ТОП просматриваемых книг сайта:
KAPİTAL. Siyasi iqtisadın tənqidi. Карл Генрих Маркс
Читать онлайн.Название KAPİTAL. Siyasi iqtisadın tənqidi
Год выпуска 0
isbn 978-9952-8245-3-8
Автор произведения Карл Генрих Маркс
Издательство JekaPrint
Ən sadə dəyər nisbəti, aşkardır ki, bir əmtəənin başqa çeşiddən – hər hansı çeşiddən olursa-olsun – hər hansı bir əmtəəyə dəyər nisbətidir. Beləliklə, iki əmtəənin dəyər nisbəti müəyyən əmtəənin dəyərinin ən sadə ifadəsini verir.
x miqdar A əmtəə = y miqdar V əmtəəyə, yaxud: x miqdar A əmtəə y miqdar V əmtəəyə dəyər. (20 arşın kətan = 1 sürtuka, yaxud: 20 arşın kətan bir sürtuka dəyər.)
Hər bir dəyər formasının sirri bu sadə dəyər formasındadır. Buna görə də onun təhlili başlıca çətinlik təşkil edir.
İki müxtəlif əmtəə: A və V, bizim misalda kətan və sürtuk burada, aşkardır ki, iki müxtəlif rol oynayır. Kətan öz dəyərini sürtukda ifadə edir, sürtuk dəyərin bu ifadəsi üçün material xidməti görür. Birinci əmtəə aktiv rol, ikincisi passiv rol oynayır. Birinci əmtəənin dəyəri nisbi dəyər kimi təmsil olunmuşdur, yaxud bu əmtəə nisbi dəyər formasındadır. İkinci əmtəə ekvivalent vəzifəsi daşıyır, yaxud ekvivalent formadadır.
Nisbi dəyər forması ilə ekvivalent forma eyni dəyər ifadəsinin bir-birindən asılı olan, bir-biri üçün şərt olan ayrılmaz cəhətləridir, lakin eyni zamanda bir-birini rədd edən və ya bir-birinə əks olan hədləridir, yəni müxtəlif qütbləridir; bunlar həmişə dəyər ifadəsinin bir-birini nisbətləndirdiyi müxtəlif əmtəələr arasında bölünür. Mən, məsələn, kətanın dəyərini kətanda ifadə edə bilmərəm. 20 arşın kətan = 20 arşın kətana ifadəsi dəyər ifadəsi deyildir. Bu tənlik, daha çox, bunun əksini göstərir: 20 arşın kətan 20 arşın kətandan başqa bir şey deyildir, yəni müəyyən miqdar istehlak şeyidir – kətandır. Deməli, kətanın dəyəri ancaq nisbi şəkildə, yəni başqa əmtəədə ifadə oluna bilər. Buna görə də kətanın nisbi dəyər formasında nəzərdə tutulur ki, başqa bir əmtəə onun qarşısına ekvivalent formada çıxır. Digər tərəfdən, ekvivalent vəzifəsi daşıyan bu başqa əmtəə eyni zamanda nisbi dəyər formasında ola bilməz. Bu əmtəə öz dəyərini ifadə etmir. O ancaq başqa bir əmtəənin dəyərini ifadə etmək üçün material olur.
Doğrudur, 20 arşın kətan = 1 sürtuka, yaxud 20 arşın kətan 1 sürtuka dəyər ifadəsində bunun əksi olan nisbət də vardır: 1 sürtuk = 20 arşın kətana, yaxud 1 sürtuk 20 arşın kətana dəyər. Lakin, beləliklə mən tənliyi tərsnə çevirməli oluram ki, sürtukun nisbi dəyər ifadəsini verim, bu halda sürtukun əvəzinə kətan ekvivalent olur. Deməli eyni bir əmtəə eyni bir dəyər ifadəsində eyni zamanda hər iki formanı qəbul edə bilməz. Bundan əlavə: həmin formalar qütbi surətdə bir-birini rədd edir.
Müəyyən əmtəənin nisbi dəyər formasındamı, yoxsa bunun əksi olan ekvivalent formada olması ancaq, bu dəyər ifadəsində həmin əmtəənin tutduğu yerdən asılıdır, yəni ondan asılıdır ki, bu əmtəə – dəyəri ifadə olunan əmtəədir, yoxsa dəyər ifadə edən əmtəə.
Bir əmtəənin sadə dəyər ifadəsinin iki əmtəənin dəyər nisbətinə necə daxil olduğunu aydınlaşdırmaq üçün, ən əvvəl, bu nisbətə onun kəmiyyət cəhətindən asılı olmadan baxmaq lazımdır. Adətən isə məhz bunun tərsinə edirlər və dəyər nisbətini ancaq, iki müxtəlif çeşiddən olan əmtəənin müəyyən miqdarının bir-birinə bərabərləşdiyi proporsiya hesab edirlər. Bu zaman unudurlar ki, müxtəlif şeylər yalnız eyni bir vəhdətə müncər edildikdən sonra miqdarca müqayisə edilə bilər. Bunlar yalnız eyni bir vəhdətin ifadələri olaraq eyni adlı kəmiyyət və, deməli, ortaq ölçülü kəmiyyətlərdir.
20 arşın kətan istər bir sürtuka bərabər olsun, istər = 20, istərsə – x sürtuka, başqa sözlə desək, müəyyən miqdar kətan istər çox, istərsə az sürtuk dəyərində olsun, hər halda belə bir proporsiyanın mövcud olmasının özündə həmişə nəzərdə tutulur ki, dəyər kəmiyyətləri olmaq etibarı ilə kətan və sürtuk eyni vəhdətin ifadələridir, eyni təbiətə malik şeylərdir. Kətan = sürtuka ifadəsi tənliyin əsasıdır.
Lakin keyfiyyətcə bərabərləşdirilən bu iki əmtəə eyni rol oynamır. Yalnız kətanın dəyəri öz ifadəsini tapır. Həm də necə? Belə bir yolla tapır ki, kətan sürtuka öz «ekvivalenti», yəni özünün mübadilə edilə biləcəyi bir şey münasibətində olur. Bu nisbətdə sürtuk dəyərin mövcudluq forması, dəyərin [Wertding] təcəssümü olur, çünki ancaq dəyər olmaq etibarı ilə sürtuk kətanın eynidir. Digər tərəfdən, burada kətanın öz dəyər varlığı aşkara çıxır və ya öz müstəqil ifadəsini tapır, çünki ancaq dəyər olmaq etibarı ilə kətan sürtuka özü ilə bərabər qiymətli və ya kətana mübadilə edilə bilən bir şey münasibətində ola bilər. Məsələn, yağ turşusu və qarışqa turşusunun propil efiri müxtəlif maddələrdir. Lakin onların hər ikisi eyni kimyəvi substansiyalardan – karbondan (C), hidrogendən (H) və oksigendən (O) ibarətdir, həm də bunların faiz nisbəti eynidir: bu nisbət məhz belədir: C4H8O2. Əgər biz yağ turşusunu qarışqa propili efirinə bərabər tutsaydıq, onda həmin tənlik əvvələn o demək olardı ki, qarışqa propili efiri C4H8O2-nin ancaq mövcudluq formasıdır və ikincisi, o demək olardı ki, yağ turşusu da C4H8O2-dən ibarətdir. Beləliklə, qarışqa propili efiri yağ turşusuna bərabər tutulduqda, onların fiziki formasından fərqli olaraq onların kimyəvi substansiyaları ifadə edilmiş olardı.
Biz dedikdə ki, əmtəələr dəyər olmaq etibarı ilə sadəcə insan əməyi birkintiləridir, – onda bizim təhlilimiz əmtəələri abstrakt dəyərə müncər edir, lakin onlara öz natural formasından fərqli olan dəyər forması vermir. Bir əmtəənin başqasına dəyər nisbəti isə belə deyildir. Burada əmtəənin dəyər olmaq xarakteri onun başqa əmtəəyə öz nisbətində meydana çıxır. Məsələn, dəyər [Wertding] olmaq etibarı ilə sürtuk kətatna bərabər tutulduqda, birincidə olan əmək ikincidə olan əməyə bərabər tutulur. Əlbəttə, sürtuku yaradan dərzi əməyi kətanı törədən toxucu əməyinə nisbətən başqa növ konkret əməkdir. Lakin toxuculuğa bərabərləşdirilmə, əslində, dərziliyi hər iki əmək növündə həqiqətən eyni olan cəhətə, bunlar da ümumi olan insan əməyi xarakterinə müncər edir.. Sonra belə dolayı yolla təsdiq edilmiş olur ki, toxuculuq da, dəyər toxuduğuna görə, dərzilikdən fərqlənmir, deməli, abstrakt insan əməyidir. Dəyər əmələ gətirən əməyin spesifik xarakterini yalnız, müxtəlif əmtəələrin ekvivalentlik ifadəsi aşkara çıxarır, çünki bu ekvivalentlik ifadəsi müxtəlif əmtəələrdə olan müxtəlif əmək növlərini doğrudan da onlar üçün ümumi olan cəhətə, ümumiyyətlə insan əməyinə müncər edir.
Lakin kətanın dəyərini təşkil edən əməyin spesifik xarakterini ifadə etmək kifayət deyildir. Axar halda olan insan iş qüvvəsi, yaxud insan əməyi, dəyər əmələ gətirir, amma əmək özü dəyər deyildir. Əmək donub qaldıqda, predmet formasında dəyər olur. Kətanın dəyəri insan əməyi birkintisi kimi ifadə edilmək üçün o, kətanın özündən cismən fərqli olan və eyni zamanda həm kətanda, həm də başqa əmtəədə olan xüsusi bir «predmetlik» kimi ifadə olunmalıdır. Bu məsələ artıq həll olunmuşdur.
Kətanın