ТОП просматриваемых книг сайта:
Ey insanlar, hamınız türksünüz!. Gene D. Matlock
Читать онлайн.Название Ey insanlar, hamınız türksünüz!
Год выпуска 0
isbn
Автор произведения Gene D. Matlock
Издательство Hadaf Neshrleri
1. Buddizm və ya hər bir fərdin öz rahibi və xilaskarı ola bilmək cəhdi;
2. Brahmanizm və onun icmasına keşiş və rahib zümrəsi tərəfindən kütləvi nəzarət. Bu, Sati kimi vəhşətlə-rə, qanlı qurbanlara, iğtişaşlara, hər cürə savaşa və faciəli talelərə səbəb olan ictimai nəzarət növüdür. Heç bir halda 7 “Qədim Misirlilər və bürclər” (Odri Fletçer, Adelaida) 8 Yazıçı burada Babili çaxnaşma mənasında qeyd edib (Ö.U.H tərc.) 25
rahiblər icmaları idarə etməməlidirlər. Zamanından asılı olmayaraq bu həmişə qorxunc nəticələr verir. Əgər fərd öz “seçimlərini edə bilmə” hüququna sahibdirsə, Belin qəzəbinə tuş gəlməyəcək.
Skeptiklər mənə tez-tez deyir ki, türk-sanskrit Baleva/Balavanın bizim tanrımız İnanc/Belief ilə heç bir əlaqəsi yoxdur. Hansısa sözün etimologiyasını araşdıranda o söz öz mənası ilə mütləq tutuşmalı, yaxud da öz indiki mənasının zehni, ya da fiziki rəmzi olmalıdır. Məsələn, əgər bir dildə “got” kimi “sahib olmaq” mənasında işlənən söz tapıramsa, onun “Yaradan” mənasındakı “God”
(Tanrı) ilə əlaqəsiz olduğunu başa düşürəm. Əgər adı varsa, oyunu da o udacaq. Əgər oyunu udursa, adı da olmalıdır. “İnan”mağın əksər hallarda nə məna verdiyini öz-özünüzə soruşun. Mən soruşdum. İnanc, biz insanların, özümüzü Atadan və üç təslisdən ayrı tutduğumuz vaxt içində olduğumuz davranış və zehni fəaliyyət formasıdır.
Dindar, radikal, aqnostik, dünyəvi, skeptik, ateist və s.
olaq, ya da olmayaq, fərq etməz. Biz “inanıram”, ya da
“inanmıram” deyəndə, dərhal Tanrı Belə ibadət vəziyyətini alırıq. Zarafat edərkən belə, bu sözü deyəndə birbaşa, hamının qarşısında və xüsusi olaraq: “Mən ilahi Həqiqət-dən bixəbərəm. Mən onun həqiqi biliyinə malik deyiləm.
Ataya və Müqəddəs kitaba yenidən bağlanmaq istəyi duymuram. Mən təkcə qanı, həngaməni və çaxnaşmanı bilirəm”, – söyləmiş oluruq.
Hansısa ateist Müqəddəs Təslis haqqında nə qədər məlumatsız olmasından, onu qəbul, ya da inkar etməyin-dən asılı olmayaraq, ateist olduğunu söyləyəndə, Belin (ikincil tanrı) gerçək müridi, vəhşi baxışlı və onun fanatik mömini olduğunu bütün dünyaya elan edir. Təbiət bizim 26
hansı dinə və dini cəmiyyətə aid olduğumuzu bildirmə-yimiz üçün təkid edir. O bunu başqa yolla əldə edə bilməz. Heç kim Torpaq ananı aldada bilməz. O, hinduizmin saysız-hesabsız məzhəbi, xristianlığın 24 min təriqəti, buddizm, ya da digərləri haqqında heç nə bilmir; kimin doğru, kimin yanlış olduğunu da bilmir. Lakin O, gördüyünüz işlər və fikirləriniz vasitəsilə ruhunuzda Müqəddəs Təslisin (üç üqnumun) hansı dayanıqsızlıqlarının olduğunu deyə bilər.
Əgər Üç üqnumun tamamilə isbat edilməsi mümkün olan elminə yeni başlayan tələbəsinizsə, bu kitabın əsasən təslis (üçlü) inancının üzərində dayandığını bilməlisiniz.
Bütün gücümlə zehninizin bu məqsədə yönəlməsinə çalışacağam.
İnsanlardan qurban vermək istənilir. Lakin təkcə biri qan və vəhşət istəyir: Bel. Bütün bu qarışıqlığın yuxuda və ya oyaq olduğunuz hər ana nəzarət etməsini istəyirsi-nizmi? Əgər istəyirsinizsə, şimal-cənub istiqamətində yatın. Əmin olun ki, vicdansız siyasətçilər, iş adamları, cinayətkarlar və məhkumlar da belə edirlər. Bunu etsəniz, əs-la “məyus olmayacaqsınız”. Müqəddəs istiqamətlərin bu sirrini növbəti bölümlərdə izah edəcəyəm.
İnsan oğlu Cənnətdən (insanın ilk yaşayış məskənin-dən) qovulanda qaynağa geri qayıda bilmək üçün yavaş –
min il davam edən bir mübarizəyə başlamaq məcburiy-yətində idi. Çox keçmədən anladı ki, əvvəlkindən fərqli olaraq, Tanrı bunu onlara əsla gümüş sinidə təqdim etməyəcək. Gerçəyi və çətin yolu öyrənməyə məcbur idi.
Qaynağa dəyişilməz şəkildə bağlı olduğunu unutmağa başladı. Fərd (eqo) olaraq düşünmə və davranmanın, öz 27
icması daxilində kollektiv zehniyyətin normal və düzgün olduğuna inandı. Ancaq o normal və düzgün deyildi!
Bu səbəblə Təbiət kainatın sahibi olmasına mane olmaq üçün ağıla gələn və gəlməyən hər cür əngəli insan oğlunun yoluna qoydu. Dünyada başımıza gələn və gələcək bəlaların çoxu insanın öz xislətindən, inadkar, pis niyyətli və kinli israrlarından irəli gəlir. Bir çox insan inancı uğrunda ölə bilər. Biz qədim Türkiyə və Hindistanda bunun edildiyini dəqiq bilirik. Belə bir ağılsızlığa nəyin səbəb olduğunu özünüz təxmin edin.
Xüsusi araşdırma aparmadan bir çox insanın özünə
güvənərək, burada yazdıqlarım haqqında “mən buna inanmıram!” deyəcəyini bilirəm. Bu insan hazır olana qədər Təbiətin onu dünyəvi gerçəyi kəşf etməkdən uzaq tutma üsuludur. Bu onların savaşa, narahatlığa və ictimai se-paratizmə səbəb olan adamlara qarşı hörmət və simpatiya duyduğunu göstərir. Bu söz haqqında həqiqəti nə vaxt öyrənəcəyik?
Bu qoca dünyada hələ körpə olan insanlığın sağlam həqiqətlərlə qarşılaşmaq üçün yetərli bilik sahibi olmadığını başa düşürəm. Buna görə də, hamımız əslində Bel olan “ikincil tanrı”ya alçaldıcı bir ibadət içində əzilirik.
Bu ifadəyə görə utancdan ikiqat olsam da, etiraf etməliyəm ki, hər kəs kimi mən də bunun içində həbs olmuş vəziyyətdəyəm. Bu termini söyləmədən ağzımı da açmaram. İnsanlarla danışanda tez-tez məndən “ikincil tanrı”nı nə üçün bu qədər önəmsəmədiyimi soruşurlar.
Lakin bu, məndən asılı deyil. Mən də yazıqcasına biliksi-zəm. Xəbər verilişlərində siyasətçiləri və din “alimləri”ni dinləyin. “İnanc”larını dünyaya çatdırmaq üçün həddindən artıq səxavətlidirlər. Ancaq tanrı Balevanın bizim 28
həbsxana nəzarətçimiz olduğu gerçəyi ona ibadət etməyimiz üçün bəhanə ola bilməz. İnsanlığın inkişafını sürət-ləndirməli və özümüzü bu iyrənc bataqlıqdan xilas eməliyik. Özümüzü Ataya və Müqəddəss ruha möhkəm bağ-lamalıyıq. Üç üqnumun mənasına sədaqətlə bağlanmalı-yıq.
Tutaq ki, siz də mənim kimi, inanc/inancsızlıq məsələsinin uyğunsuz və təhlükəli bir vəziyyət olduğu ehtimalını qəbul etmək niyyətindəsiniz. Bəs onun yerinə nə qoymaq olar? Mən Kabbala ruhu ilə yaşamağı tövsiyə edirəm. Bu, “qəbul etmək” anlamındadır. Nəyin isə və ya kiminsə bizim zehnimizi ələ keçirmək istədiyindən şübhə-lənəndə aşağıdakı ifadələri söyləyərək, qarşımızdakını bu ehtimalı təsdiqləməsi üçün hazırlamalıyıq:
“Qəbul edirəm ki, kosmosdan buraya yaşıl adamların gəlməsi mümkündür.
Qəbul edirəm ki, təqsirləndirilənin bu cinayəti işləmiş olması mümkündür.
Qəbul edirəm ki, sənin günahkar olmamağın mümkündür.
Şübhələnirəm/Zənn edirəm ki, bu yeni siyasi ideolo-giya insanlıq üçün yaxşı deyil.
Şübhələnirəm/Zənn edirəm ki, bu avtomobil