsa, təqdimetmə etdiyiniz insanların zamanını boşa xərclə-yirsiniz və buna görə sizə nifrət edəcəklər. “Professional”

      olmağı unudun və özünüz olmağa çalışın. Əsl özünüz. Təq-dimetməniz məclis binasının pillələrində verilən bildiriş və

      ya siyasi bir iclasda edilən nitq təsəvvürü yaratmamalıdır.

      Nə də qulağa dərs kimi gəlməməlidir. Restoranda dostunuzun qarşısında danışırmışsınız kimi danışmalısınız.

      Hamımız bunu yaşamışıq. Bir iclasda oturduğumuz zaman, bizi qəti maraqlandırmayan, ancaq natiq üçün çox önəmli olduğu bəlli olan bir şey haqqında mırıldanarkən tez bitsin deyə dua etdik. Halbuki o qədər soyuq, o qədər rəsmi, o qədər “professional” olmasaydı bəlkə də problem olmazdı.

      Öz dünyasına dalmasaydı, bizə dərs verməsəydi.

      Bu cür adam olmayın. Bunu nə qədər qeyd etsəm azdır.

      Sadəcə bizimlə danışın. Ən yaxşı təqdimat edənlər bunu bilirlər və təqimetmələri belə edirlər.

      Mövzuya və ya mühitə uyğun olaraq səsimizin tonunu və gücünü artırmağın lazım olduğunu deməyə ehtiyac da yoxdur. Veqasda 5 min avtomobil satıcısına xitab edərkən, səsimiz maşının digər tərəfindəki iki nəfərlə media planını 19

      müzakirə edərkən olduğundan daha gur olmalıdır. Amma bu hələ də söhbətdir. Etməyiniz lazım olan iş vəziyyətə uyğun bir tarazlıq yaratmaqdır.

      2. Özünüz olun.

      Mükəmməl təqdimat edənlər, öz slaytlarını oxumurlar.

      Bunun haqqında daha sonra uzun-uzun danışacağam, am-ma burada da deməyə icazə verin, onsuz da nə qədər de-səm azdır.

      Mükəmməl təqdimat edənlər, hamımızın sadəcə insan olduğunu bilir. Bəzi səhvlər edə bilərik. Bir neçə dil sürüş-məsi ola bilər. Bunda problem yoxdur. Həqiqətən,

Скачать книгу