ТОП просматриваемых книг сайта:
Amerika faciəsi . Теодор Драйзер
Читать онлайн.Название Amerika faciəsi
Год выпуска 0
isbn
Автор произведения Теодор Драйзер
Издательство Hadaf Neshrleri
Miss Saundres Biq Bitern gölündə baş verən hadisə haqqında nə eşitmişdisə, hamısını artıq Meysona danışmışdı və Meyson da müstəntiq Xeyt kimi dərhal başa düşmüşdü ki, bu cinayətlə əlaqədar olaraq qalxacaq səs-küy onun üçün çox əlverişlidir. Bu hadisə onun sarsılmış siyasi nüfuzunu möhkəmlətməyə imkan yaradacaq və hətta, yəqin ki, bütün gələcəyinin məsələsini həll edəcəkdir. Hər halda, prokuror bu məsələ ilə son dərəcə maraqlanmışdı. İndi Xeyti görərkən, bu məsələ ilə çox maraqlandığını gizlətmədi.
Hə, işlər necədir, polkovnik Xeyt?
Mən elə bu saat Biq Bitern gölündən gəlirəm, Orvil. Mənə elə gəlir ki, sizin üçün elə bir iş tapmışam ki, vaxtınızı bir az bu işə sərf etməli olacaqsızınız.
Lakin Xeytin iri, dəmbərə gözləri, heç bir şey ifadə etməyən bu müqəddimədən daha mühüm şeylər söyləməkdə idi.
– Siz göldə baş verən bədbəxt hadisənimi nəzərdə tutursunuz?
– Bəli, Ser, elədir ki, var.
– Burada nə isə bir cinayət işləndiyini düşünmək üçün, sizin əlinizdə əsas vardırmı?
– Bilirsinizmi, Orvil, mən bunun qətl olduğuna heç şübhə etmirəm. – Xeytin tutqun gözləri işıldadı –Əlbəttə, hər şeydən əvvəl ehtiyatlı olmaq lazımdır və hələlik bu fikir öz aramızda qalmalıdır. Doğrudur, mən hələ oğlanın meyidinin gölün dibindən tapılıb çıxarılmayacağına tamamilə əmin deyiləm. Lakin bunlar hamısı, məncə, çox şübhəlidir, Orvil, dünən və bu gün azı on beş adam, uzun qarmaqlarla gölün cənub hissəsini axtarmışlar. Mən bir neçə nəfərə müxtəlif yerlərdə suyun dərinliyini ölçməyini tapşırmışdım, – gölün dərinliyi heç bir yerdə iyirmi beş futdan artıq deyildir. Amma bu vaxta qədər o adamdan heç bir əsər tapılmamışdır. Qızı isə dünən saat birdə tapıb çıxarıblar, onun meyidini o qədər də çox axtarmaq lazım gəlməyib. Özü də, o çox gözəl qızdır. Orvil, lap gəncdir, ona on səkkiz, iyirmi yaşdan artıq vermək olmaz. Lakin işdə şübhə doğuran bir neçə məsələ vardır ki, mən bunlara əsaslanaraq güman edirəm ki, göldə, qızla gəzən gəncin meyidi yoxdur. Doğrusunu desəm, mən yırtıcı bir cinayətə bu qədər oxşarı olan heç bir başqa hadisəyə rast gəlməmişəm.
Xeyt bunu deyərək, çox köhnə və əzik pencəyinin sağ cibini axtarmağa başladı və nəhayət, oradan Robertanın məktubunu çıxartdı; o, məktubu dostuna uzadaraq, stullardan birini çəkib oturdu, prokuror isə məktubu oxumağa başladı.
–Elədir, – deyə Meyson, məktubu oxuyub qurtardıqdan sonra təsdiq etdi. – Çox şübhəli işdir. Demək, o adam hələ də tapılmamışdır… Bəs bu qadını necə, görmüsünüzmü? O qadın, bu məsələ barəsində nə bilir?
–Yox, Orvil, o qadını mən hələ görməmişəm, – deyə Xeyt ağır-ağır və fikirli bir halda cavab verdi, özü də nə üçün görmədiyimi bu saat sizə deyərəm. Mən hələ dünən bu qərara gəldim ki, yaxşısı budur, əvvəlcə bu barədə sizinlə məsləhətləşim və yalnız bundan sonra bu işlə məşğul olmağa, bir tədbir tökməyə başlayım. Siz özünüz indi siyasi vəziyyətin nə halda olduğunu bilirsiniz. Əgər belə bir işi məharətlə başa çatdırmaq mümkün olsa, bu payız əfkari-ümumiyyəyə xeyli təsir göstərmək olar. Mən, əlbəttə, siyasəti belə bir cinayətlə qarışdırmaq fikrində deyiləm, amma yenə də nə üçün biz bu işi elə aparmayaq, elə başa çatdırmayaq ki, sonra o, bizim göstərdiyimiz bir xidmət kimi qeyd olunmasın? Buna görə də mən əvvəlcə sizinlə danışmağı qərara aldım. Əlbəttə əgər istəsəniz mən o qadının yanına gedə bilərəm. Ancaq məncə, siz özünüz ora getsəniz və o gəncin kim və nəçi olduğunu aydınlaşdırsanız, daha yaxşı olar. Əgər belə bir işi başa çatdıra bilsək, bu məsələnin siyasi nöqteyi nəzərdən nə demək oluğunu siz özünüz məndən yaxşı bilirsiniz. Mən isə bilirəm ki, siz belə bir işin öhdəsindən gələ bilərsiniz, Orvil.
– Təşəkkür edirəm, Fred, təşəkkür edirəm, – deyə Meyson çəpəki bir nəzərlə dostuna baxaraq və əlindəki məktubla stolu döyəcləyərək, təntənəli bir surətdə cavab verdi.-Mənim haqqımda belə bir rəydə olduğunuz üçün sizə ürəkdən minnətdaram. Məncə, siz ən doğru bir yol seçibsiniz. Sizdən başqa bu məktubu görən olmadığına əminsinizmi?
– Yalnız konverti görən olmuşdur. Həm də onu bircə nəfər, mehmanxananın sahibi mister Xabbard görmüşdür. O mənə dedi ki, məktubu qızın paltosunun cibindən tapmışdır və mən gələnə qədər, məktubun yoxa çıxmasından və yaxud açılıb oxunmasından qorxaraq, götürüb gizlətmişdir. Onun dediyinə görə bədbəxt hadisə haqqında xəbər tutan kimi, dərhal burada bir iş olduğunu duymuşdur. Onun dediyinə gprə, cavan oğlan çox əsəbiləşirmiş və özünü çox qəribə aparırmış.
– Çox yaxşı, Fred. Hələlik bu məsələ barəsində heç kəsə heç bir şey deməyin, yaxşımı? Mən bu saat o qadının yanına gedirəm. Lakin bəlkə siz başqa bir şey də öyrənmişsiniz?
Mister Meyson lap dirçəlmiş və cuşa gəlmişdi, o dalbadal sual verirdi və hətta öz köhnə dostu ilə belə amiranə bir səslə danışmağa başlamışdı.
Bəli, az şey öyrənməmişəm, – deyə müstəntiq mənalı və ciddi bir ifadə ilə cavab verdi. – Orvil, qızın üzündə şübhəli qançırlar və zədələr vardır: sağ gözünün altı, sol gicgahının üstü, həmçinin dodaqları və burnu zədələnmişdir, görünür, yazıq qızı nə iləsə – daşla, yaxud ağacla, bəlkə də avarlardan birisi ilə vurublar; avarlar bir az o yanda suyun üstündə üzürmüş. Zahiri görünüşü etibari ilə qız lap uşağa oxşayır, çox kiçikdir və bilirsinizmi, Orvil, çox qəşəngdir… ancaq özünü yaxşı aparmamışdı. Bu saat məsələni izah edərəm. – Bunu deyərək müstəntiq susdu, cibindən böyük bir əl dəsmalı çıxartdı səs-küylə burnunu silib, sonra səliqə ilə saqqalını tumarladı. – Orada, həkim tapmağa vaxtım olmadı, amma bazar ertəsi burada meyidin yarılmasını təşkil etməyə və istintaqın başlanmasına çalışacağam. Mən artıq sərəncam vermişəm: Luç qardaşları qızın meyidini bu gün buraya gətirəcəklər, lakin üçüncü mil Buxtasında yaşayan iki nəfər ovçu ilə bir cavan oğlan uşağının verdiyi məlumat hamısından şübhəlidir: onlar cümə axşamı, axşamüstü ov etmək və balıq tutmaq üçün Biq Biternə gedirmişlər. Mən Erlə